Nə axtarırsan?

Teqlər

26 Bloq

Bloq

İnteryerdə necə Yapon tərzi yarada bilərik ?
2024-03-11
İnteryerdə necə Yapon tərzi yarada bilərik ?

Yapon üslubunda interyer yaratmaq üçün aşağıdakı elementlərə diqqət yetirə bilərsiniz:

 

  1. Minimalist mebel: Sadə xətlər, alçaq profilli və neytral rənglərə malik mebellərə üstünlük verilə bilər.
İnteryerdə necə Yapon tərzi yarada bilərik ?
2024-03-11
İnteryerdə necə Yapon tərzi yarada bilərik ?

2. Təbii materiallar: Ağac, bambuk və parça kimi təbii materialların istifadəsi Yapon üslubunu dəstəkləyir.

İnteryerdə necə Yapon tərzi yarada bilərik ?
2024-03-11
İnteryerdə necə Yapon tərzi yarada bilərik ?

Aşağı yataq platforması: Yataq otağı üçün yerdən az nisbətdə  yüksək olan sadə və minimal yataq platformasına üstünlük verilə bilər.

İnteryerdə necə Yapon tərzi yarada bilərik ?
2024-03-11
İnteryerdə necə Yapon tərzi yarada bilərik ?

Yerə qənaət edən mebel: Qatlana bilən masalar, divar blokları və saxlama həlləri kimi praktik və çoxfunksiyalı mebellərə üstünlük verilə bilər.

 

İnteryerdə necə Yapon tərzi yarada bilərik ?
2024-03-11
İnteryerdə necə Yapon tərzi yarada bilərik ?

Shoji pərdələr: Ənənəvi Yapon üslubunda istifadə edilən shoji pərdələr təbii işığın daxil olmasına icazə verərkən gizlilik təmin edir.

İnteryerdə necə Yapon tərzi yarada bilərik ?
2024-03-11
İnteryerdə necə Yapon tərzi yarada bilərik ?

Zen üslubunda bəzək əşyaları: Sadəlik, balans və təbiət elementlərini vurğulayan dekorativ obyektlərdən istifadə edilə bilər. Məsələn, bonsai ağacları, daş bağlar və ya zen bağları.

İnteryerdə necə Yapon tərzi yarada bilərik ?
2024-03-11
İnteryerdə necə Yapon tərzi yarada bilərik ?

İşıqlandırma: Təbii işıqdan maksimum dərəcədə istifadə etmək və yumşaq, sakit işıqlandırma təmin etmək vacibdir. Təbii işığa uyğun yumşaq rəngli lampalara üstünlük verilə bilər.

Uşaq mebeli seçməyin qızıl qaydası
2020-10-16
Uşaq mebeli seçməyin qızıl qaydası

Komfortu və rahatçılığı sevən təkcə uşaqlar deyil. Seçiminiz zamanı təkcə görünüşə və funksionallığa deyil, təhlükəsizliyə də diqqət etməlisiniz. Bu bloq yazısında Sizlərə uşaq mebeli seçməyin 5 qızıl qaydası ilə bağlı məlumat vermək istərdik.

Uşağınızı analiz edin

Onun oyuncaq seçimi zamanı hansı rəngli oyuncaq və geyimlərə üstünlük verdiyinə diqqət edin. Nəzərə alın ki, uşağınız ilk vaxtlarda gününün çox hissəsini öz otağında keçirəcək. Çalışın seçdiyiniz mebelin rəngi otağın divar rəngləri ilə ahənglik təşkil etsin. Rənglərin bir-birindən kəskin fərqlənməsi uşağın gözünün yorulmasına və ya mənfi auraya köklənməsinə səbəb ola bilər. Uşağınızı kəşf etməkdə çətinlik çəkirsinizsə, o zaman psixoloqla məsləhətləşin.

Yerini dar etməyin

Nəzərə alın ki, uşaqlar çox aktiv və ya hiper aktiv olurlar. Bu məqamı diqqətə alaraq çalışın otaqda həddindən artıq böyük mebel olmasın. Doğru planlaşdırılmış otaqda uşağın əlavə bacarıqlarını kəşf etməyə dəstək olacaq elementlər (qlobus, şahmat, rəsm lövhəsi, basketbol səbəti) yerləşdirin. Unutmayın ki, uşağınızın öyrənmək, əylənmək üçün şəraiti olmalıdır.

Keyfiyyətə üstünlük verin

Uşaq mebeli seçərkən onun materiallarına xüsusi diqqət yetirin. Çalışın alacağınız mebel ekoloji cəhətdən təmiz materiallardan hazırlanmış olsun. Bəzi  istehsalçılar DSP materialından keyfiyyətli mebellər təklif edirlər. Lakin bu materialdan hazırlanan mebel aldıqda, istehsalçıdan sertifikat tələb etməyi unutmayın.

Təhlükəsizlik birincidir

Gözəllik öz yerində amma mebelin təhlükəsizliyinə xüsusi diqqət edin. Diqqətinizi çəkən bir çox mebellər özündə təhlükəli elementləri birləşdirir. Diqqət edin ki, mebelin iti bucaqları olmasın. Qapılarda tənzimləyici mexanizm olmasına diqqət edin ki, uşağın əli qapı arasında qalmasın. Digər bir məqam isə qapı açarları ilə bağlıdır. Çalışın seçdiyiniz mebelin qapısı içəri tərəfdən bağlanan olmasın. Mebel rəflərinin kip yerləşdirilməsinə diqqət edin ki, uşaq hər hansı bir əşyanı götürərkən rəf onun üzərinə aşmasın.

Sizə bir qardaş məsləhəti də verim. Çalışın uşaqlarınızla daha çox vaxt keçirin. Aldığınız mebelin dili olmasa da, emosiyalarınızı onlara doğru şəkildə ötürsün.

Hörmətlə,

Uşaq mebelləri üzrə böyük qardaş

5 addımda ofisinizə mebel seçin
2020-10-16
5 addımda ofisinizə mebel seçin

Günümüzün 8-9 saatını ofislərdə keçiririk. İşlərimizi rahatladacaq və ofisimizi daha gözəl hala gətirəcək çox sayda ofis mebelləri mövcuddur. İş həyatımızın verimli və rahat olması üçün ofisə uyğun mebel seçimi etmək qaçınılmazdır. Bəs ofisinizə mebel alarkən hansı addımları düşünmək lazımdır?

Maliyyət

Ofis mebelinin seçimi prossesində ilk öncə ağıla gələn onun maliyyəti olur. Şirkətiniz üçün mebel seçimlərində büdcənizə də qənaət etməyi unutmamalısınız. Ofis mebeli seçimində hər zaman geniş araşdırma edərək büdcənizə uyğun mebellərə üstünlük verməlisiniz. Aldığınız mebellərin isə qarantiyasının olub-olmamasına diqqət edin.

Funksional və rahat olsun

Növbəti addımda düşünməli olduğunuz məqam isə almaq istədiyiniz mebelin funksional olub-olmamasını yoxlamaqdır. Büdcənizə də qənaət etmək üçün funksional ofis mebelləri sizin seçiminiz olmalıdır. Masalarda faylları saxlamaq üçün yer olacaqmı? Sizin vəya işçiləriniz üçün rahatlıq təmin edirmi? Alacağınız mebellər təkcə bir funksiya üçün yox, ən azı 2 funksiya üçün istifadə edilsin. Qısacası, ofisinizdəki mebellər ehtiyyaclarınızı ödəməlidir. Təkərli stullar, bölmələri olan masalar və s. kimi mebellər ofisinizi daha səliqəli göstərəcək.

Ofis ölçülərinizi nəzərə alın

Ofis mebeli seçərkən ofisinizin ölçülərinə uyğun şəkildə seçməlisiniz. Ofisinizə uyğun olmayan böyük mebellər ofisdə sıxlıq yaradacaq. Tıxanmış ofis içərisində isə nə siz nə də işçiləriniz rahat hərəkət edə biləcəksiniz. Buna görə də öncədən ofisin ölçülərini dəqiqləşdirmək və alınan mebelin ofisdə maksimum dərəcədə boşluq yaradacağına əmin olmaq lazımdır. Ofis nə qədər geniş, açıq və hərəkətə uyğun olsa, işçiləriniz o qədər rahat olacaqlar.

Sektorunuza uyğun stildə Olsun

Ofis mebeli seçərkən digər önəmli addımlardan biri də iş sahənizə uyğun bir mebel seçməlisiniz. Əgər seçdiyiniz mebel sizin iş sahənizə uyğun deyilsə, işçiləriniz və siz işləyərkən çoxlu maneələrlə qarşılaşacaqsınız. Bundan əlavə, sektorunuza bağlı olaraq da mebelin forması, rəngi və stili fərqli olmalıdır. Məsələn, bir reklam şirkətinin ofis mebeli vəkil otağına bənzəməməlidir. Daha çox rəngli, kreativ və minimalist olmalıdır.

Ehtiyacları qarşılasın

Ofis mebelləriniz hər bir ehtiyaca cavab verməlidir. Əgər işçiləriniz gün boyunca oturaq vəziyyətdə işləyirlərsə onlar üçün rahat oturacaq və masa təmin edilməlidir. Bu sağlamlıq üçün də önəmlidir. Bu tip mebellərə erqonomik mebellər deyilir. Bu cür mebellər işçiləriniz üçün rahatlıq gətirir. Onların oturuş tərzlərindən tutmuş, bel nahiyələrinə qədər rahatlıq verən stullar olmalıdır. Masa üzərində rahat şəkildə hərəkət etdirilə bilən kompyuter ekran dəstəkləyiciləri, qaldırılıb-endirilə bilən masa formaları və s. Bu tip rahat və estetik mebellər işçilərinizi yormur, sağlamalıqlarını qoruyur və verimliliyi artırır.

Faydalı Linklər

>