Nə axtarırsan?

Planlama xidməti

Qardaşlar mebel şirkəti olaraq bilir ki, mebel işinin əsasını düzgün planlama və ölçmə təşkil edir. Bəyəndiyiniz mebelin evinizin ölçüləri və digər aksesuarları ilə ahəng təşkil etməsi üçün planlama işinin görülməsi əsas şərtdir. Mebel sektorunda addımlayan bir şirkət olaraq istəmirik ki, zövqünüzə oxşayan mebeli evinizə apardıqdan sonra yerləşdirmə problemləri ilə qarşılaşasınız. Məhz bu və digər səbəblərdən irəli gələrək Qardaşlar mebel şirkəti olaraq Sizə planlama xidmətini faydalanmağı tövsiyyə edirik.

Mebel planlama xidmətinin üstünlükləri:

Risklərdən sığortalanın

Planlama və ölçmə xidmətindən ödənişsiz olaraq istifadə etməklə mebelin sifarişi və çatdırılması zamanı baş verə biləcək risklərdən sığortalanın. Biz istəmirik ki, əldə etdiyiniz mebellər ünvanınıza çatdırıldıqdan sonra hər hansı bir uyğunsuzluqla üzləşəsiniz. İşinizi planlı tutun, planlamanı biz hazırlayarıq.

Vaxtınıza qənaət edin

Mebel salonlarını gəzmək Sizi yormasın deyə, planlama üzrə mütəxəssislərimiz Sizin məkanınıza gələcək. Bu xidmətdən faydalanaraq həm məkanınızda mebellərin doğru planlaması üzrə konsultasiya ala, həm də geniş çeşidli mebellərimizin elektron versiyası ilə tanış ola bilərsiniz.

Seçiminiz geniş olsun

Kənardan baxış hər zaman gözəldir. Məkanınızda mebellərin yerləşdirilməsi zamanı Sizə təklif edəcəyimiz həll yolları Sizi təəccübləndirəcək. Əməkdaşlarımız sayəsində həm doğru seçim edə biləcək, həm də maariflənəcəksiniz. Siz mebel seçiminizi edin, onun məkan üzrə planlamasını isə biz təşkil edək.

Yenililikləri kəşf edin

Planlama xidməti çərçivəsində təklif olunan həll yolları Sizə yeni və unikal mebel modelləri seçməyə imkan yaradacaq. Bu fürsəti dəyərləndirərək həm məkanınızda yeniliklər edin, həm də geniş çeşidli mebellər ilə tanış olun. Məqsədimiz evinizə mebel aləminin yeniliklərini gətirməkdir.

Geri zəng modulu

Faydalı Linklər

>