Nə axtarırsan?

2025-03-27

Süni intellektlə mebel sənayesində inqilab

Azərbaycanın aparıcı mebel istehsalçılarından biri olan “Gardashlar Mebel” innovativ yanaşmaları ilə sektorda fərqlənməyə davam edir. Şirkət süni intellekt texnologiyalarını istehsal proseslərinə və müştəri xidmətlərinə inteqrasiya edərək, mebel sənayesində yeni bir mərhələ açır. Artıq istifadəçilər “Gardashlar Mebel”in rəsmi saytında süni intellekt əsaslı “chatbot”la qarşılanacaq. Bu “chatbot” müştərilərə məhsullar, ünvan, vakansiyalar və digər suallar haqqında dərhal dəqiq cavablar təqdim edəcək. Bu addım şirkətin müştəri məmnuniyyətini artırmaq və rəqəmsal transformasiyanı gücləndirmək strategiyasının bir hissəsidir. Süni intellekt təkcə müştəri xidməti ilə məhdudlaşmır. “Gardashlar Mebel” istehsal proseslərini daha səmərəli hala gətirmək üçün AI texnologiyalarından istifadə edir. Proseslərin avtomatlaşdırılması, məlumatların operativ ötürülməsi və daxili idarəetmənin daha çevik olması üçün süni intellektdən geniş istifadə edilir. Bu yanaşma işin məhsuldarlığını artırmaqla yanaşı, keyfiyyət standartlarını da yüksəldir.

Eyni zamanda, “Gardashlar Mebel”in müştəriləri sifarişlərini real vaxtda izləyə biləcəkləri online sifariş izləmə proqramından da istifadə edə bilərlər. Bu sistem müştərilərə tam şəffaflıq təqdim edərək, sifarişlərinin hansı mərhələdə olduğunu asanlıqla öyrənmək imkanı yaradır. Şirkətin rəhbəri Əli Mirzəyev bu yeniliklərlə bağlı fikirlərini bölüşərək deyib: “Bizim üçün innovasiya həmişə prioritet olub. Süni intellektin tətbiqi ilə həm müştərilərimizə daha yaxşı xidmət göstəririk, həm də daxili proseslərimizi daha da təkmilləşdiririk. Məqsədimiz “Gardashlar Mebel”i texnoloji inkişafın önündə saxlayaraq, sektorda yeni standartlar müəyyən etməkdir”.

Gardashlar Mebel”in bu yenilikləri təkcə şirkət daxilində deyil, Azərbaycan iqtisadiyyatına da əhəmiyyətli töhfə verir. Süni intellekt texnologiyalarının tətbiqi sayəsində istehsal prosesləri optimallaşdırılır, yerli istehsal gücləndirilir və ölkədəki texnoloji inkişaf sürətləndirilir. Bu addımlar yerli bazarda daha yüksək keyfiyyətli məhsulların təklif olunmasına və Azərbaycanın mebel sənayesinin beynəlxalq arenada rəqabət qabiliyyətinin artırılmasına imkan yaradır.
 

Ətraflı məlumat üçün aşağıdakı mənbələrə baxın:

Süni intellektlə mebel sənayesində inqilab

Digər xəbərlər

Faydalı Linklər

>