Nə axtarırsan?

Teqlər

19 Bloq

Bloq

Yumşaq mebel seçimi üçün bilməli olduqlarınız
2019-11-27
Yumşaq mebel seçimi üçün bilməli olduqlarınız

Rənglərin insan psixologiyasına olan təsirlərini az çox bilirik. Ağ rəng məsumluğu, qara rəng nəcibliyi, mavi rəng isə sakitliyi tərənnüm edir. Bəs, rənglərin ev dekorasiyasındakı tərisi barədə düşünmüsünüz? Əgər bu barədə məlumatınız yoxdursa, o zaman bu yazımız sizin üçün çox faydalı olacaq. Məqaləmizdəki tövsiyələri araşdıraraq otağınız üçün mebel seçərkən rənglərin psixologiyanıza təsirini ön plana çəkə və daha düzgün rəng seçimi edə bilərsiniz.

Narıncı rəng

Narıncı enerjinin rəngi olduğu üçün evinizdə enerjini hiss elətdirmək istədiyiniz yerlərdə bu rəngdə olan yumşaq mebellərdən istifadə edə bilərsiniz. Qonaq otağında narıncı rəngdə olan divan kreslo dəsti gələn qonaqların özlərini rahat hiss etmələrinə səbəb olacaq. Lakin narıncı rəngi bütünlüklə yumşaq mebel dəstində istifadə etmək düzgün deyil. Fərqli rənglərlə uyğunlaşdıraraq evinizdə xoş abu hava yarada bilərsiniz. Divanınız narıncı rəngdədirsə, o zaman kreslonu krem rəngində seçərək kontrast yarada bilərsiniz. Beləliklə qonaq otağınız modern tərzə boyanmış olacaq.

Yaşıl rəng

Yaşıl rəng yorğunluğu aradan qaldıran rəng sayılır. Əsasən də göz yorğunluğa olarsa, yaşıl rəngə baxaraq bunu aradan qaldırmaq olur. Qonaq və ya istirahət otağında yaşıl rəngin olması da bu baxımdan mütləqdir. Bağ evlərində yaşıl rəngin olması evə ayrı ab-hava qatır. Belə olanda insan özünü təbiətlə iç-içə hiss edir.

Mavi rəng

Təbiətdə mavi rəngi ya dənizi, ya da səmanı izləyərkən görərik. Səma və dənizi izləmək isə bizə dərin bir rahatlıq bəxş edir. Qonaq otağınızda, istirahət guşənizdə də bu rahatlığı əldə etmək üçün mavi rəngdən istifadə edə bilərsiniz.

Yumşaq mebel seçərkən otağın genişliyi də nəzərə alınmalıdır. Əgər qonaq otağınız geniş və bol işıqlıdırsa, o zaman göy rəngdə olan Avanqard Yumşaq Mebel sizin üçün ən yaxşı seçim ola bilər.

Çəhrayı rəng

Çəhrayə rəng ağ ilə qırmızı rəngdən ibarət olduğu üçün hər iki rəngin xüsusiyyətlərini özündə cəmləyir. Qırmızının enerji və şən ab-havası ilə ağın rahatlıq və məsumluğu çəhrayı rəngdə birləşir. Bu özəlliklərinə görə yumşaq mebel seçərkən çəhrayı rəngə üstünlük verənlər az deyil.

Yemək masası və digər mebellərdə ağ rəngdən istifadə etmisinizsə, o zaman yumşaq mebelin parçasında və ya hansısa aksesuarında (yastıq, örtük) çəhrayı rəngdən istifadə edə bilərsiniz. Çəhrayı rəng ilə həmçinin digər rənglərin açıq tonunu uyğunlaşdıra bilərsiniz. Kasparo Yumşaq Mebel dəstində də olduğu kimi siz də krem və çəhrayı rəngin mükəmməl uyğunluğunu seçimləriniz sırasına əlavə edə bilərsiniz.

Boz rəng

Dekorasiyada son zamanlarda ən çox istifadə edilən rəng boz rəngdir. Modern üslübu tərənnüm edən boz rəng digər rənglər ilə asanlıqla uyğunlaşdırıla bilən bir tona sahibdir. Boz rəngli mebel seçərkən həm də otağın ölçüsü nəzərə alınmalıdır. Əgər otaq kiçikdirsə, o zaman açıq boz rənginə üstünlük vermək otağı daha da geniş göstərəcək. Əgər otaqda ağ rəng üstünlük təşkil edirsə və otaq təbii işıqla aydınlanırsa, Karmen Yumşaq Mebel dəsti sizin üçün ən yaxşı seçim olacaqdır.

Taxta mebellər necə təmizlənməlidir
2019-11-12
Taxta mebellər necə təmizlənməlidir

Bəzi insanlar yataq dəstləri, qonaq otağı mebelləri seçərkən taxta materialdan detalı çox olan mebellərə üstünlük verirlər.

Mebellərin çirklənməsi qaçınılmaz hadisədir. Taxta materiallı mebel çirklənərsə, onu necə təmizləmək lazımdı?

Təqdim edilən sadə təmizlik sirrləri ilə taxta materiallı mebellərin üzərini parlaqlaşdıra, su və mürəkkəb ləkələrini yox edə bilərsiniz.

Taxta materiallı mebellərin mütəmadi olaraq tozu alınır və parladici maddələrlə üzəri silinir. Amma müəyyən zamandan sonra istifadə edilən kimyəvi vasitələr mebelin üz qatının zədələnməsinə səbəb olur. Tez-tez və səthi olan təmizliyin əvəzinə mebellər vaxtaşırı daha dərindən təmizlənməlidir.

Taxta mebelləri təmizləməyin bir neçə üsulu var. Biz sizə onları təqdim edirik.

Səthi çirkləri təmizləmək üçün öncəliklə mebelin tozu silinməlidir. Daha sonrakı mərhələdə isə taxta üzərindəki ləkələrin təmizlənməsidir. Təmizləyici vasitə olaraq isə kimyəvi qatqısı ən az olanla başlamaq lazımdır. Məsələn, qabları yumaq üçün istifadə edilən yuyucu vasitəni su ilə qarışdırıb mebeli silə bilərsiniz. Lakin silmək üçün istifadə olunan parçanın yumşaq olması da vacibdir. Mebeli silərkən istifadə edilən parça tez-tez yuyulmalıdır. Mebelin bütün taxta səthini təmizləyici vasitə ilə sildikdən sonra təmiz parça ilə qurulamaq lazımdır.

Rəngli mebelləri və ya hansısa ləkə düşmüş taxta mebeli isə aşağıda göstərilən üsullarla təmizləyə bilərsiniz.

Su ləkəsi

Yəqin ki, birbaşa masaya isti çayla dolu olan stəkan qoyduqda yaranan buxar ləkəsini görmüsünüz. Bu buxar taxta masada ləkə olaraq alır. Bəs mebeldəki ləkəni necə təmizləmək lazımdır? Bunun üçün ləkə olan hissəyə diş məcunu vurub həmin ləkə çıxana qədər silmək lazımdır. Daha dərin ləkələr üçün isə diş məcununun üzərinə eyni miqdarda karbonat (soda) əlavə edib nəm parça ilə silmək lazımdır.

Çətin gedən ləkələr

Bir mürəkkəb ləkəsini çıxarmaq üçün 1 yemək qaşığı  karbonatın üzərinə 1 çay qaşığı su su əlavə edib qarışdırmaq lazımdır. Daha sonra bu məcunu ləkənin üzərinə tətbiq edib həmin ləkə çıxana qədər silinməlidir. Daha sonra nəm parça ilə mebelin üzərini təmizləyin.

Mebelinizdəki ləkələri təmizlədikdən sonra onun parlaqlığını geri qaytarmaq üçün limon yağından istifadə edə bilərsiniz. Limon yağını apteklərdən əldə edə bilərsiniz. Yox, əgər tapa bilməsəniz ev şəraitində də parladıcı məhlul hazırlamaq mümkündür. Bunun üçün sizə 1 fincan zeytun yağı ilə yarım su stəkanı ölçüsündə ağ sirkə lazım olacaq.  Yağ və sirkəni yaxşı qarışdırdıqdan sonra bu məhlulu yumşaq parçaya töküb mebelin taxta silin.

Beləliklə evinizdə olan mebellərin taxta materialdan olan hissələrini göstərilən qaydada təmizləyə və parlaqlığını geri qaytara bilərsiniz.

Ofis mebeli haqqında hər şey!
2019-11-06
Ofis mebeli haqqında hər şey!

Ofis mebellərinin dayanıqlı olmasından əlavə göz oxşaması da vacibdir. Ofis mebel dəstlərinin içində ən çox diqqət edilməli olunan məqam oturacaqların (divan, kreslo  kürsü) keyfiyyətli materiallardan hazırlanmasıdır. Bundan əlavə otağın və seçilən mebelin harmoniyası da əsas diqqət yetirilməli məqamlardan biridir. İş həyatında önəmli qərarlar verilirki hansı ki bu sizin biznesinizə müsbət və ya mənfi təsir edə bilər. Araşdırmalara görə bu qərarların düzgün olması üçün qərarın verildiyi yerin aurası vacib faktordur.

Nəzərə alsaq ki biznesmenlər evlərindən çox şirkətdə;ofisdə vaxt keçirdirlər o zaman ofis mebeli də evdəki qədər rahat olmalıdır.Bundan başqa düzgün ofis mebeli dayanıqlılıq b axımından sərt taxta və metal detallardan istifadə olunaraq hazırlanmalıdır. Əlavə olaraq işçilərin rahatlığı üçün də işçi masaları həm istifadəyə rahat həm də onların sağlamlığına ziyan verməyəcək şəkildə seçilməlidir. Siz də ofisiniz üçün keyfiyyətli ofis mebellərirəhbər və menecer dəstləriişçi masalarıkomputer stolları axtarırsınızsa Gardashlar mebel bu işin ən doğru ünvanıdır.

Funksional qonaq otağı necə dizayn edilməlidir?
2019-11-06
Funksional qonaq otağı necə dizayn edilməlidir?

Qonaq otağının ən vacib ünsürü yumşaq mebel və divan kreslo dəstidir. Əgər siz düzgün yumşaq mebel dəsti seçsəniz qonaq otağının dizaynını uğurla tamamlayacaqsınız. Gəlin unutmayaq ki qonaq otağında istifadə olunan yastıqlar həm dekorativ niyyətlə istifadə edilib həm də işlək olmalıdır. Rahat yastıqlar siz oturanda sizi dəstəkləyərkən interyerlə də uyumlu olması otağın görünüşünün tamamlanmasına yardım edəcəkdir.

Qonaq otağınız üçün divan kreslo dəsti seçərkən otağın rəngi, mebelin rahatlığı, mebelin ölçüsü və asan təmizlənəbilməsinə fikir verin. Bəzi mebellərdə parça materialı səbəbi ilə təmizləmə prosesi çətinləşir, buna görə də ev sahibi artıq xərcə girərək qonaq otağı mebelini dəyişməyə üz tutur. Bu kimi halları yaşamamağınız üçün Gardashlar mebelə yaxınlaşaraq mebellə bağlı istənilən sualınıza cavab ala bilərsiniz.

Düzgün ofis mebeli necə seçilməlidir?
2019-11-06
Düzgün ofis mebeli necə seçilməlidir?

Şirkət işçiləri bir ailədirsə o zaman ofis də evimizdir. İş saatlarının çoxluğunu nəzərə alsaq məhsuldarlığın çox olması üçün düzgün seçim edilməlidir. Düzgün seçim üçün bunlara diqqət edilsə ofisiniz göz oxşayacaq.

  1. Erqonomik-insan bədəninin,psixologiyasının masa ilə arasındakı uyum. Yəni işçi masasının həm iş həm də sağlamlıq üçün əlverişli olması
  2. Otağın ölçüləri ilə mebelin ölçülərinin düz gəlməsi: Kiçik otaqda böyük ölçülü işçi masası yerləşdirib hərəkətə mane olmaq düzgün fikir deyil.
  3. Işçilər arasındakı təmas: İşçi modul masası seçərkən qarşı-qarşıya oturan işçilərin bir-biri ilə asanlıqla təmas edəbilməsini də nəzərə alın
  4. Seçdiyiniz mebelin asanlıqla sökülüb yığılması: Ofisinizin dəyişmə ehtimalı varsa, asanlıqla sökülüb yığılabilən mebellər köçürmə zamanı yaşayacağınız problemlərin qarşısını alacaq

Bunlardan əlavə dolablarının çox olmasına diqqət edilməsi sizə xeyir edəcəkdir.

Rənglərin həyatımızda yeri....
2019-11-06
Rənglərin həyatımızda yeri....

Hər rəngin insana bəxş etdiyi aura fərqlidir. İnteryerdə rəng uyumu gərəklidir. Lakin ilk öncə rənglərin nə cür aurası olduğunu bilməliyik:

  • Mavi-dinclik
  • Qırmızı-enerji və tutqu
  • Sarı-coşqu və məhsuldarlıq
  • Yaşıl-uyum,rahatlıq və inam
  • Bənövşəyi-ehtişam
  • Boz-tarazlıq
  • Ağ-əsalət

Əgər siz də standartlardan sıxılıb yeni  və qeyri-adi interyer haqqında fikirləşirsinizsə bir-birinə zidd rənglərin uyumunu sizə məsləhət görürük.

Divan Kreslo Dəstləri necə təmizlənməlidir?
2019-11-06
Divan Kreslo Dəstləri necə təmizlənməlidir?

Evdə ən çox istifadə edilən mebellərdən biri qonaq otağı mebelləridir. Buna görə də buradakı divan kreslo dəsti, yumşaq mebellər tez tez çirklənir. Əgər divan mebeli yetəri qədər təmiz olmasa, istirahətiniz o qədər də əyləncəli olmayacaq.

Təqdim etdiyimiz üsullar ilə yumşaq divan dəstinizin ilk günkü təmizliyini geri qaytara biləcəksiniz.

1.Vakuum (kiçik əl tozsoranı).  Vakuumdan istifadə edərək divan kreslo üzərindəki çirk və yemək qalıqlarını rahatlıqla təmizləyə bilərsiniz. Vakuum yoxdursa, daimi istifadə etdiyiniz tozsoranın kiçik başlığı ilə də bu təmizliyi etmək olar.

Təmizlik zamanı divan kreslo dəstinin künc hissələrinə diqqət etmək lazımdır. Ev heyvanının tükü, yemək qalıqları və digər çirklər əsasən künc-bucaqda toplaşır. Yastıqları da təmizləyəndə ən azı divandakı qədər diqqətli təmizləmək lazımdır. Çünki toz və çirk daha çox yastıqlara hopur.

2. Təmizləyəcəyiniz parça səthin hansı materialda olduğunu mütləq öncədən təyin etmək lazımdır. Divan mebelinin yumşaq hissəsində olan (sizin divanınızda başqa hissəyə də yapışdırılmış və ya tikilmiş ola bilər) etiketdə parça ilə bağlı təlimatları oxuyun. Etketlərdə əsasən aşağıda göstərilən kodlar olur:

• WS: Kimyəvi tərkibi az olan təmizləyici vasitə ilə buxarlı vacuum və ya quru təmizləyici funskiyası olan yuyucu vasitə istifadə edin.

• S: Yalnız quru təmizləyici funksiyası olan yuyucu vasitə istifadə edin.

• X: Yalnız vacuum istifadə edin (susuz).

• W: Təmizləmək üçün sudan istifadə etmək olar.

3. Ləkələri təmizləyin. Bir divan mebelinin necə təmizlənməli olduğunu bilmək əslində ləkələri necə təmizləmək lazımdır sualı ilə eynidir. Satışda olan təmizləyici vasitələr və ya ev şəraitində hazırladığınız təbii vasitələrdən də istifadə edə bilərsiniz. Evdə hazırlanan vasitələr daha az maliyyə tələb edir və ətraf mühitin ekoloji tarazlığı üçün zərərsiz sayılırlar.

Parçanın növünə görə divan kreslo necə təmizlənməlidir?

• Divanın dəri parçadan ibarət olan səthini təmizləmək. Sprey şüşənin içərisinə 1/2 stəkan zeytun yağı ilə 1/4 stəkan sirkə əlavə edib qarışdırmaq lazımdır. Daha sonra divanın üzərinə bu məhlulu püskürdüb yumşaq parça ilə silmək lazımdır.

• Sintetik üzlüyü təmizləmək. Yenə sprey şüşəsinə 1/2 stəkan sirkə, 1 stəkan ilıq su və 1/2 çay qaşığı qədər maye yuyucu vasitəsi əlavə edib qarışdırdıqdan sonra alınan məhlulu çirkli sahəyə tətbiq etmək lazımdır. Daha sonra yumşaq parça ilə ləkə olan hissəni silmək lazımdır.

4. Son mərhələ isə divan mebelinin qurudulma mərhələsidir. Suyu hopdurması üçün suyu özünə çəkən dəsmaldan istifadə edərək quruma prosesini tezləşdirə bilərsiniz. Divanın tam quruduğuna əmin olmaq lazımdır. Tam qurumayan, az da olsa nəmliyi qalan divan və yastıqlardan qısa zaman sonra rütubət iyi gələcək.

Kiçik mətbəxlər içində böyük genişlik!
2019-11-06
Kiçik mətbəxlər içində böyük genişlik!

Əgər mətbəxiniz artıq sizə kiçik görünürsə və ya yeni köçdüyünüz evin mətbəxi dardırsa; divarı sökməyə yada daha çətin yolu seçməyə ehtiyac yoxdur. Sadəcə olaraq mətbəx mebelini düzgün seçmək kifayətdir.Mətbəx mebelindən əlavə olaraq düzgün divar rəngi də bu işdə sizə yardım edəcək. Düzgün mətbəx mebeli seçimi üçün Gardashlar Mebelə müraciət edin və istəyinizə uyğun mebelləri sizin üçün hazırlayaq.

4 addımda Skandinaviya tərzində interyer!
2019-06-11
4 addımda Skandinaviya tərzində interyer!

Skandinaviya tərzi adından bəlli olduğu kimi rahatlığı sevən ölkələr olan Skandinav ölkələrinin adət-ənənələrinə uyğun bir tərzdir. Sözü gedən ölkələr yer kürəsinin şimalında yerləşir və ən soyuq yaşayış məskənlərindən biridir. Bu səbəbdən də onlar havanın əksinə evlərinin hərarətli və ürəkləri isidən olmasının tərəfdarıdırlar.  

1.Sadəlik;

Bu tərzin bəlli olması üçün sadəlik mütləqdir. Sadəlik dedikdə isə az əşya nəzərdə tutulur. Skandinav tərzin mümkün qədər az əşyalardan istifadə edilməsi ilə minimal və modern tərzə yaxın olduğu deyilir. Lakin digər tərzlərdən fərqli olaraq aksesuar və rəng seçimində əksinə sadəlikdən qaçılmalıdır.

2. İşıqlandırma;

Skandinavya ölkələrində əsasən qış mövsümü hakimdir. Bu səbəbdən də günün bir qismi qaranlıqda keçir. Geniş və aydın otaqlar üçün isə mümkün qədər gün işiığından yararlanmaq lazımdır. Bu tərzində tikilən evlərin böyük pəncərələlə fərqləndiyini görəcəksiniz.Həmin pəncələrdə isə tül və açıq rəngli pərdələrdən istifadə olunduğunu görərsiniz.

3. İstifadə edilən materillar;

Skandinav tərzində istifadə edilən materiallar əsasən təbii ya əl işləməli materiallardır. Parça olaraq isə kətan və pambıq təbii parçalar, bəyaz rəngə yaraşan çiçəklər və çizgilər ilə bu tərz digərlərindən seçilir.  Skandinavya tərzi yaratmağı ideal auranın səbəbi taxta materialdır.

4. Rənglər;

Skandinavya ölkələrində uzun və qaranlıq qış günlər səbəbi ilə aydın otaqlar üçün bəyaz rəng bu tərzin ən “şah damarı”dır. Ümumiyyətlə bu tərzdə bəyaz və açıq rənglərə üstünlük verilir. Aksesuar və mebel seçimində isə sarı, mavi, boz və yaşıl rənglərdən istifadə olunur.