Nə axtarırsan?

Zəmanət qaydaları və şərtləri

Mebeldən, yaxşı havalandırılan, quru, havanın temperaturu + 2°C-dən aşağı, +45°C-dən yuxarı olmayan, bir başa günəş şüası düşməyən və nisbi rüt ubəti 45 -70 % intervalında olan qapalı məkan larda saxlamaq,istismar etmək məsləhət görülür.

Mebeldə olan boltları, qaykaları, vidaları və s. istismar müddətində boşalan elementləri, periodik sıxmaq, bərkitmək lazımdır.

Mebelin səthini, azacıq adi saf su ilə nəmləndirilmiş,yumşaq parça ilə silmək,ardınca quru parça ilə tam qurutmaq lazımdır.

Təmizləyici vasitə kimi müxtəlif həlledicilər, soda,turşu,qələvi və tərkibində abraziv materiallar olan maddələrdən istifadə etmək qadağandır.

Mebel birbaşa düşən günəş şüalarından qorunmalıdır

Mebel istilik verən  cihazların yaxınlığında yerləşdirilməməlidir.

Mebel  Dövlətlər arası Standartlaşma,Metrologiya və Sertifikatlaşma ittifaqı (INTERSTATE COUNCIL FOR STANDARDIZATION, METROLOGY AND CERTIFICATION) tərəfindən qəbul edilmiş ( 14 Noyabr, 2014 cü il, N72P)  ГОСТ 16371-2014 standartına uyğundur.

Zəmanət içtimai məkan və uşaq mebelinə 18 ay, məişət mebelinə 24 ay, kürsülərə 3 ay ,6 ay,12 ay müddətində verilir. Zəmanət müddəti, məhsulun satıldığı və ya alıcının alış etdiyi tarixdən hesablanır.

İstismar, saxlama,daşınma,montaj qaydaları pozulduqda (sökülü halda çatdırıldıqda) istehsalçı tərəfindən zəmanət verilmir.

Mebelin alınma tarixinin qəbul edilməsi üçün zəmanət müddəti ərzində zəmanət kartı, təhvil-təslim aktı, çek, qaimə-faktura və bənzəri sənədlər təqdim edildiyi təqdirdə zəmanət verilən malla bağlı zəmanət qüvvədədir. Sənədlər natamam olduğu təqdirdə şirkətin zəmanət xidməti göstərməkdən imtina etmək hüququ vardır.

Zəmanət müddəti mebelin satıldığı gündən başlayır. Zəmanət xidməti mebelin bütün hissələri daxil olmaqla şirkətin istehsal etdiyi hər model  üçün  etibarlıdır. Təmir müddəti ən çox 30 iş günü təşkil edir. Mebelin təmirdə olduğu vaxt kəsiyi zəmanət müddətinə əlavə olunmur.

Mebelin təmirdə olduğu vaxt kəsiyi zəmanət müddətinə əlavə olunmur. Mebelin zəmanət müddəti çərçivəsində mebeldə material, quraşdırma (şirkətin təyin etdiyi quraşdırma qrupu tərəfindən yığılıbsa) və ya fabrik xətaları aşkarlandığı təqdirdə şirkət hesabına təmir edilir, ehtiyac yarandıqda isə təmənnasız olaraq əvəzləşdirilir.  

Aşağıda sadalanmış hallarda aldığınız mebelin təmənnasız dəyişdirilməsini tələb edə bilərsiniz: 

  • Mebelin hər-hansı bir hissəsi bir il ərzində iki dəfə təmir edildikdən sonra eyni qüsur təkrar yarandığı təqdirdə;
  • Mebeldə 1 il ərzində 4 dəfədən artıq müxtəlif qüsurlar yarandığı təqdirdə;
  • Mebeldə 2 il ərzində (zəmanət müddəti ərzində) 6 dəfədən artıq müxtəlif qüsurlar yarandığı təqdirdə;
  • Təmir üçün təyin olunmuş maksimal müddət (30 gün) keçdiyi təqdirdə;
  • Mebelin təmirə yararsız olmağı ekspert tərəfindən təsdiqləndiyi təqdirdə;  

Zəmanət xidmətinə daxil olmayan hallar aşağıdakı kimidir:

  • Şirkət tərəfindən təyin olunmamış quraşdırma qrupu tərəfindən quraşdırma nəticəsində yaranan qüsurlar;
  • Zəmanət müddətinin bitməsi; • Bu kitabçada göstərilən mebel istismar qaydalarına riayət edilməməsi;
  • Mebelin üzərində təhvil-təslimdən sonra mexaniki zədələrin yaranması;
  • Mexanizmlərin normadan artıq yüklənməsi;
  • Mebelin təbii fəlakət (sel, yanğın, bədbəxt hadisə, v.s.) nəticəsində zərər görməsi;
  • İstehlakçı tərəfindən bilərək və ya bilməyərək mebelə fiziki zərər yetirilməsi;
  • Mebelə, təmir məqsədi ilə şirkət tərəfindən təyin edilməmiş ustaların müdaxilə etməsi nəticəsində zədələrin aşkarlanması;
  • Mebelə istehlakçı tərəfindən konstruktiv dəyişikliyin edilməsi nəticəsində zərərin verilməsi;
  • Təmizlik zamanı mebelə zərər verə biləcək maddələrdən istifadə olunması;
  • Mebelin yanlış istismarı nəticəsində qüsurların yaranması (cızılma, əzilmə, qırılma və.s.)

Yuxarıda qeyd olunmuş hallar meydana gəldiyi təqdirdə göstərilən xidmət ödənişlidir və şirkət tərəfindən təyin edilmiş qiymətlərlə həyata keçirilir. Qüsurun xüsusiyyəti mebelə baxış keçirilən zaman ekspert tərəfindən təyin edilir.

Qeyd: Mebel təhvil verildikdən sonra aşkarlanmış mexaniki zədələrə aid şikayətlər zəmanətli təmir üçün əsas kimi qəbul olunmur.  Həmin problemlərin aradan qaldırılması ödəniş müqabilində həyata keçirilir. Mebelin görünməyən və xarici görünüşünə təsir etməyən hissələrində olan kiçik çaplı qüsurlar yol veriləndir.  

Faydalı Linklər

>