Nə axtarırsan?

Teqlər

19 Xəbər

Xəbər

Əli Mirzəyevə “Tərəqqi” medalı təqdim olundu
2023-01-16
Əli Mirzəyevə “Tərəqqi” medalı təqdim olundu

Bu gün İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarların mükafatlandırılması tədbiri keçirilib.

Tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2022-ci il tarixli Sərəncamı ilə ölkəmizin iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə təltif edilmiş şəxslərə “Tərəqqi” medallarını təqdim edib.


 

“Tərəqqi” medalı təqdim olunan gənc sahibkarlardan biri də "Qardaşlar Mebel" QSC-nin təsisçisi Əli Mirzəyevdir.

2015-ci ildə yaranmış Qardaşlar mebel fabriki yerli mebel istehsalında daim yenilikləri ilə seçilən, 17 kateqoriyadan çox mebel istehsalı ilə məşğul olan müəssisədir.

340-dan çox daimi işçi heyəti olan fabrik 7 il müddətində 350-dən çox layihə icrasına imza atmışdır.

Azərbaycanda ofis mebellərinin istehsalı və təkmilləşdirilməsi istiqamətində daim texnoloji həll yolları təqdim edən "Qardaşlar Mebel" QSC  2020-ci ildən etibarən Amerikaya mebel ixrac edərək, “Made in Azerbaijan” adı altında xarici alıcıların rəğbətini qazanaraq ölkə iqtisadiyyatına öz töhfəsini verir.

Ətraflı: "Qardaşlar Mebel" şirkətinin təsisçisinə “Tərəqqi”medalı təqdim olundu | marja.az

“Gardashlar Mebel” QSC-dən vətəndaşlara müraciət
2022-06-22
“Gardashlar Mebel” QSC-dən vətəndaşlara müraciət

Ölkənin aparıcı mebel istehsalçılarından olan “Gardashlar Mebel” QSC adından sui-istifadə edərək, Vətəndaşlara mebel satan qeyri-rəsmi müəssisələrin sayı artmaqdadır.

 

Şirkətin Çağrı mərkəzinə daxil olan çoxsaylı şikayət müraciətləri əsasında aşkarlanmış bu hal səbəbilə Gardashlar Mebel öz alıcılarını diqqətli olmağa dəvət edir.

 

Şirkətin Direktor müavini Mahal Göyüşov Marja.az-a müsahibəsində bildirib ki, vətəndaşlara özünü Gardashlar Mebel nümayəndəsi olaraq təqdim edən şəxslər qeyri-rəsmi sifariş götürərək, etibarımızı zədələməyə çalışır. Bu kimi halların qarşısının alınması üçün alıcı kütləmizi diqqətlə olmağa dəvət edirik. Qeyd edək ki, Fabrikimizin istehsal etdiyi hər bir məhsulun üzərində şirkətimizin Loqosunu əks etdirən etiket mövcuddur. Bununla yanaşı, Satış nümayəndələrimizin hər biri Gardashlar Mebelin nümayəndəsi olduğunu təsdiq edən vəsiqələrdən istifadə edirlər. Vətəndaşlar özünü Gardashlar Mebel nümayəndəsi kimi təqdim edən anonim şəxslərdən həmin vəsiqəni tələb edə bilərlər.

 

Qeyd edək ki, Gardashlar Mebel şirkətinin hal-hazırda ölkə üzrə iki sərgi mağazası mövcuddur. Onlardan biri Bakı şəhəri, Həsən Əliyev 12A ünvanında, digəri isə Biləcəri qəsəbəsi, Binəqədi şossesi 8F ünvanında yerləşir.

 

 

“Qardaşlar Mebel” QSC- nin təsisçisi “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
2022-04-26
“Qardaşlar Mebel” QSC- nin təsisçisi “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Dostluq” ordeni ilə

Hisarcıklıoğlu Mustafa Rifat

“Tərəqqi” medalı ilə

Alısoy İbrahim Aydın oğlu

Aslanov Zöhrab Vəli oğlu

Babayev Abbas Qəzənfər oğlu

Babayev Bəxtiyar Ağamir oğlu

Bağırlı Adil Tofiq oğlu

Bağmanov Hikmət Kamal oğlu

Büyükfırat Hüseyin Mehmet oğlu

Cabbarov Yusif Həsən oğlu

Çulaqov Rəşid Yasin oğlu

Hümmətov Qalib Xanlar oğlu

İsmayılov Əfqan Sultanəli oğlu

Karaşahin Ramazan Əbubəkir oğlu

Quliyev Ehtiram Tofiq oğlu

Quliyev Ruslan Gəray oğlu

Məmmədov Tofiq Rafiq oğlu

Məmmədov Zaur Samiddin oğlu

Mirzəyev Əli Məmməd oğlu

Traldi Manuela Stefano.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 aprel 2022-ci il

 

Ətraflı: https://president.az/az/articles/view/55879

“Gardashlar” mebel təşkilati-hüquqi formasını QSC-ə çevirdi
2021-08-23
“Gardashlar” mebel təşkilati-hüquqi formasını QSC-ə çevirdi

Ölkənin yerli mebel istehsalçılarından olan “Gardashlar Mebel” MMC təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə (QSC) çevrildiyini elan edib.

2015-ci ildə yaranmış Gardashlar Mebel şirkəti yerli mebel istehsalında öz sözünü deyib. 17 kateqoriya mebel istehsalı ilə məşğul olan Fabrik istehsal gücünü artırmaq məqsədilə müasir avadanlıqlarla təchiz olunmaqdadır.

Gardashlar Mebel özəl layihələr əsasında təhsil mərkəzləri, hərbi hissələr, səhiyyə ocaqları, otel və restoran, dövlət və özəl müəssisələri üçün müxtəlif təyinatlı mebellərin istehsalını həyata keçirməkdədir. Şirkətin texnoloji yeniliklərə və insan kapitalına etdiyi yatırımlar mebel sektorunda daha keyfiyyətli və dövrun tələbinə uyğun məhsullar istehsal etməyə imkan yaradır.

200-dən çox daimi işçi heyəti olan Fabrik 6 il müddətində 300-dən çox layihə icrasına imza atmışdır.

Azərbaycanda ofis mebellərinin istehsalı və təkmilləşdirilməsi istiqamətində daim texnoloji həll yolları təqdim edən Gardashlar Mebel Şirkəti artıq 1 ildir ki, Amerikaya mebel ixrac edərək, “Made in Azerbaijan” adı altında xarici alıcıların rəğbətini qazanır.

“Gardashlar Mebel” istehsal keyfiyyətini və müştərilərə göstərilən xidmətin səviyyəsini beynəlxalq standartlara uyğun təşkil edə bilmişdir. Belə ki, fabrikin istehsal keyfiyyəti və idarəetmə sistemi İSO 9001: 2008 və İSO 9001: 2015 beynəlxalq sertifikatlara layiq görülüb.

Maliyyə hesabatlarına şərhlər və qeydlər.
2021-05-04
Maliyyə hesabatlarına şərhlər və qeydlər.

Maliyyə hesabatlarına şərhlər və qeydlər.

  1. Giriş

Hazırkı maliyyə hesabatları 31 dekabr 2020-ci ildə tamamlanan il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq “QARDAŞLAR MEBEL-3” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün tərtib edilmişdir. Cəmiyyət Azərbaycan Respublikasında təsis edilmişdir və bu ölkədə fəaliyyət göstərir. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış məhdud məsuliyyətli cəmiyyətdir.

 

Fəaliyyətin fasiləsizliyinə dair əhəmiyyətli qeyri-müəyyənlik

 

Koronavirus infeksiyasının yayılması şəraitində və bunun iqtisadi nəticələri ilə bağlı Cəmiyyətin fəaliyyətinin davam etdirilməsinə dair qeyri-müəyyənlik faktorları mövcuddur. Cəmiyyətin öz fəaliyyətinin fasiləsizliyini təmin etmək sahəsində əhəmiyyətli qeyri-müəyyənlik mövcudur .

 

    1. Cəmiyyət haqqında ümumi məlumat.

 

“QARDAŞLAR MEBEL-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 20.02.2015-ci il tarixdə 1003718621 saylı nömrə ilə qeydiyyata alınmışdır.

Cəmiyyət 20.02.2015-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən qeydiyyatdan keçərək Kommersiya Hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında 1003718621 saylı VÖEN Şəhadətnamə almışdır.

Cəmiyyət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət qeydiyyatı idarəsi tərəfindən növbəti dəfə 20.10.2020-ci il tarixdə qeydiyyatdan keçərək növbəti dəfə Dövlət Reyestrindən çıxarış almışdır.

 

 

“QARDAŞLAR MEBEL-3” Məhdud Məsuliyyətli Cəmiyyəti öz Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra  məşğul ola bilər.

Hesabat dövrü ərzində Cəmiyyət əsasən mebellərin istehsalı və satışı fəaliyyəti ilə məşğul olmuşdur.

 

31 dekabr 2020-ci il tarixə və 31 dekabr 2019-cu il tarixə Cəmiyyətin işçilərinin sayı müvafiq olaraq 196 və 125 nəfər olmuşdur.

 

Cəmiyyətin təsisçisi fiziki şəxs Mirzəyev Əli Məmməd  oğludur. Cəmiyyətin nizamnamə kapitalı 3050 (üç min əlli) manat həcmində hər biri 1525 (bir min beş yüz iyirmi beş) manat olmaqla 2 (iki) paydan ibarətdir və təsisçi tərəfindən pul şəklində ödənilmişdir.

 

Menecment və nəzarət Cəmiyyətin direktoru cənab Əli Məmməd oğlu Mirzəyev tərəfindən aparılır və Cəmiyyətin təsisçilərinə hesabat verir. 

    1. Cəmiyyətin hüquqi ünvanı

“QARDAŞLAR MEBEL-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı:

 Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi  rayonu, Biləcəri ŞTQ, Yeni yaşayış massivi 2,  ev 37-dir.

    1. Əməliyyat valyutası

Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Azərbaycan manatı (AZN) ilə ifadə olunmuşdur.

  1. Cəmiyyətin əməliyyat mühiti

Azərbaycan Respublikası inkişaf etməkdə olan  bazar iqtisadiyyatına xas olan xüsusiyyətlərə malikdir. Son illər ölkədə güclü iqtisadi artım müşahidə olunmuşdur. Lakin hal-hazırda dünya iqtisadiyyatında mövcud olan qlobal maliyyə böhranı Azərbaycana da öz təsirini göstərməkdədir. Kommersiya sektoruna təsir göstərə biləcək bütün tendensiyaları, eləcə də onların Cəmiyyətin maliyyə vəziyyətinə təsirini (əgər varsa) qabaqcadan proqnozlaşdırmaq mümkün deyil.

Azərbaycan Respublikasının vergi, sosial sığorta, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərhlərə və tez-tez baş verə bilən dəyişikliklərə məruz qalır. Azərbaycan Respublikasında iqtisadi inkişafın gələcək perspektivləri hökumətin həyata keçirdiyi iqtisadi, maliyyə və pul islahatlarının səmərəliliyindən, eləcə də vergi, sosial sığorta, hüquq, normativ və siyasi sistemin inkişafından xeyli dərəcədə asılıdır.   

 

  1. Uçot siyasətinin təqdimatı

Uçot siyasətinin bu maliyyə hesabatlarının tərtib edilməsində istifadə edilən əsas müddəaları aşağıdakı bəndlərdə göstərilmişdir. Əgər başqa açıqlamalarda istinad qeydləri edilməmişdirsə, göstərilən uçot siyasəti müddəaları təqdim edilən bütün hesabat dövrlərində ardıcıl tətbiq edilmişdir. 

    1. Maliyyə hesabatlarının tərtib olunmasının ümumi əsasları

“QARDAŞLAR MEBEL-3 MMC mühasibat uçotunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada aparır. Bu maliyyə hesabatları Azərbaycan Respublikasının mühasibat uçotu haqqında qanunvericilik aktları əsasında hazırlanmış və MHBS-na uyğunlaşdırılmışdır. Bu düzəlişlərə əsas əməliyyatların iqtisadi mahiyyətini əks etdirən yenidən təsnifləşdirmələr, o cümlədən bəzi aktiv və öhdəliklərin yenidən təsnifləşdirilməsi daxildir. Bu maliyyə hesabatlarında, aktivlər və öhdəliklər faktiki xərclər üzrə qiymətləndirilmişdir.

Maliyyə hesabatlarının MHBS-na uyğun tərtib edilməsi nəzərdə tutur ki, rəhbərlik əsas qiymət göstəricilərini müəyyənləşdirir. Rəhbərlikdən həmçinin tələb edilir ki, Cəmiyyətin uçot siyasətinin həyata keçirilməsi sahəsində peşəkar mülahizələri açıqlasın.

    1. Valyutaların yenidən hesablanması
  1. Funksional valyuta və hesabat valyutası

Funksional valyuta maliyyə hesabatlarında maddələrin ölçülməsi üçün istifadə olunur. Bu Cəmiyyətin yerli valyutası olan Azərbaycan manatıdır (AZN).

  1. Əməliyyatlar və qalıqlar

Xarici valyuta ilə aparılan əməliyyatlar onların aparılma tarixinə valyuta məzənnəsinə uyğun olaraq funksional valyutada əks etdirilir. Məzənnə fərqləri funksional valyutalardan fərqli valyutalarda aparılan əməliyyatlar və sövdələşmələr üzrə yaranır və hər bir valyutanın müəyyən sayda vahidlərinin müxtəlif məzənnə kursunda digər valyutaya çevrilməsi nəticəsində yaranan fərq kimi müəyyən edilir. Xarici valyutada aparılan əməliyyatlar üzrə yaranan mənfəət və zərərlər, həmçinin xarici valyutada ifadə edilən monetar aktivlərin və öhdəliklərin hesabat dövrünün sonuna məzənnə kursu üzrə yenidən hesablanmasından yaranan mənfəət və zərərlər, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir. Bu cür əməliyyatlardan yaranan məzənnə fərqləri müvəqqəti olaraq pul vəsaitlərinin və netto-investisiyaların hedcinqləşdirilməsi (aktivlər və öhdəliklərin dəyərinin dəyişməsindən yaranan itkilərdən sığortalanmaq üçün həyata keçirilən əməliyyatlar) kapital hesabına aid edilmişdirsə, məzənnə fərqləri mənfəət və zərərlər haqqında hesabatda əks etdirilmir. 

Monetar maddələr mövcud valyuta vahidləri və valyuta vahidlərinin sabit və ya müəyyən olunan sayında əldə edilən və ya ödənilən aktivlər və öhdəliklərdir. Monetar maddələrin əsas xüsusiyyəti sabit və ya müəyyən olunan sayda valyuta vahidlərinin əldə edilməsi hüququdur. Monetar maddələr nəğd, əldə edilən vəsaitləri, sudaları, ödənilməli olan məbləğləri, uzunmüddətli borcları, təminatları, işçi müavinətləri öhdəliklərini və təxirə salınmış vergi aktivləri və öhdəliklərini daxil edir.   

Qeyri-monetar maddələrə səhmlər, ehtiyatlar, əvvəlcədən ödənilmiş gələcək dövrün xərcləri, əmlak, torpaq, tikili və avadanlıqlar və qeyri-maddi aktivlər daxil edilir.

    1. Binalar və avadanlıqlar (Əsas vəsaitlər)

Əsas vəsaitlər elə maddi aktivlərdir ki:

  1. Mal və xidmətlərin istehsalı və təchizatında istismar edilir, gələcəkdə icarəyə verilmək və ya inzibati məqsədlər üçün istifadə edilir;
  2. Bir dövrdən artıq dövr ərzində istifadə edilməsi gözlənilir.

Torpaq və binalara əsasən inzibati bina və ofis sahələri daxildir. Hesabat dövrünün sonuna torpaq və binalar bazar qiymətlərinə müvafiq surətdə ədalətli dəyər üzrə yenudən qiymətləndirilməmişdir.

Ədalətli dəyər – yaxşı məlumatlandırılmış, razılığa gəlmiş və bir-birindən asılı olmayan tərəflər arasında ticari sövdələşmələrdə aktivin mübadilə edildiyi dəyərdir. Binalar üzrə ədalətli dəyər müstəqil kənar qiymətləndirici tərəfindən vaxtaşırı keçirilən (adətən üç ildən bir dəfədən az olmayaraq) qiymətləndirmə ilə müəyyənləşdirilir (amortizasiya ayırmaları çıxılmaqla). Yenidənqiymətləndirmə tarixinə yığılmış istənilən amortizasiya məbləği aktivin balans dəyərindən silinir və xalis dəyər yenidənqiymətləndirmə dəyərinə hesablanır. Qalan bütün əsas vəsaitlər ilkin dəyərlə amortizasiya ayırmaları çıxılmaqla əks etdirilir.

İlkin dəyər bu aktivlərin əldə edilməsi ilə birbaşa əlaqədar olan xərcləri nəzərdə tutur. İlkin dəyərə həmçinin valyuta ilə alınmış əsas vəsaitlərin hedcinqi üzrə kapitala keçirilən pul vəsaitlərinin axını üzrə mənfəət və zərərlər də daxil edilir.

Sonrakı xərclər aktivin balans dəyərinə yalnız o vaxt əlavə edilir və ya ayrıca aktiv kimi  qəbul edilir ki, bu aktivlərlə əlaqədar olan gələcək iqtisadi səmərələr Cəmiyyətə keçsin və düzgün qiymətləndirilə bilinsin. Qalan dütün cari təmir və istismar xəcləri o dövrün mənfəət və zərərlər haqqında hesabatında əks etdirilir ki, həmin dövrdə bu xərclər çəkilmişdir.

Torpaq və binaların yenidənqiymətləndirilməsi üzrə balans dəyərinin artması kapitalın tərkibində sair ehtiyatlar (rezervlər) hesabına aid edilir. Balans dəyərinin həmin aktiv üzrə əvvəlki yenidənqiymətləndirmə artımı həddləri daxilində azalması birbaşa kapitalın tərkibində ədalətli dəyər üzrə ehtiyatlar (rezervlər) hesabına aid edilir; balans dəyərinin qalan bütün azalmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

Hər il aktivin yenidənqiymətləndirilmiş balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları (amortizasiya ayırmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir) və aktivin ilkin balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları arasındakı fərq, ədalətli dəyər üzrə ehtiyat (rezerv) hesabından “Bölüşdürülməmiş mənfəət” hesabına keçirilir.

    1. Amortizasiya

Torpaq üzrə amortizasiya ayırmaları hesablanmır.

Digər əsas vəsaitlər üzrə amortizasiya  azalan qalıq dəyəri  metoduna, yəni əsas vəsaitlərin faydalı istismar müddəti ərzində aşağıdakı illik amortizasiya dərəcələrini tətbiq etməklə, aktivlərin qalıq dəyərinə və ya yenidənqiymətləndirilmiş dəyərinə vurmaqla həyata keçirilir. Faydalı istismar müddəti və ya illik amortizasiya dərəcələri aşağıdakı qaydada müəyyən edilir:

  • Binalar – 40 il və ya illik 7%
  • Maşın və avadanlıqlar – 5 il və ya illik 25%
  • İT avadanlıqları – 5 il və ya illik 25%
  • Nəqliyyat vasitələri – 5 il və ya illik 25%
  • Mebel və təsərrüfat inventarları – 5 il və ya illik 20%
  • Sair əsas vəsaitlər – 5 il və ya illik 20%

Aktivlərin ləğvedilmə dəyərinə və onların faydalı istismar müddətinə vaxtaşırı yenidən baxılır və zərurət olduqda, hər bir hesabat dövrünə təshih edilir.

Əsas vəsaitlərin xaricolmasından mənfəət və zərərlər bu əsas vəsaitlərin satışı ilə onların balans dəyərinin müqayisə edilməsi yolu ilə müəyyən edilir. Xaricolmalardan mənfəət və zərərlər mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

    1. Qeyri-maddi aktivlər

Cəmiyyətin qeyri-maddi aktivi 1 C mühasibat proqramından və LOGİX satış proqramından ibarətdir.

    1. Aktivlərin qiymətdən düşməsi

Faydalı istismar müddəti müəyyən edilə bilinməyən aktivlər amortizasiya olunmur  və hər il qiymətdən düşmə məqsədləri üçün testləşdirmə aparılır. Amortizasiya olunan aktivlər, əgər hər hansı bir hadisə və ya şəraitin dəyişməsi balans dəyərinin bu aktivlərin əvəzinin ödənilmə dəyərinin olmamasını göstərirsə, hər dəfə qiymətdən düşmə məqsədləri üçün qiymətləndirilir. Qiymətdən düşmə zərəri aktivin balans dəyərinin onun əvəzinin ödənilmə dəyərindən artıq olan məbləğində tanınır. Əvəzinin ödənilməsi dəyəri aşağıdakı iki meyarlardan daha böyük olan məbləğlərdən biridir:

  1. Aktivlərin satışı üzrə xərclər çıxılmaqla ədalətli dəyər;
  2. Istifadə edilmə dəyəri.

Aktivlərin qiymətdən düşməsi məqsədləri üçün aktivlər pul axınlarını eyniləşdirən qruplaşdırma qaydasında ən kiçik qruplara bölünürlər.

    1. İnvestisiyalar

Cəmiyyət özünün investisiyalarını aşağıdakı şəkildə təsnifləşdirir:

  • Ədalətli dəyərin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri;
  • Borc vəsaitləri və debitor borcları,
  • İnvestisiyalar;
  • Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri.

Təsnifləşdirmə investisiyaların hansı məqsədlə alınmasından asılıdır. Rəhbərlik investisiyaların təsnifləşdirilməsini onların ilkin tanınması zamanı müəyyən edir və hər bir hesabat tarixinə onları yenidən nəzərdən keçirir.

  1. Ədalətli dəyərin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri

Bu kateqoriya iki alt kateqoriyaya bölünür: ticarət üçün nəzərdə tutulmuş maliyyə aktivləri və ilkin tanınmış ədalətli dəyərin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri. Maliyyə aktivləri bu kateqoriyaya o zaman aid edilir ki, onlar yaxın gələcəkdə satış üçün nəzərdə tutulmuşdur və onlar rəhbərlik tərəfindən belə ifadə edilmişdir. Törəmə maliyyə alətləri də həmçinin satış üçün nəzərdə tutulmuş hesab edilirlər ki, onlar hedcinqləşdirmə alətləri deyildirlər. Əgər bu aktivlər satış üçün nəzərdə tutulmuşlarsa və ya  onların satılması balans hesabatı tarixindən bir ildən artıq olmayan müddətdə nəzərdə tutulmuşdursa, bu kateqoriyanın aktivləri qısamüddətli aktivlər kimi təsnifləşdirilirlər.

  1. Borc vəsaitləri və debitor borcları

Borc vəsaitləri və debitor borcları təsbit edilmiş və ya müəyyən edilə bilən ödəmə müddəti olan və aktiv bazarda qiyməti təyin edilməyən (kotirovka olunmayan) qeyri-törəmə maliyyə aktivləridir.  Onlar o vaxt yaranırlar ki, Cəmiyyət debitor borclarının satılması niyyəti olmadan pul vəsaitlərini, malları və xidmətləri birbaşa debitora təqdim edir. Belə borc vəsaitləri və debitor borcları dövriyyə aktivləri kimi təsnifləşdirilirlər və qısamüddətli aktivlərə aid edilirlər (əgər ödəmə müdəti mühasibat balansının tərtib edilmə tarixindən bir ilədək müddətdən artıq deyildirsə). Borc vəsaitləri və debitor borcları mühasibat balansında “Debitor borcları” maddəsinin tərkibində əks etdirilmişlər.

  1. Ödəmə müddətinə qədər saxlanılmış (dayandırılmış) investisiyalar

Ödəmə müdətinə qədər saxlanılmış (dayandırılmış) investisiyalar təsbit edilmiş ödəmə müddəti olan elə qeyri-törəmə maliyyə aktivləridir ki, onlarla münasibətdə ödəniş müddətinin çatmasına qədər Cəmiyyətin  onları saxlamağa qəti niyyəti və imkanı vardır. Hesabat dövründə Cəmiyyətin bu kateqoriya üzrə heç bir investisiyası olmamışdır.

  1. Satış üçün nəzərdə tutulmuş maiyyə aktivləri

Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri bu kateqoriyada nəzərdə tutulmamış və ya  digər kateqoriyalarda təsnifləşdirilməmiş qeyri-törəmə maliyyə alətləridir. Əgər rəhbərliyin bu aktivləri mühasibat balansının tətib edilmə tarixindən bir ilədək müddətə satmaq niyyəti yoxdursa, onlar qeyri-dövriyyə aktivlərinə aid edilirlər və uzunmüddətli aktivlərin tərkibində əks etdirilirlər.

    1. Ehtiyatlar

Ehtiyatlar faktiki maya dəyəri ilə əks etdirilir. Ehtiyatların maya dəyəri birinci satınalmaların qiyməti üzrə (FİFO metodu) hesablanır. Maya dəyərinə material xərcləri, istehsal işçilərinin əmək haqqı xərcləri, sair birbaşa xərclər, həmçinin inzibati xərclərin müvafiq hissəsi daxil edilir. Ehtiyatların dəyərinə, bu xammal və material ehtiyatlarının əldə edilməsi ilə bağlı olan və müvafiq pul axınının hedcinqləşdirilməsi alətləri üzrə mənfəət və zərərlər hesabından keçirilmiş zərərlər daxil edilir.   

    1. Alıcılar və sifarişçilərin debitor borcları

Alıcılar və sifarişçilərlə hesablaşmalar ilkin olaraq ədalətli dəyər üzrə əks etdirilir. Sonradan isə qiymətdən düşmə ehtiyatlarının (rezervlərinin) yaradılması metodu ilə amortizasiya olunmuş dəyər ilə uçota alınır. Alıcılar və sifarişçilərin debitor borcları  üzrə qiymətdən düşmə ehtiyatları (rezervləri) o halda yaradılır ki, elə obyektiv sübutlar mövcuddur ki, Cəmiyyət tərəfindən ilkin maliyyələşmə nəticəsində yaranmış bütün debitor borclarının yığılması mümkün deyildir və ya bütün debitor borclarının ödənilməsi mümkünsüzdür. Ehtiyatların (rezervlərin) məbləği aktivin balans dəyəri ilə pul vəsaitləri axınının effektiv faiz dərəcəsi nəzərə alınan fərz edilən diskontlaşdırılmış dəyər arasındakı fərqdir. Ehtiyatların (rezervlərin) yaradılması və ya dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

    1. Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri asanlıqla müəyyən nəğd pul məbləğinə çevrilə bilən və dəyəri cuzi dəyişikliklərə məruz qalan maddələrdir. Pul vəsaitləri və onların ekvivalentləri maddəsində kassada olan nəğd pul vəsaitləri, yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, bank overdraftları və ödənilmə müddəti üç aydan artıq olmayan digər yüksək likvidli investisiyalar əks etdirilir. Mühasibat balansında bank overdraftları qısamüddətli öhdəliklərin tərkibində qısamüddətli faiz xərcləri yaradan öhdəliklər maddəsi üzrə əks etdirilir.  

    1. Təsisçi kapital

Təsisçi payı kapital kimi təsnifləşdirilir.

 

    1. Kreditlər bə borclar

Kreditlər və borclar ilkin olaraq sövdələşmənin aparılmasına çəkilən xərclər çıxılmaqla,  ədalətli dəyər üzrə tanınır. 

Konvertasiya olunan istiqrazların öhdəliklərə aid olan hissəsinin ədalətli dəyəri konvertasiya olunmayan istiqazlara ekvivalent bazar faiz dərəcəsi tətbiq edilməklə müəyyən olunur. Bu məbləğ konvertasiyada ləğv olunma müddətinə və istiqrazların ödənmə müddətinin çatması müddətinə qədər amortizasiya olunan öhdəliyin dəyəri kimi əks etdirilir. Alınmış qalan vəsaitlər konvertasiyaya opsion kimi mənfəət vergisi effekti çıxılmaqla kapitala əlavə edilir.

Kreditlər və borclar, Cəmiyyət tərəfindən bu öhdəliklərin ödənilmə müddətinin mühasibat balansının tərtib edilmə müddətinədək ən azı bir ildən artıq olan müddətə ödəniləcəyi barədə şərtsiz  hüququ olaması halları istisna olmaqla,  qısamüddətli öhdəliklər kimi təsnifləşdirilir.

 

    1. Mənfəət vergisi

Mənfəət vergisi hazırkı maliyyə hesabatlarında balans tarixinə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq hesablanmışdır. Mənfəət vergisi xərci cari və təxirəsalınmış mənfəət vergisindən ibarət olub, mənfəət və zərər hesabatında qeydə alınır. Lakin, həmin və ya başqa dövrdə bilavasitə kapital hesablarında qeydə alınan əməliyyatlara aid olan vergilər bilavasitə kapital hesablarında qeydə alınır.

Cari mənfəət vergisi, cari və ya əvvəlki dövrlər üzrə vergiyə cəlb edilən və ya zərər ilə əlaqədar vergi orqanlarına ödəniləcək və ya onlardan geri alınacaq (əvəzləşdiriləcək) məbləği təşkil edir. Vergiyə cəlb edilən mənfəət və ya zərər, maliyyə hesabatlarının müvafiq vergi bəyannamələrinin təqdim edilməsindən əvvəl təsdiqləndiyi halda təxmini göstəricilərə əsasən hesablanır. Mənfəət vergisindən başqa digər vergilər inzibati və digər əməliyyat xərcləri kimi qeydə alınır.  

Təxirə salınmış mənfəət vergisi üzrə ehtiyat (rezerv) öhdəliklər metodu istifdə edilməklə tam həcmdə yaradılır. Təxirə salınmış mənfəət vergisi, aktivlərin və öhdəliklərin vergitutma bazası ilə  onların maliyyə hesabatlarında əks etdirilmiş balans dəyəri arasında meydana çıxan bütün zaman fərqləri üzrə müəyyən edilir. Lakin, təxirə salınmış mənfəət vergisi,  aktivlərin və ya öhdəliklərin ilkin tanınması zamanı meydana çıxırsa, o halda təxirə salınmış mənfəət vergisi uçotda əks etdirilmir (əgər, sövdələşmənin həyata keçirildiyi anda nə mühasibat mənfəətinə, nə də vergiyə cəlb edilən mənfəətə təsir etməyən biznesin birləşdirilməsi ilə əlaqədar deyildirsə). Təxirə salınmış mənfəət vergisi mühasibat balansının tərtib edilmə tarixinə qüvvədə olan Azərbaycan Respunlikasının Vergi Məcəlləsində müəyyən edilmiş vergi dərəcələrinə müvafiq olaraq hesablanır.    

Təxirə salınmış vergi aktivləri o zaman tanınır ki, gələcəkdə zaman fərqləri məbləğində azaldıla biləcək vergiyə cəlb ediləsi mənfəət əldə edilməsi ehtimalı vardır.

 

    1. Qarşıdakı xərclər və ödənişlər üzrə ehtiyatlar (rezervlər)

Ətraf mühitin bərpa olunmasına, restrukturizasiyaya və məhkəmə çəkişmələrinə ehtiyatlar (rezervlər) o zaman yaradılır ki:

  • Cəmiyyət keşmiş dövrlərdə baş vermiş hadisələr nəticəsində hər hansı hüquqi öhdəliklər daşıyır və ya könüllü surətdə öz üzərinə ənənəvi öhdəliklər qəbul etmişdir;
  • Ehtimallar vardır ki, bu öhdəliklərin səhmana salınması üçün pul vəsaitlərinin axını labüddür;
  • Bu öhdəliklərin məbləği etibarlı surətdə hesablana bilir.

Restrukturizasiya xərcləri üzrə ehtiyatlara icarə müqavilələrinin vaxtından əvvəl ləğv edilməsinə görə cərimə sanksiyaları və işçilərə ödənilən işdən çıxma müavinətləri daxildir. Gələcək dövrlərin əməliyyat zərərləri üzrə ehtiyatlar yaradılmır.   

 

    1. Gəlirin tanınması

Gəlir satılmış mal, iş və xidmətlərin ədalətli dəyəri ilə (əlavə dəyər vergisi çıxılmaqla) tanınır. Satışdan gəlir aşağıdakı qaydada tanınır:

  1. Xidmətlərin göstərilməsindən gəlirlər

Xidmətlərin göstərilməsindən gəlirlər o hesabat dövrünə aid edilir ki, bu xidmətlər göstərilmişdir və xidmət göstərilməsi üzrə konkret sövdələşmənin tələbləri başa çatdırılmışdır. Konkret sövdələşmənin tələblərinin başa çatdırılması dərəcəsi faktiki göstərilmiş xidmətlərin həcminin sövdələşmə üzrə göstəriləcək xidmətlərin ümumi həcmindəki payı kimi qiymətləndirilir.

  1. Faiz gəlirləri

Faiz gəlirləri faktiki əldə edildiyi dövrdə gəlir kimi tanınır.

  1. Dividend gəlirləri

Dividend gəlirləri o zaman tanınır ki, səhmdarların mənfəət əldə etmək hüququ müəyyən olunmuşdur.

 

    1. İcarə

Mülkiyyət hüququndan irəli gələn risklərin və səmərələrin əhəmiyyətli hissəsinin icarəyə verəndə qalması hallarındakı icarə, əməliyyat icarəsi kimi təsnifləşdirilir. Əməliyyat icarəsi müqaviləsi üzrə ödənişlər bütün icarə müddəti üzrə bərabər hissələrə bölünməklə, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

 

    1. Dividendlərin verilməsi

Cəmiyyətin təsisçilərinə dividendlər maliyyə hesabatlarında öhdəlik kimi o dövrdə tanınır ki, həmin dövrdə Cəmiyyətin təsisçiləri tərəfindən təsdiq edilmişdir (qərar qəbul edilmişdir).

 

  1. Maliyyə risklərinin idarə edilməsi
    1. Maliyyə riskərinin faktorları

Cəmiyyətin fəaliyyəti bir sıra maliyyə risklərinə meyillidir: bazar riski (valyuta riskləri, faiz dərəcələrinin dəyişməsinin ədalətli dəyərə təsir riski və qiymət riski daxil olmaqla); kredit riski; likvidlik riski və faiz dərəcələrinin dəyişməsinin pul vəsaitləri axınına təsiri riski. Cəmiyyətin risklərin idarə olunması üzrə proqramı, maliyyə risklərinin qabaqcadan müəyyən edilə bilinməməsi amilinə cəmləşdirilmişdir (fokusuna yığılmışdır) və Cəmiyyətin fəaliyyətinin maliyyə nəticələrinə potensial əlverişsiz təsirinin minimallaşdırılmasına yönəldilmişdir. Cəmiyyət müəyyən risklərin hedcinqləşdirilməsi üçün törəmə maliyyə alətlərindən istifadə edir.

  1. Bazar riski
  1. Valyuta riski

Cəmiyyət beynəlxalq iqtisadi əlaqələrə malikdir və ona görə də, xarici valyuta kurslarının (əsasən, ABŞ dolları, avro, Rus rublu və s.) dəyişməsindən valyuta risklərinə meyillidir. Gələcək kommersiya sövdələşmələri, tanınmış aktivlər və öhdəliklər, həmçinin xarici şirkətlərə netto-investisiyalara münasibətdə mübadilə kurslarının dəyişməsi riski mövcuddur.

  1. Qiymət riski

Cəmiyyət göstərdiyi xidmətlər üzrə qiymət riskinə mübtəla deyildir. Analoji xidmətlər bazarında faktiki rəqabətin olmaması buna əsas verir.

  1. Kredit riski

Cəmiyyət əhəmiyyətli kredit risklərinə mübtəla deyildir. Törəmə alətlərlə sövdələşmələr və pul əməliyyatları yalnız yüksək ödəmə qabiliyyəti olan maliyyə institutları ilə aparılır. Cəmiyyət tərəfindən heç bir istisnaya yol vermədən bütün maliyyə institutları üçün kredit riskini məhdudlaşdıran prosedurlar işlənmişdir. 

  1. Likvidlik riski

Likvidlik riskinin ehtiyatlıqla idarə edilməsi pul vəsaitləri və dövriyyədə olan qiymətli kağızların kifayət qədər həcminin saxlanmasını, açılmış kredit xəttləri vasitəsilə adekvat maliyyələşmə  imkanlarını və ortaya çıxa biləcək disbalans hallarında operativ idarərtmə imkanlarını nəzərdə tutur.     

  1. Faiz dərəcəsinin dəyişməsinin pul vəsaitləri axınına və ədalətli dəyərə təsiri riski

Cəmiyyət faiz gəliri gətirən əhəmiyyətli məbləğdə aktivlərə malik olduğundan, mənfəət və pul vəsaitlərinin əməliyyat axınları, əsasən bazar faiz dərəcələrinin dəyişməsindən asılıdır.      

    1. Törəmə maliyyə alətləri və hedcinq əməliyyatlrı

Törəmə maliyyə alətləri müvafiq sövdələşmələrin (kontraktların) bağlanma tarixinə ilkin balans dəyəri ilə uçota alınır: sonradan ədalətli dəyərə yenidən qiymətləndirmə tələb edilir. Bu qaydada müəyyən edilmiş gəlirlər və zərərlər maliyyə alətlərinin hedcinq aləti kimi təsnifləşdirilməsindən asılıdır.

  1. Ədalətli dəyərin hedcinqləşdirilməsi

Cəmiyyət tərəfindən pul vəsaitləri axınının hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilən törəmə alətlərin ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda hedcinqləşmə riskinə aid olan hedcinqləşdirilən maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyərinin dəyişməsi ilə birliklə əks etdirilir.

  1. Pul vəsaitləri axınının hedcinqləşdirilməsi

Cəmiyyət tərəfindən pul vəsaitləri axınının hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilən törəmə alətlərin ədalətli dəyərinin dəyişməsinin effektiv hissəsi kapitalın tərkibində tanınır (bu dəyişmənin effektiv olmayan hissəsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir).

  1. Xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu tətbiq edilməyən törəmə alətlər

Bir sıra maliyyə alətləri xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu qaydalarına aid edilmir. Hedcinqləşdirmə əməliyyataları tətbiq edilməyən maliyyə alətlərinin ədalətli dəyərinin dəyişməsi birbaşa mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

  1. Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli mühasibat təxminləri və fərziyyələri

Cəmiyət növbəti maliyyə ili ərzində hesabatlarda əks etdirilən aktiv və öhdəliklərin məbləğinə təsir göstərən təxminlər və fərziyyələr irəli sürür. Həmin təxminlər və fərziyyələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə təxminlərə əsasən təhlil edir. Uçot siyasətinin tətbiqi zamanı rəhbərlik həmçinin peşəkar mülahizələr və fərziyyələr irəli sürür. Maliyyə hesabatlarında əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılar daxildir:

 

    1. Müştəri debitor borclarının dəyərsizləşməsi üzrə zərərlər

Gələcək pul vəsaitləri hərəkətinin məbləğini və müddətini təxmin edərkən istifadə edilən metodologiya və mülahizələr, təxmini və həqiqi zərərlər arasındakı hər hansı fərqi azaltmaq məqsədilə müntəzəm olaraq nəzərdən keçirilir.  

    1. Binaların yenidən qiymətləndirilməsi

 Cəmiyyətin balansında olan əmlak üçün yenidən qiymətləndirilmə aparılmamışdır.

    1. Vergi qanunvericiliyi

Azərbaycan Respublikasının vergi, sosial sığorta, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərhlərə məruz qalır.

  1. Əsas vəsaitlər

 

Binalar

Maşın və avadanlıq

Nəqliyyat vasitələri

Mebel və təsərrüfat inventarları

             Cəmi

01 yanvar 2019-cu il tarixinə ilkin dəyər

 

404305,00

137800,00

 

542105,00

Yığılmış amortizasiya

 

-192870,44

-69745,60

 

-262616,04

01 yanvar 2019-cu il tarixinə balans dəyəri

 

211434,56

68054,40

 

279488,96

Daxilolmalar

 

16406,90

52300,00

 

68706,90

Xaricolmalar

 

 

 

 

 

Amortizasiya ayırmaları

 

-22202,91

-12096,14

 

-34299,05

Xaricolmalar üzrə yığılmış amortizasiya

 

 

 

 

 

31 dekabr 2019-cu il tarixinə balans dəyəri

 

205638,55

108258,26

 

313896,81

31 dekabr 2019-cu il tarixinə ilkin dəyər

 

420711,90

190100,00

 

610811,90

Yığılmış amortizasiya

 

-215073,35

-81841,74

 

-296915,09

31 dekabr 2019-cu il tarixinə balans dəyəri

 

205638,55

108258,26

 

313896,81

01 yanvar 2020-ci il tarixinə ilkin dəyər

 

420711,90

190100,00

 

610811,90

Yığılmış amortizasiya

 

-215073,35

-81841,74

 

-296915,09

01 yanvar 2020-ci il tarixinə balans dəyəri

 

205638,55

108258,26

 

313896,81

Daxilolmalar

 

54449,58

30000,00

 

84449,58

Xaricolmalar

 

 

 

 

 

Amortizasiya ayırmaları

 

-26089,95

-13725,39

 

-39815,34

Xaricolmalar üzrə yığılmış amortizasiya

 

 

 

 

 

31 dekabr 2020-ci il tarixinə balans dəyəri

 

233998,18

124532,87

 

358531,05

31 dekabr 2019-cu il tarixinə ilkin dəyər

 

475161,48

220100,00

 

695261,48

Yığılmış amortizasiya

 

-241163,30

-95567,13

 

-336730,43

31 dekabr 2020-ci il tarixinə balans dəyəri

 

233998,18

124532,87

 

358531,05

  1. Qeyri-maddi aktivlər

 

 

 

Proqram məhsulları

Lisenziyalar

Cəmi

01 yanvar 2019-cu il tarixinə ilkin  dəyəri

19500,00

0

19500,00

Yığılmış amortizasiya

-1950,00

0

-1950,00

01 yanvar 2019-cu il tarixinə qalıq  dəyəri

17550,00

0

17550,00

Daxilolmalar

0

0

0

Xaricolmalar

0

0

0

Amortizasiya ayırmaları

-3510,00

0

-3510,00

31 dekabr 2019-cu il tarixinə ilkin  dəyəri

19500,00

0

19500,00

Yığılmış amortizasiya

-5460,00

0

-5460,00

31 dekabr 2019-cu il tarixinə qalıq  dəyəri

14040,00

0

14040,00

Daxilolmalar

14042,00

0

14042,00

Xaricolmalar

0

0

0

Amortizasiya ayırmaları

-5616,00

0

-5616,00

31 dekabr 2020-ci il tarixinə ilkin  dəyəri

33542,00

0

33542,00

Yığılmış amortizasiya

-11076,00

 

MÜSTƏQİL AUDİTORUN HESABATI
2021-05-04
MÜSTƏQİL AUDİTORUN HESABATI

QARDAŞLAR MEBEL-3” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbərliyinə

  Rəy

  1. Mən, “QARDAŞLAR MEBEL-3” MMC-nin 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan, məcmu gəlirlər haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatından və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışam.

Hesab edirəm ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Rəy üçün əsaslar

  1.  Mən auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətlərim əlavə olaraq hesabatımın “Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Mən maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsinin” (IESBA məcəlləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyiləm və mən digər etik öhdəliklərimi bu və IESBA məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişəm. Mən hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.

Fəaliyyətin fasiləsizliyinə dair əhəmiyyətli qeyri-müəyyənlik

Mən diqqəti “QARDAŞLAR MEBEL-3” MMC-nin maliyyə hesabatlarına dair izahedici qeydlərində olan koronavirus infeksiyasının yayılması şəraitində və bunun iqtisadi nəticələri ilə bağlı Cəmiyyətin fəaliyyətinin davam etdirilməsinə dair qeyri-müəyyənlik faktorlarına yönəltmək istərdim. İzahedici qeydlərdə hazırki şəraitdə “QARDAŞLAR MEBEL-3” MMC-nin öz fəaliyyətinin fasiləsizliyini təmin etmək sahəsində əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olması göstərilmişdir. Bu şəraitlə əlaqədar mən öz mülahizələrimə dəyişikliklər etməmişəm.

Əsas audit məsələləri

  1. Əsas audit məsələləri mənim peşəkar mühakiməmə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditi baxımından və maliyyə hesabatlarına dair rəyimin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və mən bu məsələlərə dair ayrılıqda rəy vermirəm.

 Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

  1.  Rəhbərlik maliyyə hesabatlarının IFRS (Beynəlxalq maliyyə hesabatları standartlarına) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyəti fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

  1. Mənim məqsədim təqdim edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyim daxil olan auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə təqdim edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Sərbəst auditor

Hacı-Əzizov İlham İsfəndiyar oğlu

Bakı şəhəri, Azərbaycan Respublikası

       09 mart 2021-ci il 

 

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
2021-05-04
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

"QARDAŞLAR MEBEL-3" Məhdud Məsuliyyətli Cəmiyyəti Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

31 Dekabr 2020-ci il
(Azərbaycan manatı ilə)

 

Qeydlərə istinad

2020

2019

Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti

 

 

 

     Hesabat dövründə xalis mənfəət və ya zərər 

18

689347.14

1087258.52

      Aşağıdakı maddələr üzrə düzəlişlər:

 

 

 

          amortizasiya

 

45431.34

37809.05

            azlıq təşkil edən mülkiyyətçilərin payı

 

 

 

            fövqəladə gəlirlər və xərclər

 

 

 

            mənfəət vergisi üzrə xərclər             

 

 

 

            qeyri-pul maddələri üzrə gəlirlər və xərclər

 

 

 

investisiya fəaliyyəti və ya maliyyələşdirmə üzrə fəaliyyətə aid olan digər maddələr

 

 

 

      Aşağıdakı maddələr üzrə baş verən dəyişikliklər:

 

 

 

            ehtiyatlar             

 

-479189.45

-59753.37

            əməliyyat debitor borcları və gələcək dövrlərin xərcləri            

 

-84731.00

-224847.61

            əməliyyat kreditor borcları və hesablaşmalar            

 

-1617235.50

1564825.55

          digər aktivlərin azalması (artması)

 

 

 

          digər öhdəliklzrin (azalması) artması

 

110203.49

224847.61

       Əməliyyat fəaliyyətinə aid fövqəladə pul vəsaitlərinin hərəkəti

 

1290251.22

-996607.30

       Ödənilmiş (qaytarılmış) mənfəət vergisi

 

 

 

Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti

 

-45922.76

1633532.45

İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti

 

 

 

Komisyon yığımları və ödənilmiş digər oxşar məbləğlər daxil olmaqla uzunmüddətli qeyri-maliyyə aktivlərinin əldə edilməsi üçün, eləcə də, uzunmüddətli qeyri-maliyyə aktivlərinə aid edilən kapitallaşdırılmayan  məsrəfləri ilə əlaqədar pul vəsaitlərinin xaricolmaları

 

-98491.58

-68706.90

Uzunmüddətli qeyri-maliyyə aktivlərinin satışından pul vəsaitlərinin daxilolmaları

 

 

 

Törəmə, asılı və birgə müəssisələrdə investisiyaların əldə olunması ilə bağlı pul vəsaitlərinin daxilolmaları

 

 

 

Törəmə, asılı və birgə müəssisələrdə investisiyaların satışından yaranan pul vəsaitlərinin daxilolmaları

 

 

 

Digər tərəflərə verilmiş qısamüddətli və uzunmüddətli borclar üzrə pul vəsaitlərinin xaricolmaları

 

 

 

Digər tərəflərə verilmiş qısamüddətli və uzunmüddətli borcların geri qaytarılmasından yaranan pul vəsaitlərinin daxilolmaları

 

 

 

Törəmə müəssisələrdə və təsərrüfat vahidlərində mövcud olan pul vəsaitləri çıxılmaqla həmin qurumların əldə edilməsi üçün pul vəsaitlərinin xaricolmaları

 

 

 

Törəmə müəssisələrdə və təsərrüfat vahidlərində mövcud olan pul vəsaitləri çıxılmaqla həmin qurumların satışından əldə olunan pul vəsaitlərinin daxilolmaları

 

 

 

Fyuçers, forvard, opsion və svop müqavilələri üzrə pul vəsaitlərinin xaricolmaları

 

 

 

Fyuçers, forvard, opsion və svop müqavilələrindən yaranan pul vəsaitlərinin daxilolmaları

 

 

 

Dividentlərin və gəlirin digər oxşar növləri şəklində pul vəsaitlərinin daxilolmaları

 

 

 

      Alınmış faizlər şəklində pul vəsaitlərinin daxilolmaları

 

 

 

İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin fövqəladə daxilolmaları və xaricolmaları

 

 

 

İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti

 

-98491.58

-68706.90

Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti

 

 

 

Səhmlərin və digər oxşar alətlərin buraxılması nəticəsində yaranan pul vəsaitlərinin daxilolmaları

 

 

 

Müəssisənin öz səhmlərinin və digər oxşar alətlərinin geri alınması məqsədilə pul vəsaitlərinin xaricolmaları

 

 

 

Borc şəklində alınmış məbləğlərdən yaranan pul vəsaitlərinin daxilolmaları

 

 

 

Borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları

 

 

 

Məqsədli maliyyələşdirmə şəklində pul vəsaitlərinin daxilolmaları

 

3000.00

 

Məqsədli maliyyələşdirmə şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları

 

 

 

Maliyyə icarəsi müqavilələrinin şərtlərin ə əsasən əsas məbləğlər üzrə pul vəsaitlərinin xaricolmaları

 

 

 

Dividentlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin xaricolmaları

 

 

 

Faizlər şəklində rul vəsaitlərinin xaricolmaları

 

 

 

Maliyyələşdirmə üzrə fəaliyyətlər ilə əlaqədar fövqəladə xaricolmalar və daxilolmalar

 

 

 

Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin xalis hərəkəti

 

3000.00

 

Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)

 

-141414.34

1564825.55

Pul vəsaitləri və onların ekvivalentlərinin hərəkəti

 

2020

2019

Bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə olan məbləği

1617235.50

52409.95

İl ərzində pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması) xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri

-141414.34

1564825.55

Bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna olan qalığı

1475821.16

1617235.50

 

 

Qardaşlar Mebel Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldu.
2020-10-19
Qardaşlar Mebel Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldu.

İstehsal etdiyi mebelləri fürsətlər ölkəsinə ixrac etməyə nail olan Qardaşlar mebel şirkəti ölkədə yaranmış vəziyyətlə əlaqədar Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldu.

Qardaşlar mebel şirkətinin rəhbəri Əli Mirzəyev belə bir vəziyyətdə dövlətimizin yanında olduğunu açıqlayıb. “Azərbaycan hər birimizin vətənidir. Biz bu məsələdə də birləşib dövlətimizə dəstək göstərməliyik. Qardaşlar mebel şirkəti olaraq cənab prezidentin və ordumuzun tutduğu mövqeni dəstəkləyir, tezliklə işğal atında olan torpaqlarımızın azad olacağına inanırıq.”

Şirkət rəhbəri bütün sahibkarları bu təşəbbüsə qoşulmağa çağırdı. “Bu gün bütün gücümüzü səfərbər edərək dövlətimizin və ordumuzun yanında olmalıyıq. Biz sahibkarlar belə bir vacib məqamda əlimizdən gələni əsirgəməməliyik. Qardaşlar mebel şirkəti olaraq ölkədə fəaliyyət göstərən bütün sahibkarları bu təşəbbüsə qoşulmağa dəvət edirik. Biz hər zaman cənab prezidentin və ordumuzun yanındayıq, torpaqlarımızın azad olması üçün əlimizdən gələni etməyə hazırıq.”

Qeyd edək ki, Qardaşlar mebel şirkəti mövcud hərbi vəziyyətlə bağlı ölkə başçısının və müvafiq qurumların qəbul etdiyi bütün qərarları tam olaraq icra etməkdədir.

Şəffaf işləmək bizə yeni sifarişlər qazandırır.
2020-10-16
Şəffaf işləmək bizə yeni sifarişlər qazandırır.

Azərbaycanda pandemiya olmasına baxmayaraq əvvəlcədən müəyyən olunmuş krizis kommunikasiya planı nəticəsində öz satışlarını artıran Qardaşlar mebel şirkəti sektordakı cari vəziyyəti təhlil etdi.

Şirkətin rəhbəri Əli Mirzəyev bir çox şirkətlərdən fərqli olaraq şəffaf işləmək pandemiya dövründə onlara əlavə sifarişlər gətirdiyini açıqlayıb.

“Qardaşlar mebel üçün şəffaf işləmək hər zaman önəmli olub. Biz bir çox ölkələrdə pandemiya başlayanda bunun ölkəmizdə də olacağını analiz etmişdik. Bizim təhlillərimiz göstərirdi ki, Azərbaycanda mebel sektoru üzrə fəaliyyət göstərən şirkətlər və fərdi şəxslər yaranmış bu vəziyyətə tab gətirə bilməyəcəklər. Bunun nəticəsi olaraq da bir çox şirkətlər və fərdi şəxslər əldə etdikləri sifarişləri tamamlamaqda çətinliklərlə üzləşəcəklər. Bu da öz növbəsində tərəflərarası münasibətlərə çox ciddi təsir göstərəcəkdir.

Əli Mirzəyev hazırda şirkətin fəaliyyəti ilə bağlı da məlumat vərərək bildirib ki, şəffaf işləməklərinin nəticəsi olaraq dövlətdən aldıqları maddi dəstək onların cari vəziyyətlərinin pisləşməsinin qarşısını alıb.

“Biz bilirik ki, şəffaf işləməyin müsbət tərəfləri var və lazımi məqamda dövlət belə şirkətlərə mütləq öz dəstəyini göstərir. Digər tərəfdən isə pandemiya bir daha göstərdi ki, qeyri-şəffaf şəkildə işləyən şirkətlər öz gəlir və xərclərini gizlətməklə özlərini çətin vəziyyətə salırlar. Bu kimi hallara mebel sifariş edən şirkətlər də diqqət etməlidirlər. Sifarişçi şirkətlər öz sifarişlərinin yarımçıq qalmasını istəmirlərsə, bazarda mövcud olan sağlam şirkətlərlə əməkdaşlıq etməyə üstünlük verməlidirlər. Hal-hazırda karantin dövrünün olmasına baxmayaraq, şirkətimiz Operativ Qərargahın qoyduğu qaydalara riayət etməklə yeni sifarişlərin icrası ilə məşğuldur.”

Qeyd edək ki, Qardaşlar mebel şirkəti bu yaxınlarda istehsal etdiyi smart ofis mebelinin sadə versiyasını istehsal etməyi qərarlaşdırıb. Şirkət, sadə versiyada əsas funksionallıqlardan biri olan masa istifadəçinin istəyinə uyğun yuxarı və aşağı istiqamətdə hərəkət etməsi mexanizmini saxlayıb. Smart ofis masaları ilə maraqlan şəxslər (077) 486 – 24 – 22 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Azərbaycanın ilk Smart mebeli istehsal olundu
2020-03-12
Azərbaycanın ilk Smart mebeli istehsal olundu

İstər fiziki, istərsə də korporativ müştərilərin fərdi istəkləri əsasında mebellər istehsal edən Qardaşlar Mebel şirkəti smart mebellərin istehsalına başladığını açıqlayıb.

Şirkətin rəhbəri Əli Mirzəyev smart mebellərin istehsalının çoxdan planlaşdırılmış bir addım olduğunu söyləyib.

“Mən hesab edirəm ki, texnologiyanın inkişafı mebel sektorundan da yan keçməməlidir. Müxtəlif təyinatlı cihazlar insanların işlərini asanlaşdırdığı kimi biz də öz istehsal etdiyimiz mebellərə müxtəlif funksionallıqlar əlavə etməklə insanların həyatına rahatlıq qatmalıyıq. Bu baxımdan Qardaşlar Mebel şirkəti olaraq insan davranışları əsasında smart mebellər istehsal etməyi qərara almışıq. Biz bu istiqaməti ilkin mərhələdə ofis mebellərinə tətbiq etməyi planlaşdırırıq. Araşdırmalarımız göstərir ki, istər özəl, istərsə də dövlət sektorunda çalışanlar günlərinin çox hissəsini ofisdə oturaq vəziyyətdə keçirir. Bu isə bir çox hallarda həm sağlamlığa, həm də işin keyfiyyətinə ciddi təsir göstərir. Bizim təqdim edəcəyimiz ofis masaları tənzimlənən olduğu üçün insanlar həm oturaq, həm də ayaq üstü formada işlərini görə biləcəklər. Bu da artıq çəkinin yaranması və onurğa sütununda yarana biləcək fəsadların qarşısını almaqda yardımçı olacaqdır".

Şirkət rəhbəri təqdim edəcəkləri ofis masalarına əlavə etdikləri texnoloji üstünlüklər haqqında məlumat verərək bildirib ki, əlavələr insanın gündəlik həyatında lazım olan elementlərdən ibarətdir.

“Əvvəllər ofis mebellərinin məhdud funskionallığı var idisə, indi mebel ilə texnologiyanın vəhdəti sayəsində daha geniş imkanlar yaratmaq mümkündür. Biz ilkin mərhələdə hündürlüyü tənzimlənən ofis masalara noutbuku soyutmaq üçün soyutma sistemi, fincandakı mayeni isti saxlamaq üçün qızdırıcı, telefonun enerjisini doldurmaq üçün naqilsiz qurğu, blutuz ilə çalışan səs sistemi və 2 ədəd USB giriş yeri quraşdırmağı nəzərdə tutmuşuq. Artıq smart mebelin protatipi tərəfimizdən hazırlanmışdır. Sifarişlərin çoxluğundan asılı olaraq istehsal həcmini artırmağa hazırıq. Bu yerli mebel şirkətləri arasında bir ilkdir və biz gələcəkdə bu istiqamət üzrə fəaliyyətimizi genişləndirməyi planlaşdırır, mebel ilə texnologiyanın inteqrasiyasını mebelin digər növlərinə də tətbiq etməyə çalışacağıq”.

Qeyd edək ki, şirkət həmçinin 2020-ci ildə Amerika bazarına mebel satmağı planlaşdırır. Qardaşlar Mebel artıq Amerikada bu istiqamətdə bir neçə şirkətlə danışıqlara start verib. Hal-hazırda Qardaşlar Mebel Azərbaycan üzrə 16 mebel kateqoriyası üzrə təmsil olunmaqdadır.

“Qardaşlar Mebel”in adı “Yaşıl Dəhliz” iştirakçıları sırasındadır
2020-01-27
“Qardaşlar Mebel”in adı “Yaşıl Dəhliz” iştirakçıları sırasındadır

Azərbaycanda “Caspian European Club”-un qızıl üzvü olan “Qardaşlar Mebel” şirkəti Bakıda keçirilən "Xarici ticarət iştirakçılarının II Respublika Forumu"nda iştirak edib.

Forumda iştirak edən “Qardaşlar Mebel” şirkətinin rəhbəri Əli Mirzəyev tədbirin xarici tircarət iştirakçıları üçün önəm daşıdığını söyləyib.

“Biz son iki ildə Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyinin şəffaflığın təmin olunması istiqamətində həyata keçirdiyi islahatları dəstəkləyirik. Çox şadam ki, “Qardaşlar Mebel” şirkətinin adı “Yaşıl Dəhliz” iştirakçıları sırasındadır. Şirkət olaraq qısa müddət ərzində “Yaşıl Dəhliz” iştirakçılarının sayının 505-ə çatmasını və dövriyyə həcminin 8 milyard dolları keçməsini ölkə üzrə sahibkarlığın inkişafına göstərilən diqqətin tərkib hissəsi kimi qiymətləndiririk. “Qardaşlar Mebel” şirkəti olaraq “Yaşıl Dəhliz” buraxılış sistemi çərçivəsində əlverişli biznes mühitinin formalaşması, gömrükdə sürətli keçidin təmin olunması və gömrük nəzarətində şəffaflığın artırılması kimi digər üstünlüklər yerli bazar iştirakçılarının ixrac potensialını daha da artıracaqdır”.

Qeyd edək ki, “Qardaşlar Mebel” şirkəti 2020-ci ildə müştərilərinə özəl mebel konseptləri təqdim etmək üzərində çalışır. Şirkət, müştəri davranışları əsasında daha praktik və funksional mebellər istehsal etməyi planlaşdırır.

Qardaşlar mebel “Caspian Energy” Forumunda iştirak edib
2020-01-27
Qardaşlar mebel “Caspian Energy” Forumunda iştirak edib

Azərbaycanda 15-dən çox kateqoriya üzrə mebellər istehsal edən Qardaşlar Mebel “Caspian European Club”-un qızıl üzvü olub.

Tədbirdə çıxış edən “Qardaşlar Mebel” şirkətinin rəhbəri Əli Mirzəyev yerli istehsalın inkişafı məsələsinə diqqət çəkmişdir.

“Mən çox şadam ki, Azərbaycanda yerli istehsalın inkişafına göstərilən diqqət hər ötən gün daha da artır. Bu prosesin sürətləndirilməsi hər bir sektorda olduğu kimi mebel istehsalında da əlavə iş yerlərinin açılmasına imkan yaradacaq. Biz inanırıq ki, ölkəyə idxal olunan hazır mebellərə tətbiq olunan gömrük rüsumunun artırılması yerli istehsalın inkişafına öz töhfəsini verəcək. Əlavə olaraq yerli istehsalçılar üçün xammal və avadanlıqların gətirilməsinə tətbiq olunmuş gömrük rüsumlarına müvafiq güzəştlər tətbiq olunacaq. Doğrudur, bu gün ölkəyə gətirilən 12 milyard hazır mebelin həcmində 20 milyon azalma müşahidə olunur. Bu da yerli istehsalın artırılmasına olan dəstəyin nəticəsi kimi dəyərləndirir, gələcəkdə yerli mebel istehsalı üzrə rəqəmlərin daha yüksək olacağına inanırıq".

Xarici ölkələr üzrə təcrübəsini paylaşan şirkət rəhbəri bildirdi ki, bir çox xarici ölkələr şirkətlərə onların ölkəsinə yatırım etməyi təklif edirlər. Bunun üçün də ölkəsinə mebel ixrac etmək istəyən xarici mebel istehsalçılarına istənilən dəstəyi göstərməkdə maraqlıdırlar: “Biz bu barədə də öz təkliflərimizi İqtisadiyyat Nazirliyinə vermişik və bu istiqamətdə ölkə iqtisadiyyatının inkişafı üçün doğru addımlar atacaqlarına inanırıq.”

Qeyd edək ki, Qardaşlar mebel şirkəti bu yaxınlarda keçirilən 5-ci dizayn forumunun baş sponsoru qismində çıxış edərək dizayn sahəsinin inkişafına olan dəstəyini göstərmişdir.

Qardaşlar Mebel 2020 üçün planlarını açıqladı
2020-01-07
Qardaşlar Mebel 2020 üçün planlarını açıqladı

Azərbaycanın ən böyük və ən müasir mebel istehsalçılarından biri olan Qardaşlar Mebel şirkəti 2020-ci il planlarını açıqlayıb.

Şirkətin rəhbəri Əli Mirzəyev 2019-cu ilin Qardaşlar Mebel üçün uğurlu olduğunu söyləyib.

“2019-cu ildə qeyri-neft sektorunun inkişafına ayrılan diqqət yerli istehsal həcmimizin artmasına öz təsirini göstərdi. Müştəri məmnuniyyətimiz əvvəlki illərdə olduğu kimi ötən il də müsbət tendensiya ilə davam etdi. Həmçinin şirkət olaraq 2019-cu ildə “İlin Mebel İstehsalçısı” nominasiyasına layiq görüldük. Bütün bu və baş verən digər yenilikləri növbəti ilə olan planlarımızın davamı olaraq dəyərləndiririk".

2020-ci il üçün planlarını açıqlayan şirkət rəhbəri strateji inkişaf xəritəsinin geniş olduğunu qeyd etdi: “Biz əvvəlki illərdə olduğu kimi bu il də insan kapitalına yatırım etməyə davam edəcəyik. Fabrik əməkdaşlarının daha da peşəkar olması üçün müvafiq istiqamətlər üzrə təlimlər təşkil etməyi planlaşdırırıq. 2020-ci ildən başlayaraq müştərilərin maarifləndirilməsi istiqamətində də bir çox işlər görməyi hədəfləyirik. Qardaşlar Mebel olaraq müştəri vərdişlərinin öyrənilməsinə fokuslanaraq istehsal etdiyimiz mebellərə daha çox praktiklik qatmağı planlaşdırırıq”.

"MEBELLƏRİMİZ DÜNYA MARKALARI İLƏ YAN-YANA DURMAĞA LAYİQDİR"

Məhsullarının xarici bazarlara ixrac olunması haqqında məlumat verən Əli Mirzəyev bu məsələnin onların üçün prioritet təşkil etdiyini söylədi: “Biz "Made in Azerbaijan" brendi altında istehsal etdiyimiz mebellərimizi xarici bazarlara çıxartmaqda maraqlıyıq. Bu istiqamətdə müəyyən nəticələr əldə etsək də, bununla kifayətlənmək istəmirik. Biz bilirik ki, istehsal etdiyimiz mebel digər dünya markaları ilə yan-yana durmağa layiqdir. Bu hədəfimizə daha tez çatmaq üçün mümkün olan bütün marketinq alətlərindən istifadə edəcəyik.”

Qeyd edək ki, Qardaşlar Mebel şirkətinin hal-hazırda ölkə üzrə iki sərgi mağazası mövcuddur. Onlardan biri Bakı şəhəri, Həsən Əliyev 12A ünvanında, digəri isə Biləcəri qəsəbəsi, Binəqədi şossesi 8F ünvanında yerləşir.

“Qardaşlar mebel” kitabxanalar üçün unikal həll yolu təklif edib
2019-11-26
“Qardaşlar mebel” kitabxanalar üçün unikal həll yolu təklif edib

Mebel sektorunda özəl konseptləri ilə fərqlənən “Qardaşlar mebel” şirkəti ölkədaxili bazar araşdırması proqramı çərçivəsində yeni konseptini təqdim edib. Şirkət bu dəfə ölkədə fəaliyyət göstərən kitabxanalardakı kitabların kənar təsirlərdən qorunması üçün unikal həll yolu təklif edib.

Şirkətin rəhbəri Əli Mirzəyevin sözlərinə görə kitabxanalarda kitabların kənar təsirlərdən qorunması onlar üçün hər zaman prioritet məsələlərdən olub:

“Biz bu istiqamət üzrə işlərə kitabxanalardakı cari vəziyyəti analiz etməklə başladıq. Daha sonra əldə etdiyimiz məlumatlar əsasında kitabları uzunmüddət kənar təsirlərdən qorunmasına xidmət edəcək belə bir unikal həll yolu tapdıq. Təklif etdiyimiz konsept məkanın genişliyindən asılı olaraq istənilən ölçüdə hazırlana bilər. Konstruksiya döşəmədə quraşdırılacaq xətlər üzrə rahat hərəkət edə bilir. Bundan əlavə konstruksiyanın üzərində olan lövhələr kitabları kateqoriyalara görə bölməyə imkan yaradır. Konstruksiyanın montajı və demontajı qısa vaxt ərzində həyata keçirilir. Məkanın təmiri zamanı kitabları qorumaq üçün konstruksiyanın üzərində yerləşən sükanı müvafiq istiqamətə hərəkət etdirməklə rəfləri bir xətt üzrə yığmaq mümkündür. Biz inanırıq ki, təklif etdiyimiz unikal həll yolu mədəni irsimizin qorunmasına xidmət edəcək.”

Qeyd edək ki, “Təki Siz istəyin” şüarı altında fəaliyyət göstərən Qardaşlar mebel şirkəti 15-dən çox istiqamət üzrə mebel istehsalı ilə məşğuldur. Şirkət həmçinin ölkədə bir çox böyük və kiçik layihələrin iştirakçısıdır.

“Qardaşlar mebel” “Made in Azerbaijan” brendi ilə Azərbaycan mebelinin dünya bazarlarına çatdırılmasını hədəf qoyub
2019-09-16
“Qardaşlar mebel” “Made in Azerbaijan” brendi ilə Azərbaycan mebelinin dünya bazarlarına çatdırılmasını hədəf qoyub

2015-ci ildən fəaliyyət göstərən “Qardaşlar mebel” Azərbaycanın ən böyük və ən müasir mebel istehsalçılarından biridir. Fabrik bir sıra beynəlxalq sərgilərə qatılıb, məşhur brendlərlə əməkdaşlıq edir. “Qardaşlar mebel”in təsisçisi, gənc sahibkar Əli Mirzəyev fabrikin istehsalı, hədəfləri və əldə etdiyi uğurlar barədə AZƏRTAC-ın suallarını cavablandırıb. 

- Qeyri-neft sektorunun inkişafı bir sahibkar kimi sizin işinizə necə təsir edir?

- Qeyri-neft sektorunun inkişafına ayrılan xüsusi diqqət, iqtisadiyyatın şaxələndirilməsi, yerli istehsal həcminin və ixrac dövriyyəsinin daha da artırılması, idxaldan asılılığın aradan qaldırılması ilə bağlı görülən bütün işlər ölkə rəhbərinin uğurlu islahatlarının tərkib hissəsidir.

İqtisadiyyatın bütün sahələrinin inkişafı üçün atılan məqsədyönlü addımlar biz sahibkarları sevindirir, yeni-yeni layihələrə investisiya qoyulması və yeni iş yerlərinin yaradılması üçün təşviq edir. Ölkəmizdə mebel sənayesinin kifayət qədər inkişaf etdiyini, çox keyfiyyətli mebel məhsullarının istehsal olunduğunu vurğulaya bilərəm.

- Əli müəllim, təsisçisi olduğunuz “Qardaşlar mebel”in fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Mebel istehsalı və satışı ilə məşğul olan “Qardaşlar mebel” fabriki 2015-ci ildən fəaliyyət göstərir. İki hektar ərazisi olan fabrik hazırda Azərbaycanın ən böyük və ən müasir mebel istehsalçılarından biridir. Daimi olaraq 100 nəfərdən çox işçisi olan “Qardaşlar mebel” öz işçilərinin peşəkarlıq səviyyəsinin artırılmasına hər zaman böyük diqqət göstərir. Fabrikin əməkdaşları dünyanın bir çox qabaqcıl ölkələrində keçirilən sərgilərdə iştirak edərək, həm mebel istehsalı sahəsində baş verən yeniliklər və ən son texnoloji avadanlıqlarla tanış olur, həm də yeni müştərilər və partnyorlar qazanırlar.

- Mebellərin keyfiyyəti və zəmanəti müştəriləri ən çox maraqlandıran məsələlərdəndir. “Qardaşlar mebel” buna nə qədər önəm verir?

- “Qardaşlar mebel” çox qısa zamanda istehsal keyfiyyətini və müştərilərə göstərilən xidmətin səviyyəsini beynəlxalq standartlara uyğun təşkil edə bilib. Belə ki, fabrikin istehsal keyfiyyəti və idarəetmə sistemi ISO 9001: 2008 və ISO 9001: 2015 beynəlxalq sertifikatlara layiq görülüb.

“Qardaşlar mebel”in bütün avadanlıqları müasir Avropa standartlarına uyğundur. Belə ki, avadanlıqların 80 faizi İtaliyanın məşhur “GRIGGIO WoodworkingMachinery” şirkətindən alınıb, digər avadanlıqlar isə Türkiyənin “Durmazlar Makina”, “Reha Makina”, “Teksan makina”, “Sağlam Makina”, “Tempoaksesuar”, “Etiket Atölyesi” və “FetaEğitimAraçlarıMerkezi” kimi iri şirkətlərə aiddir. Qeyd edək ki, “Reha Makina” İngiltərənin “RangeRover” və “Jaguar” avtomobil brendləri ilə yaxından əməkdaşlıq edir.

Mebel dəstlərinin istehsalı zamanı çox keyfiyyətli ağac materiallarından, metal hissələrdən, mexanizmlərdən, boyalardan, dəri və parça üzlüklərdən, döşəklərdən istifadə olunur. Fabrikin tərkibində bir neçə iri istehsal korpusu fəaliyyət göstərir. Fabrikdə ofis, ev və bağ mebelləri ilə yanaşı, məktəb mebelləri, hərbi mebellər, səhiyyə mebelləri və bütün növ dəmir mebellər də istehsal olunur.

Mebel dəstlərinin yüksək keyfiyyətlə hazırlanmasına, vaxtında çatdırılmasına və tam məsuliyyətlə quraşdırılmasına təminat verilir. Fabrikə məxsus olan yük maşınları məhsulların güvənilir və təhlükəsiz qaydada çatdırılması sahəsində kifayət qədər təcrübəlidir. Odur ki, istehsal etdiyimiz istənilən malın keyfiyyətinə uzunmüddətli zəmanətlər veririk.

Yerli istehlakçıların bizə rəğbət göstərməsi və keyfiyyətimizdən razı qalması bizi qürurlandırır və daha da həvəsləndirir. Onu da qeyd edim ki, ölkəmizdə bir çox dövlət müəssisələri öz maddi-texniki bazasını yeniləyərkən bizə etibar edirlər.

Bütün bunların qarşılığında “Qardaşlar mebel” öz yenilikləri ilə müştəriləri sevindirmək, onlara keyfiyyətli və münasib qiymətlərlə məhsullar təqdim etmək üçün hər zaman böyük səylə çalışır.

- Mebel sahəsi elə bir sahədir ki, estetik görünüş və zövq tələb edir. Bu yönümdən baxsaq, “Qardaşlar mebel” müştərilərin zövqünü oxşaya bilir?

- Müştərilərin zövqünü oxşaya bilmək üçün peşəkar dizayner komandası cəlb olunur, istehsal prosesi və fabrikin idarə olunmasının avtomatlaşdırılması ilə bağlı çox böyük işlər görülür. Yaxın günlərdə “Qardaşlar mebel” öz brandbookunu, loqosunu və internet səhifəsini (www.gardashlar.com) yeniləyib, hətta “GrandMaster” adlı müəlliflik hüquqları özünə məxsus olan personaj (maskot) yaradıb. İnnovativ yenilikləri dəstəkləyən və daim özünü təkmilləşdirən “Qardaşlar mebel” müştərilərilərə “Təki siz istəyin...” sloqanı ilə səslənir. Fabrikin yeni internet səhifəsi müştərilərin istifadəsinə verilib. Hər kəs oradakı elektron kataloq vasitəsilə fabrikə məxsus istehsal nümunələri ilə tanış ola bilər. Bundan əlavə, “Qardaşlar mebel”in Çağrı mərkəzi hər zaman müştərilərə xidmət göstərməkdən məmnunluq duyur.

- Uğurlarınız və qarşıdakı hədəfləriniz bizim üçün maraqlıdır...

- Cari ildə “Buta Palace”də keçirilmiş 350-dək iş adamının, bir çox dövlət qurumlarının nümayəndələrinin, 20-dək xarici ölkənin Azərbaycandakı səfirlərinin, eləcə də Almaniya, Gürcüstan, Səudiyyə Ərəbistanı və Özbəkistandan bir qrup biznes nümayəndələrinin iştirak etdiyi “AzeriBusinessAward” milli mükafatlandırma tədbirində “Qardaşlar mebel” “İlin mebel istehsalçısı” nominasiyasına layiq görülüb. Tədbirdən əvvəl keçirilmiş “Laureatların nailiyyətləri sərgisi”ndə fabrikə məxsus stend iştirakçılar tərəfindən böyük marağa səbəb olub.

“Qardaşlar mebel” öz müvəffəqiyyətini dünya səviyyəsində tanıtmağı və “Made in Azerbaijan” brendi ilə Azərbaycan mebelinin dünya bazarlarına çatdırılmasını qarşısına hədəf qoyub. Hazırda bu istiqamətdə çox ciddi işlər görülür və əminliklə deyə bilərik ki, qısa zamanda bu hədəfə də çatacağıq.

- Müştərilər mebellərlə daha geniş şəkildə necə tanış ola bilərlər?

- Hazırda fabrikə məxsus 2 “showroom” mövcuddur ki, onlardan biri Bakı şəhəri, Həsən Əliyev 12A ünvanında, digəri isə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şosesi 8F ünvanında yerləşir. Müştərilər rahatlıqla burada sərgilənən mebellərlə tanış ola bilər. Hər kəsi məhsullarımızın keyfiyyətini və yeniliklərimizi yaxından izləmək üçün showrooma dəvət edirik.

Uğurlarımız qürur mənbəyimizdir.
2019-07-03
Uğurlarımız qürur mənbəyimizdir.

Qardaşlar Mebel yarandığı gündən müştərilərin rəğbətini qazanmışdır. Həm fiziki şəxslərin həm də özəl şirkətlərin və dövlət qurumlarının etibar etdiyi Qardaşlar mebel 2018-ci il sonu 2019-cu ilin əvvəlində qazandığı tenderlərin siyahısını təqdim edir:

27.11.2018 - Azərbaycan Dillər Universiteti

20.12.2018 - Azərbaycan Dəmir Yolları QSC

26.12.2018 - Advanced İndustrial Solutions MMC

17.01.2019 -  Rafad MMC

18.01.2019 - "Azəri Med "MMC

25.01.2019 - Azərbaycan Respublikası Müdafiə Nazirliyi

26.01.2019 - Azərbaycan Respublikası Baş Prokurorluğu

28.01.2019 - Aqrar kredit QSC Bank olmayan kredit təşkilatı

28.01.2019 - Çinar İnşaat MMC

28.01.2019 - Azərbaycan  Memarlıq və  İnşaat Universiteti

29.01.2019 - Ultra Lab MMC

30.01.2019 - Dövlət İmtahan Mərkəzi

30.01.2019 - Bakı Mexanika və Elektronika MMC

05.02.2019 - "İmdad Konsalting " MMC

07.02.2019 - Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

07.02.2019 - Qəbələ MRX

08.02.2019 - MEGA PARK -1 U/B

18.02.2019 - Caspian Marine Services

22.02.2019 - Azərbaycan Respublikasının Mərkəzi Bankı

25.02.2019 - Naiqin K Tovuz- Baltiya MMC

05.03.2019 - ADU-Konfutsi İnstitutu

05.03.2019 - Astara MRX

14.03.2019 - Quba MRX 

15.03.2019 - Lənkəran MRX

28.03.2019 - Xaçmaz MRX 

29.03.2019 - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi

08.04.2019 - Gəncə Dövlət Universiteti

10.04.2019 - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

19.04.2019 - Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu 

17.05.2019 - Azərbaycan Dövlət Gömrük Komitəsi

10.06.2019 - AMEA Folklor İnstitutu

17.06.2019  - "İVA FZ" MMC

01.07.2019 - "Azərkitab-Kitab Təbliğatı Mərkəzi" MMC

02.07.2019 - "Bakı Metropoliteni" QSC

02.08.2019 - Azərişıq "ASC

 

İSO 9001 : 2015 Setfikatı
2019-03-30
İSO 9001 : 2015 Setfikatı

Uğurlarımızın davamı olaraq İSO 9001:2015 sertifikatına layiq görüldük.Rəqiblərimiz özlərini sözdə reklam etdiyi zaman biz müştəri məmnuniyyəti üçün çalışmışıq.Çünki ən yaxşı reklam müştəri məmnuniyyətidir.

İlin mebel istehsalçısı mükafatı
2018-02-24
İlin mebel istehsalçısı mükafatı

Fevralın 23-də “Buta Palace”də keçrilmiş 300-350 iş adamının, 20-yə yaxın xarici ölkənin Azərbaycandakı səfirlərinin, bir çox dövlət qurumlarının nümayəndələrinin,o cümlədən Almaniya, Gürcüstan,Səudiyyə Ərəbistanı və Özbəkistandan olan bir qrup biznesmenin iştirak etdiyi “Azeri Business Award” milli mükafatlandırma tədbirində "Qardaşlar Mebel MMC", "İlin Mebel İstehsalçısı" nominasiyasına layiq görülüb. Tədbirdən əvvəl keçirilmiş “Laureatların nailiyyətləri sərgisi”də, Qardaşlar Mebel MMC nin sərgisi,iştirakçılar tərəfindən böyük marağa səbəb olmuşdur. Tədbirdə Qardaşlar Mebel MMC nin rəhbəri Əli Mirzəyev öz çıxışı zamanı şirkətimizin təkcə taxta mebelləri deyil eyni zamanda dəmir mebel istehsal etdiyini vurğulayaraq üstünlüklərimizi bildirdirdi.

İSO 9001 Sertfikatı
2018-02-14
İSO 9001 Sertfikatı

Fabrikimizin bütün avadanlıqları Müasir Avropa Standartlarına uyğundur. Fabrikdə bütün istehsal prosesləri İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemlərinə uyğun tənzimlənir və müəssisə yuxarıda adı çəkilən sertifikata malikdir. İstənilən malın  yüksək keyfiyyətli , geniş çeşidli hazırlanmasına ,həmçinin vaxtında və tam məsuliyyətlə müəyyən olunmuş ünvana çatdırılmasına tam zəmanət veririk.

Faydalı Linklər

>