Nə axtarırsan?

Haqqımızda

Qardaşlar mebel şirkəti 2015-ci ildən fəaliyyətə başlamışdır. 17-dən çox mebel kateqoriyası üzrə ixtisaslaşan şirkətin əsas fəaliyyət istiqamətlərinə ofis mebelləri, yumşaq yataq mebel dəstləri, müxtəlif funksionallıqda mətbəx mebelləri, uşaq mebelləri, fərqli arnamentli stol və stellar, qonaq otağı dəstləri, qarderoblar və TV stendləri daxildir. Şirkət həmçinin özəl layihələr əsasında təhsil və tədris mərkəzləri, hərbi hissələr, səhiyyə ocaqları, dövlət və özəl müəssisələri üçün müxtəlif təyinatlı mebellərin sifarişini də həyata keçirməkdədir. Şirkətin texnoloji yeniliklərə və insan kapitalına etdiyi yatırım mebel sektorunda daha keyfiyyətli və zövqlü məhsullar istehsal etməyə imkan yaradır.

Şirkətin missiya, məqsəd və hədəfləri:

- Yerli və xarici istehsakçıları keyfiyyətli mebellər ilə təmin etmək,

- İstehlakçıların tələblərinə uyğun olaraq yeni trendlər formalaşdırmaq;

- İstehlakçı davranışlarına əsasən mebellərimizi təkmilləşdirmək;

- Ölkənin ilk ixtisaslaşmış və yüksək xidmət göstərən mebel markası olmaq;

- Azərbaycanda istehlakçıların mebelə olan ehtiyaclarını qarşılamaq;

- Mebel sektoru üzrə keyfiyyətli kadrlara yatırım etməklə insan kapitalını artırmaq;

- Ölkəmizi “Made in Azerbaijan” brendi altında ölkəmizi xaricdə təmsil etmək;

- Yerli və xarici layihələrdə iştirak etmək;

Qardaşlar mebel olaraq üstünlüklərimiz:

7 ildən çox təcrübə

Ölkədə sahibkarlığın inkişafına göstərilən dəstək sayəsində insan kapitalına və texnologiyaya etdiyimiz yatırım bizi irəli aparır.

5-dən çox xidmət növü

İstehlakçıların rahatlığını və ehtiyaclarını qarşılamaq üçün mebel sektoru üzrə 5-dən çox xidmət formalaşdırmışıq.

17-dən çox mebel kateqoriyası

Bir insanın və şirkətin müxtəlif inkişaf dövlərində ehtiyacı ola biləcək 17-dən çox mebel kateqoriyası üzrə məhsullar istehsal edirik.

230-dən çox əməkdaş

Mebel sektorunun inkişafını və müştəri məmnuniyyətini qorumaq üçün 230-dan çox əməkdaşımızla məmnun etməyə çalışırıq.

4 hektardan çox istehsalat sahəsi

Bəli, məhz 4 hektardan çox ərazini əhatə edən istehsalat sahəmizdə müxtəlif təyinatlı mebelləri istehsal edirik.

200-dən çox layihə

Ölkə daxilində istər dövlət, istərsə də özəl sektorda 200-dən çox layihələrin icrasında iştirak edərək keyfiyyətli işlərə imza atmışıq.

3500-dən çox məmnun müştəri

Sərgi salonlarımıza daxil olan və keyfiyyətli mebelə üstünlük verən 3500-dən çox müştərinin məmnuniyyətini qazanmışıq.

250-dən çox korporativ müştəri

Ölkədə fəaliyyət göstərən 250-dən çox müxtəlif fəaliyyət istiqamətli şirkət inkişaflarının hər mərhələsində bizim məhsullardan istifadə edir.

 

Faydalı Linklər

>