Nə axtarırsan?

Salondaxili davranış qaydaları

Sərgi salonuna daxil olarkən Sizə təqdim olunan göy və yaşıl kartdan birini seçməyiniz rica edirik. Bu kartlarla həm özünüzə, həm də işimizin inkişafına dəstək olmuş olursunuz. Göy rəngli kart “Məsləhət almaq istəyirəm”, yaşıl rəngli kart isə “Sərbəst seçim etmək istəyirəm” anlamına gəlir.

Qardaşlar mebel şirkətinin Mağaza daxili qaydalarına əsasən sərgi salonunda icazəsiz foto və video çəkiliş etmək qadağandır. Bu qaydaya əməl etməklə bizə olan ehtiramınızı nümayiş etdirmiş olursunuz.

Qardaşlar mebel şirkəti olaraq tütün və tütün məmulatlarına qarşı olduğumuz üçün sərgi salonunda siqaretin çəkilməsinə icazə verilmir. Sərgi salonunun daxilində olarkən sağlamlığınıza qısa vaxt ərzində dəyər qatdığımız üçün sevincliyik.

Sərgi salonunda yerləşdirdiyimiz mebellər kəsici və deşici alətlərə qarşı həssas olduğu üçün geyim, o cümlədən yanınızda olan aksesuarlar ilə ehtiyatlı davranmağınızı tövsiyyə edirik. Ehtiyac duyduğu təqdirdə əşyalarınız qeydiyyat şöbəsinə təhvil verə bilərsiniz.
 

Salona daxil olan hər bir müştəri bizim inkişafımızın bir iştirakçısıdır. Bu səbəbdən Sizə qarşı hər hansı bir yanlış davranış və ya aşağı səviyyəli xidmət göstərilərsə, bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Faydalı Linklər

>