Nə axtarırsan?

2021-05-04

Maliyyə hesabatlarına şərhlər və qeydlər.

Maliyyə hesabatlarına şərhlər və qeydlər.

  1. Giriş

Hazırkı maliyyə hesabatları 31 dekabr 2020-ci ildə tamamlanan il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq “QARDAŞLAR MEBEL-3” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün tərtib edilmişdir. Cəmiyyət Azərbaycan Respublikasında təsis edilmişdir və bu ölkədə fəaliyyət göstərir. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış məhdud məsuliyyətli cəmiyyətdir.

 

Fəaliyyətin fasiləsizliyinə dair əhəmiyyətli qeyri-müəyyənlik

 

Koronavirus infeksiyasının yayılması şəraitində və bunun iqtisadi nəticələri ilə bağlı Cəmiyyətin fəaliyyətinin davam etdirilməsinə dair qeyri-müəyyənlik faktorları mövcuddur. Cəmiyyətin öz fəaliyyətinin fasiləsizliyini təmin etmək sahəsində əhəmiyyətli qeyri-müəyyənlik mövcudur .

 

    1. Cəmiyyət haqqında ümumi məlumat.

 

“QARDAŞLAR MEBEL-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 20.02.2015-ci il tarixdə 1003718621 saylı nömrə ilə qeydiyyata alınmışdır.

Cəmiyyət 20.02.2015-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən qeydiyyatdan keçərək Kommersiya Hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında 1003718621 saylı VÖEN Şəhadətnamə almışdır.

Cəmiyyət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət qeydiyyatı idarəsi tərəfindən növbəti dəfə 20.10.2020-ci il tarixdə qeydiyyatdan keçərək növbəti dəfə Dövlət Reyestrindən çıxarış almışdır.

 

 

“QARDAŞLAR MEBEL-3” Məhdud Məsuliyyətli Cəmiyyəti öz Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra  məşğul ola bilər.

Hesabat dövrü ərzində Cəmiyyət əsasən mebellərin istehsalı və satışı fəaliyyəti ilə məşğul olmuşdur.

 

31 dekabr 2020-ci il tarixə və 31 dekabr 2019-cu il tarixə Cəmiyyətin işçilərinin sayı müvafiq olaraq 196 və 125 nəfər olmuşdur.

 

Cəmiyyətin təsisçisi fiziki şəxs Mirzəyev Əli Məmməd  oğludur. Cəmiyyətin nizamnamə kapitalı 3050 (üç min əlli) manat həcmində hər biri 1525 (bir min beş yüz iyirmi beş) manat olmaqla 2 (iki) paydan ibarətdir və təsisçi tərəfindən pul şəklində ödənilmişdir.

 

Menecment və nəzarət Cəmiyyətin direktoru cənab Əli Məmməd oğlu Mirzəyev tərəfindən aparılır və Cəmiyyətin təsisçilərinə hesabat verir. 

    1. Cəmiyyətin hüquqi ünvanı

“QARDAŞLAR MEBEL-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı:

 Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi  rayonu, Biləcəri ŞTQ, Yeni yaşayış massivi 2,  ev 37-dir.

    1. Əməliyyat valyutası

Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Azərbaycan manatı (AZN) ilə ifadə olunmuşdur.

  1. Cəmiyyətin əməliyyat mühiti

Azərbaycan Respublikası inkişaf etməkdə olan  bazar iqtisadiyyatına xas olan xüsusiyyətlərə malikdir. Son illər ölkədə güclü iqtisadi artım müşahidə olunmuşdur. Lakin hal-hazırda dünya iqtisadiyyatında mövcud olan qlobal maliyyə böhranı Azərbaycana da öz təsirini göstərməkdədir. Kommersiya sektoruna təsir göstərə biləcək bütün tendensiyaları, eləcə də onların Cəmiyyətin maliyyə vəziyyətinə təsirini (əgər varsa) qabaqcadan proqnozlaşdırmaq mümkün deyil.

Azərbaycan Respublikasının vergi, sosial sığorta, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərhlərə və tez-tez baş verə bilən dəyişikliklərə məruz qalır. Azərbaycan Respublikasında iqtisadi inkişafın gələcək perspektivləri hökumətin həyata keçirdiyi iqtisadi, maliyyə və pul islahatlarının səmərəliliyindən, eləcə də vergi, sosial sığorta, hüquq, normativ və siyasi sistemin inkişafından xeyli dərəcədə asılıdır.   

 

  1. Uçot siyasətinin təqdimatı

Uçot siyasətinin bu maliyyə hesabatlarının tərtib edilməsində istifadə edilən əsas müddəaları aşağıdakı bəndlərdə göstərilmişdir. Əgər başqa açıqlamalarda istinad qeydləri edilməmişdirsə, göstərilən uçot siyasəti müddəaları təqdim edilən bütün hesabat dövrlərində ardıcıl tətbiq edilmişdir. 

    1. Maliyyə hesabatlarının tərtib olunmasının ümumi əsasları

“QARDAŞLAR MEBEL-3 MMC mühasibat uçotunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada aparır. Bu maliyyə hesabatları Azərbaycan Respublikasının mühasibat uçotu haqqında qanunvericilik aktları əsasında hazırlanmış və MHBS-na uyğunlaşdırılmışdır. Bu düzəlişlərə əsas əməliyyatların iqtisadi mahiyyətini əks etdirən yenidən təsnifləşdirmələr, o cümlədən bəzi aktiv və öhdəliklərin yenidən təsnifləşdirilməsi daxildir. Bu maliyyə hesabatlarında, aktivlər və öhdəliklər faktiki xərclər üzrə qiymətləndirilmişdir.

Maliyyə hesabatlarının MHBS-na uyğun tərtib edilməsi nəzərdə tutur ki, rəhbərlik əsas qiymət göstəricilərini müəyyənləşdirir. Rəhbərlikdən həmçinin tələb edilir ki, Cəmiyyətin uçot siyasətinin həyata keçirilməsi sahəsində peşəkar mülahizələri açıqlasın.

    1. Valyutaların yenidən hesablanması
  1. Funksional valyuta və hesabat valyutası

Funksional valyuta maliyyə hesabatlarında maddələrin ölçülməsi üçün istifadə olunur. Bu Cəmiyyətin yerli valyutası olan Azərbaycan manatıdır (AZN).

  1. Əməliyyatlar və qalıqlar

Xarici valyuta ilə aparılan əməliyyatlar onların aparılma tarixinə valyuta məzənnəsinə uyğun olaraq funksional valyutada əks etdirilir. Məzənnə fərqləri funksional valyutalardan fərqli valyutalarda aparılan əməliyyatlar və sövdələşmələr üzrə yaranır və hər bir valyutanın müəyyən sayda vahidlərinin müxtəlif məzənnə kursunda digər valyutaya çevrilməsi nəticəsində yaranan fərq kimi müəyyən edilir. Xarici valyutada aparılan əməliyyatlar üzrə yaranan mənfəət və zərərlər, həmçinin xarici valyutada ifadə edilən monetar aktivlərin və öhdəliklərin hesabat dövrünün sonuna məzənnə kursu üzrə yenidən hesablanmasından yaranan mənfəət və zərərlər, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir. Bu cür əməliyyatlardan yaranan məzənnə fərqləri müvəqqəti olaraq pul vəsaitlərinin və netto-investisiyaların hedcinqləşdirilməsi (aktivlər və öhdəliklərin dəyərinin dəyişməsindən yaranan itkilərdən sığortalanmaq üçün həyata keçirilən əməliyyatlar) kapital hesabına aid edilmişdirsə, məzənnə fərqləri mənfəət və zərərlər haqqında hesabatda əks etdirilmir. 

Monetar maddələr mövcud valyuta vahidləri və valyuta vahidlərinin sabit və ya müəyyən olunan sayında əldə edilən və ya ödənilən aktivlər və öhdəliklərdir. Monetar maddələrin əsas xüsusiyyəti sabit və ya müəyyən olunan sayda valyuta vahidlərinin əldə edilməsi hüququdur. Monetar maddələr nəğd, əldə edilən vəsaitləri, sudaları, ödənilməli olan məbləğləri, uzunmüddətli borcları, təminatları, işçi müavinətləri öhdəliklərini və təxirə salınmış vergi aktivləri və öhdəliklərini daxil edir.   

Qeyri-monetar maddələrə səhmlər, ehtiyatlar, əvvəlcədən ödənilmiş gələcək dövrün xərcləri, əmlak, torpaq, tikili və avadanlıqlar və qeyri-maddi aktivlər daxil edilir.

    1. Binalar və avadanlıqlar (Əsas vəsaitlər)

Əsas vəsaitlər elə maddi aktivlərdir ki:

  1. Mal və xidmətlərin istehsalı və təchizatında istismar edilir, gələcəkdə icarəyə verilmək və ya inzibati məqsədlər üçün istifadə edilir;
  2. Bir dövrdən artıq dövr ərzində istifadə edilməsi gözlənilir.

Torpaq və binalara əsasən inzibati bina və ofis sahələri daxildir. Hesabat dövrünün sonuna torpaq və binalar bazar qiymətlərinə müvafiq surətdə ədalətli dəyər üzrə yenudən qiymətləndirilməmişdir.

Ədalətli dəyər – yaxşı məlumatlandırılmış, razılığa gəlmiş və bir-birindən asılı olmayan tərəflər arasında ticari sövdələşmələrdə aktivin mübadilə edildiyi dəyərdir. Binalar üzrə ədalətli dəyər müstəqil kənar qiymətləndirici tərəfindən vaxtaşırı keçirilən (adətən üç ildən bir dəfədən az olmayaraq) qiymətləndirmə ilə müəyyənləşdirilir (amortizasiya ayırmaları çıxılmaqla). Yenidənqiymətləndirmə tarixinə yığılmış istənilən amortizasiya məbləği aktivin balans dəyərindən silinir və xalis dəyər yenidənqiymətləndirmə dəyərinə hesablanır. Qalan bütün əsas vəsaitlər ilkin dəyərlə amortizasiya ayırmaları çıxılmaqla əks etdirilir.

İlkin dəyər bu aktivlərin əldə edilməsi ilə birbaşa əlaqədar olan xərcləri nəzərdə tutur. İlkin dəyərə həmçinin valyuta ilə alınmış əsas vəsaitlərin hedcinqi üzrə kapitala keçirilən pul vəsaitlərinin axını üzrə mənfəət və zərərlər də daxil edilir.

Sonrakı xərclər aktivin balans dəyərinə yalnız o vaxt əlavə edilir və ya ayrıca aktiv kimi  qəbul edilir ki, bu aktivlərlə əlaqədar olan gələcək iqtisadi səmərələr Cəmiyyətə keçsin və düzgün qiymətləndirilə bilinsin. Qalan dütün cari təmir və istismar xəcləri o dövrün mənfəət və zərərlər haqqında hesabatında əks etdirilir ki, həmin dövrdə bu xərclər çəkilmişdir.

Torpaq və binaların yenidənqiymətləndirilməsi üzrə balans dəyərinin artması kapitalın tərkibində sair ehtiyatlar (rezervlər) hesabına aid edilir. Balans dəyərinin həmin aktiv üzrə əvvəlki yenidənqiymətləndirmə artımı həddləri daxilində azalması birbaşa kapitalın tərkibində ədalətli dəyər üzrə ehtiyatlar (rezervlər) hesabına aid edilir; balans dəyərinin qalan bütün azalmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

Hər il aktivin yenidənqiymətləndirilmiş balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları (amortizasiya ayırmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir) və aktivin ilkin balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları arasındakı fərq, ədalətli dəyər üzrə ehtiyat (rezerv) hesabından “Bölüşdürülməmiş mənfəət” hesabına keçirilir.

    1. Amortizasiya

Torpaq üzrə amortizasiya ayırmaları hesablanmır.

Digər əsas vəsaitlər üzrə amortizasiya  azalan qalıq dəyəri  metoduna, yəni əsas vəsaitlərin faydalı istismar müddəti ərzində aşağıdakı illik amortizasiya dərəcələrini tətbiq etməklə, aktivlərin qalıq dəyərinə və ya yenidənqiymətləndirilmiş dəyərinə vurmaqla həyata keçirilir. Faydalı istismar müddəti və ya illik amortizasiya dərəcələri aşağıdakı qaydada müəyyən edilir:

  • Binalar – 40 il və ya illik 7%
  • Maşın və avadanlıqlar – 5 il və ya illik 25%
  • İT avadanlıqları – 5 il və ya illik 25%
  • Nəqliyyat vasitələri – 5 il və ya illik 25%
  • Mebel və təsərrüfat inventarları – 5 il və ya illik 20%
  • Sair əsas vəsaitlər – 5 il və ya illik 20%

Aktivlərin ləğvedilmə dəyərinə və onların faydalı istismar müddətinə vaxtaşırı yenidən baxılır və zərurət olduqda, hər bir hesabat dövrünə təshih edilir.

Əsas vəsaitlərin xaricolmasından mənfəət və zərərlər bu əsas vəsaitlərin satışı ilə onların balans dəyərinin müqayisə edilməsi yolu ilə müəyyən edilir. Xaricolmalardan mənfəət və zərərlər mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

    1. Qeyri-maddi aktivlər

Cəmiyyətin qeyri-maddi aktivi 1 C mühasibat proqramından və LOGİX satış proqramından ibarətdir.

    1. Aktivlərin qiymətdən düşməsi

Faydalı istismar müddəti müəyyən edilə bilinməyən aktivlər amortizasiya olunmur  və hər il qiymətdən düşmə məqsədləri üçün testləşdirmə aparılır. Amortizasiya olunan aktivlər, əgər hər hansı bir hadisə və ya şəraitin dəyişməsi balans dəyərinin bu aktivlərin əvəzinin ödənilmə dəyərinin olmamasını göstərirsə, hər dəfə qiymətdən düşmə məqsədləri üçün qiymətləndirilir. Qiymətdən düşmə zərəri aktivin balans dəyərinin onun əvəzinin ödənilmə dəyərindən artıq olan məbləğində tanınır. Əvəzinin ödənilməsi dəyəri aşağıdakı iki meyarlardan daha böyük olan məbləğlərdən biridir:

  1. Aktivlərin satışı üzrə xərclər çıxılmaqla ədalətli dəyər;
  2. Istifadə edilmə dəyəri.

Aktivlərin qiymətdən düşməsi məqsədləri üçün aktivlər pul axınlarını eyniləşdirən qruplaşdırma qaydasında ən kiçik qruplara bölünürlər.

    1. İnvestisiyalar

Cəmiyyət özünün investisiyalarını aşağıdakı şəkildə təsnifləşdirir:

  • Ədalətli dəyərin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri;
  • Borc vəsaitləri və debitor borcları,
  • İnvestisiyalar;
  • Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri.

Təsnifləşdirmə investisiyaların hansı məqsədlə alınmasından asılıdır. Rəhbərlik investisiyaların təsnifləşdirilməsini onların ilkin tanınması zamanı müəyyən edir və hər bir hesabat tarixinə onları yenidən nəzərdən keçirir.

  1. Ədalətli dəyərin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri

Bu kateqoriya iki alt kateqoriyaya bölünür: ticarət üçün nəzərdə tutulmuş maliyyə aktivləri və ilkin tanınmış ədalətli dəyərin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri. Maliyyə aktivləri bu kateqoriyaya o zaman aid edilir ki, onlar yaxın gələcəkdə satış üçün nəzərdə tutulmuşdur və onlar rəhbərlik tərəfindən belə ifadə edilmişdir. Törəmə maliyyə alətləri də həmçinin satış üçün nəzərdə tutulmuş hesab edilirlər ki, onlar hedcinqləşdirmə alətləri deyildirlər. Əgər bu aktivlər satış üçün nəzərdə tutulmuşlarsa və ya  onların satılması balans hesabatı tarixindən bir ildən artıq olmayan müddətdə nəzərdə tutulmuşdursa, bu kateqoriyanın aktivləri qısamüddətli aktivlər kimi təsnifləşdirilirlər.

  1. Borc vəsaitləri və debitor borcları

Borc vəsaitləri və debitor borcları təsbit edilmiş və ya müəyyən edilə bilən ödəmə müddəti olan və aktiv bazarda qiyməti təyin edilməyən (kotirovka olunmayan) qeyri-törəmə maliyyə aktivləridir.  Onlar o vaxt yaranırlar ki, Cəmiyyət debitor borclarının satılması niyyəti olmadan pul vəsaitlərini, malları və xidmətləri birbaşa debitora təqdim edir. Belə borc vəsaitləri və debitor borcları dövriyyə aktivləri kimi təsnifləşdirilirlər və qısamüddətli aktivlərə aid edilirlər (əgər ödəmə müdəti mühasibat balansının tərtib edilmə tarixindən bir ilədək müddətdən artıq deyildirsə). Borc vəsaitləri və debitor borcları mühasibat balansında “Debitor borcları” maddəsinin tərkibində əks etdirilmişlər.

  1. Ödəmə müddətinə qədər saxlanılmış (dayandırılmış) investisiyalar

Ödəmə müdətinə qədər saxlanılmış (dayandırılmış) investisiyalar təsbit edilmiş ödəmə müddəti olan elə qeyri-törəmə maliyyə aktivləridir ki, onlarla münasibətdə ödəniş müddətinin çatmasına qədər Cəmiyyətin  onları saxlamağa qəti niyyəti və imkanı vardır. Hesabat dövründə Cəmiyyətin bu kateqoriya üzrə heç bir investisiyası olmamışdır.

  1. Satış üçün nəzərdə tutulmuş maiyyə aktivləri

Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri bu kateqoriyada nəzərdə tutulmamış və ya  digər kateqoriyalarda təsnifləşdirilməmiş qeyri-törəmə maliyyə alətləridir. Əgər rəhbərliyin bu aktivləri mühasibat balansının tətib edilmə tarixindən bir ilədək müddətə satmaq niyyəti yoxdursa, onlar qeyri-dövriyyə aktivlərinə aid edilirlər və uzunmüddətli aktivlərin tərkibində əks etdirilirlər.

    1. Ehtiyatlar

Ehtiyatlar faktiki maya dəyəri ilə əks etdirilir. Ehtiyatların maya dəyəri birinci satınalmaların qiyməti üzrə (FİFO metodu) hesablanır. Maya dəyərinə material xərcləri, istehsal işçilərinin əmək haqqı xərcləri, sair birbaşa xərclər, həmçinin inzibati xərclərin müvafiq hissəsi daxil edilir. Ehtiyatların dəyərinə, bu xammal və material ehtiyatlarının əldə edilməsi ilə bağlı olan və müvafiq pul axınının hedcinqləşdirilməsi alətləri üzrə mənfəət və zərərlər hesabından keçirilmiş zərərlər daxil edilir.   

    1. Alıcılar və sifarişçilərin debitor borcları

Alıcılar və sifarişçilərlə hesablaşmalar ilkin olaraq ədalətli dəyər üzrə əks etdirilir. Sonradan isə qiymətdən düşmə ehtiyatlarının (rezervlərinin) yaradılması metodu ilə amortizasiya olunmuş dəyər ilə uçota alınır. Alıcılar və sifarişçilərin debitor borcları  üzrə qiymətdən düşmə ehtiyatları (rezervləri) o halda yaradılır ki, elə obyektiv sübutlar mövcuddur ki, Cəmiyyət tərəfindən ilkin maliyyələşmə nəticəsində yaranmış bütün debitor borclarının yığılması mümkün deyildir və ya bütün debitor borclarının ödənilməsi mümkünsüzdür. Ehtiyatların (rezervlərin) məbləği aktivin balans dəyəri ilə pul vəsaitləri axınının effektiv faiz dərəcəsi nəzərə alınan fərz edilən diskontlaşdırılmış dəyər arasındakı fərqdir. Ehtiyatların (rezervlərin) yaradılması və ya dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

    1. Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri asanlıqla müəyyən nəğd pul məbləğinə çevrilə bilən və dəyəri cuzi dəyişikliklərə məruz qalan maddələrdir. Pul vəsaitləri və onların ekvivalentləri maddəsində kassada olan nəğd pul vəsaitləri, yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, bank overdraftları və ödənilmə müddəti üç aydan artıq olmayan digər yüksək likvidli investisiyalar əks etdirilir. Mühasibat balansında bank overdraftları qısamüddətli öhdəliklərin tərkibində qısamüddətli faiz xərcləri yaradan öhdəliklər maddəsi üzrə əks etdirilir.  

    1. Təsisçi kapital

Təsisçi payı kapital kimi təsnifləşdirilir.

 

    1. Kreditlər bə borclar

Kreditlər və borclar ilkin olaraq sövdələşmənin aparılmasına çəkilən xərclər çıxılmaqla,  ədalətli dəyər üzrə tanınır. 

Konvertasiya olunan istiqrazların öhdəliklərə aid olan hissəsinin ədalətli dəyəri konvertasiya olunmayan istiqazlara ekvivalent bazar faiz dərəcəsi tətbiq edilməklə müəyyən olunur. Bu məbləğ konvertasiyada ləğv olunma müddətinə və istiqrazların ödənmə müddətinin çatması müddətinə qədər amortizasiya olunan öhdəliyin dəyəri kimi əks etdirilir. Alınmış qalan vəsaitlər konvertasiyaya opsion kimi mənfəət vergisi effekti çıxılmaqla kapitala əlavə edilir.

Kreditlər və borclar, Cəmiyyət tərəfindən bu öhdəliklərin ödənilmə müddətinin mühasibat balansının tərtib edilmə müddətinədək ən azı bir ildən artıq olan müddətə ödəniləcəyi barədə şərtsiz  hüququ olaması halları istisna olmaqla,  qısamüddətli öhdəliklər kimi təsnifləşdirilir.

 

    1. Mənfəət vergisi

Mənfəət vergisi hazırkı maliyyə hesabatlarında balans tarixinə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq hesablanmışdır. Mənfəət vergisi xərci cari və təxirəsalınmış mənfəət vergisindən ibarət olub, mənfəət və zərər hesabatında qeydə alınır. Lakin, həmin və ya başqa dövrdə bilavasitə kapital hesablarında qeydə alınan əməliyyatlara aid olan vergilər bilavasitə kapital hesablarında qeydə alınır.

Cari mənfəət vergisi, cari və ya əvvəlki dövrlər üzrə vergiyə cəlb edilən və ya zərər ilə əlaqədar vergi orqanlarına ödəniləcək və ya onlardan geri alınacaq (əvəzləşdiriləcək) məbləği təşkil edir. Vergiyə cəlb edilən mənfəət və ya zərər, maliyyə hesabatlarının müvafiq vergi bəyannamələrinin təqdim edilməsindən əvvəl təsdiqləndiyi halda təxmini göstəricilərə əsasən hesablanır. Mənfəət vergisindən başqa digər vergilər inzibati və digər əməliyyat xərcləri kimi qeydə alınır.  

Təxirə salınmış mənfəət vergisi üzrə ehtiyat (rezerv) öhdəliklər metodu istifdə edilməklə tam həcmdə yaradılır. Təxirə salınmış mənfəət vergisi, aktivlərin və öhdəliklərin vergitutma bazası ilə  onların maliyyə hesabatlarında əks etdirilmiş balans dəyəri arasında meydana çıxan bütün zaman fərqləri üzrə müəyyən edilir. Lakin, təxirə salınmış mənfəət vergisi,  aktivlərin və ya öhdəliklərin ilkin tanınması zamanı meydana çıxırsa, o halda təxirə salınmış mənfəət vergisi uçotda əks etdirilmir (əgər, sövdələşmənin həyata keçirildiyi anda nə mühasibat mənfəətinə, nə də vergiyə cəlb edilən mənfəətə təsir etməyən biznesin birləşdirilməsi ilə əlaqədar deyildirsə). Təxirə salınmış mənfəət vergisi mühasibat balansının tərtib edilmə tarixinə qüvvədə olan Azərbaycan Respunlikasının Vergi Məcəlləsində müəyyən edilmiş vergi dərəcələrinə müvafiq olaraq hesablanır.    

Təxirə salınmış vergi aktivləri o zaman tanınır ki, gələcəkdə zaman fərqləri məbləğində azaldıla biləcək vergiyə cəlb ediləsi mənfəət əldə edilməsi ehtimalı vardır.

 

    1. Qarşıdakı xərclər və ödənişlər üzrə ehtiyatlar (rezervlər)

Ətraf mühitin bərpa olunmasına, restrukturizasiyaya və məhkəmə çəkişmələrinə ehtiyatlar (rezervlər) o zaman yaradılır ki:

  • Cəmiyyət keşmiş dövrlərdə baş vermiş hadisələr nəticəsində hər hansı hüquqi öhdəliklər daşıyır və ya könüllü surətdə öz üzərinə ənənəvi öhdəliklər qəbul etmişdir;
  • Ehtimallar vardır ki, bu öhdəliklərin səhmana salınması üçün pul vəsaitlərinin axını labüddür;
  • Bu öhdəliklərin məbləği etibarlı surətdə hesablana bilir.

Restrukturizasiya xərcləri üzrə ehtiyatlara icarə müqavilələrinin vaxtından əvvəl ləğv edilməsinə görə cərimə sanksiyaları və işçilərə ödənilən işdən çıxma müavinətləri daxildir. Gələcək dövrlərin əməliyyat zərərləri üzrə ehtiyatlar yaradılmır.   

 

    1. Gəlirin tanınması

Gəlir satılmış mal, iş və xidmətlərin ədalətli dəyəri ilə (əlavə dəyər vergisi çıxılmaqla) tanınır. Satışdan gəlir aşağıdakı qaydada tanınır:

  1. Xidmətlərin göstərilməsindən gəlirlər

Xidmətlərin göstərilməsindən gəlirlər o hesabat dövrünə aid edilir ki, bu xidmətlər göstərilmişdir və xidmət göstərilməsi üzrə konkret sövdələşmənin tələbləri başa çatdırılmışdır. Konkret sövdələşmənin tələblərinin başa çatdırılması dərəcəsi faktiki göstərilmiş xidmətlərin həcminin sövdələşmə üzrə göstəriləcək xidmətlərin ümumi həcmindəki payı kimi qiymətləndirilir.

  1. Faiz gəlirləri

Faiz gəlirləri faktiki əldə edildiyi dövrdə gəlir kimi tanınır.

  1. Dividend gəlirləri

Dividend gəlirləri o zaman tanınır ki, səhmdarların mənfəət əldə etmək hüququ müəyyən olunmuşdur.

 

    1. İcarə

Mülkiyyət hüququndan irəli gələn risklərin və səmərələrin əhəmiyyətli hissəsinin icarəyə verəndə qalması hallarındakı icarə, əməliyyat icarəsi kimi təsnifləşdirilir. Əməliyyat icarəsi müqaviləsi üzrə ödənişlər bütün icarə müddəti üzrə bərabər hissələrə bölünməklə, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

 

    1. Dividendlərin verilməsi

Cəmiyyətin təsisçilərinə dividendlər maliyyə hesabatlarında öhdəlik kimi o dövrdə tanınır ki, həmin dövrdə Cəmiyyətin təsisçiləri tərəfindən təsdiq edilmişdir (qərar qəbul edilmişdir).

 

  1. Maliyyə risklərinin idarə edilməsi
    1. Maliyyə riskərinin faktorları

Cəmiyyətin fəaliyyəti bir sıra maliyyə risklərinə meyillidir: bazar riski (valyuta riskləri, faiz dərəcələrinin dəyişməsinin ədalətli dəyərə təsir riski və qiymət riski daxil olmaqla); kredit riski; likvidlik riski və faiz dərəcələrinin dəyişməsinin pul vəsaitləri axınına təsiri riski. Cəmiyyətin risklərin idarə olunması üzrə proqramı, maliyyə risklərinin qabaqcadan müəyyən edilə bilinməməsi amilinə cəmləşdirilmişdir (fokusuna yığılmışdır) və Cəmiyyətin fəaliyyətinin maliyyə nəticələrinə potensial əlverişsiz təsirinin minimallaşdırılmasına yönəldilmişdir. Cəmiyyət müəyyən risklərin hedcinqləşdirilməsi üçün törəmə maliyyə alətlərindən istifadə edir.

  1. Bazar riski
  1. Valyuta riski

Cəmiyyət beynəlxalq iqtisadi əlaqələrə malikdir və ona görə də, xarici valyuta kurslarının (əsasən, ABŞ dolları, avro, Rus rublu və s.) dəyişməsindən valyuta risklərinə meyillidir. Gələcək kommersiya sövdələşmələri, tanınmış aktivlər və öhdəliklər, həmçinin xarici şirkətlərə netto-investisiyalara münasibətdə mübadilə kurslarının dəyişməsi riski mövcuddur.

  1. Qiymət riski

Cəmiyyət göstərdiyi xidmətlər üzrə qiymət riskinə mübtəla deyildir. Analoji xidmətlər bazarında faktiki rəqabətin olmaması buna əsas verir.

  1. Kredit riski

Cəmiyyət əhəmiyyətli kredit risklərinə mübtəla deyildir. Törəmə alətlərlə sövdələşmələr və pul əməliyyatları yalnız yüksək ödəmə qabiliyyəti olan maliyyə institutları ilə aparılır. Cəmiyyət tərəfindən heç bir istisnaya yol vermədən bütün maliyyə institutları üçün kredit riskini məhdudlaşdıran prosedurlar işlənmişdir. 

  1. Likvidlik riski

Likvidlik riskinin ehtiyatlıqla idarə edilməsi pul vəsaitləri və dövriyyədə olan qiymətli kağızların kifayət qədər həcminin saxlanmasını, açılmış kredit xəttləri vasitəsilə adekvat maliyyələşmə  imkanlarını və ortaya çıxa biləcək disbalans hallarında operativ idarərtmə imkanlarını nəzərdə tutur.     

  1. Faiz dərəcəsinin dəyişməsinin pul vəsaitləri axınına və ədalətli dəyərə təsiri riski

Cəmiyyət faiz gəliri gətirən əhəmiyyətli məbləğdə aktivlərə malik olduğundan, mənfəət və pul vəsaitlərinin əməliyyat axınları, əsasən bazar faiz dərəcələrinin dəyişməsindən asılıdır.      

    1. Törəmə maliyyə alətləri və hedcinq əməliyyatlrı

Törəmə maliyyə alətləri müvafiq sövdələşmələrin (kontraktların) bağlanma tarixinə ilkin balans dəyəri ilə uçota alınır: sonradan ədalətli dəyərə yenidən qiymətləndirmə tələb edilir. Bu qaydada müəyyən edilmiş gəlirlər və zərərlər maliyyə alətlərinin hedcinq aləti kimi təsnifləşdirilməsindən asılıdır.

  1. Ədalətli dəyərin hedcinqləşdirilməsi

Cəmiyyət tərəfindən pul vəsaitləri axınının hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilən törəmə alətlərin ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda hedcinqləşmə riskinə aid olan hedcinqləşdirilən maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyərinin dəyişməsi ilə birliklə əks etdirilir.

  1. Pul vəsaitləri axınının hedcinqləşdirilməsi

Cəmiyyət tərəfindən pul vəsaitləri axınının hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilən törəmə alətlərin ədalətli dəyərinin dəyişməsinin effektiv hissəsi kapitalın tərkibində tanınır (bu dəyişmənin effektiv olmayan hissəsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir).

  1. Xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu tətbiq edilməyən törəmə alətlər

Bir sıra maliyyə alətləri xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu qaydalarına aid edilmir. Hedcinqləşdirmə əməliyyataları tətbiq edilməyən maliyyə alətlərinin ədalətli dəyərinin dəyişməsi birbaşa mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

  1. Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli mühasibat təxminləri və fərziyyələri

Cəmiyət növbəti maliyyə ili ərzində hesabatlarda əks etdirilən aktiv və öhdəliklərin məbləğinə təsir göstərən təxminlər və fərziyyələr irəli sürür. Həmin təxminlər və fərziyyələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə təxminlərə əsasən təhlil edir. Uçot siyasətinin tətbiqi zamanı rəhbərlik həmçinin peşəkar mülahizələr və fərziyyələr irəli sürür. Maliyyə hesabatlarında əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılar daxildir:

 

    1. Müştəri debitor borclarının dəyərsizləşməsi üzrə zərərlər

Gələcək pul vəsaitləri hərəkətinin məbləğini və müddətini təxmin edərkən istifadə edilən metodologiya və mülahizələr, təxmini və həqiqi zərərlər arasındakı hər hansı fərqi azaltmaq məqsədilə müntəzəm olaraq nəzərdən keçirilir.  

    1. Binaların yenidən qiymətləndirilməsi

 Cəmiyyətin balansında olan əmlak üçün yenidən qiymətləndirilmə aparılmamışdır.

    1. Vergi qanunvericiliyi

Azərbaycan Respublikasının vergi, sosial sığorta, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərhlərə məruz qalır.

  1. Əsas vəsaitlər

 

Binalar

Maşın və avadanlıq

Nəqliyyat vasitələri

Mebel və təsərrüfat inventarları

             Cəmi

01 yanvar 2019-cu il tarixinə ilkin dəyər

 

404305,00

137800,00

 

542105,00

Yığılmış amortizasiya

 

-192870,44

-69745,60

 

-262616,04

01 yanvar 2019-cu il tarixinə balans dəyəri

 

211434,56

68054,40

 

279488,96

Daxilolmalar

 

16406,90

52300,00

 

68706,90

Xaricolmalar

 

 

 

 

 

Amortizasiya ayırmaları

 

-22202,91

-12096,14

 

-34299,05

Xaricolmalar üzrə yığılmış amortizasiya

 

 

 

 

 

31 dekabr 2019-cu il tarixinə balans dəyəri

 

205638,55

108258,26

 

313896,81

31 dekabr 2019-cu il tarixinə ilkin dəyər

 

420711,90

190100,00

 

610811,90

Yığılmış amortizasiya

 

-215073,35

-81841,74

 

-296915,09

31 dekabr 2019-cu il tarixinə balans dəyəri

 

205638,55

108258,26

 

313896,81

01 yanvar 2020-ci il tarixinə ilkin dəyər

 

420711,90

190100,00

 

610811,90

Yığılmış amortizasiya

 

-215073,35

-81841,74

 

-296915,09

01 yanvar 2020-ci il tarixinə balans dəyəri

 

205638,55

108258,26

 

313896,81

Daxilolmalar

 

54449,58

30000,00

 

84449,58

Xaricolmalar

 

 

 

 

 

Amortizasiya ayırmaları

 

-26089,95

-13725,39

 

-39815,34

Xaricolmalar üzrə yığılmış amortizasiya

 

 

 

 

 

31 dekabr 2020-ci il tarixinə balans dəyəri

 

233998,18

124532,87

 

358531,05

31 dekabr 2019-cu il tarixinə ilkin dəyər

 

475161,48

220100,00

 

695261,48

Yığılmış amortizasiya

 

-241163,30

-95567,13

 

-336730,43

31 dekabr 2020-ci il tarixinə balans dəyəri

 

233998,18

124532,87

 

358531,05

  1. Qeyri-maddi aktivlər

 

 

 

Proqram məhsulları

Lisenziyalar

Cəmi

01 yanvar 2019-cu il tarixinə ilkin  dəyəri

19500,00

0

19500,00

Yığılmış amortizasiya

-1950,00

0

-1950,00

01 yanvar 2019-cu il tarixinə qalıq  dəyəri

17550,00

0

17550,00

Daxilolmalar

0

0

0

Xaricolmalar

0

0

0

Amortizasiya ayırmaları

-3510,00

0

-3510,00

31 dekabr 2019-cu il tarixinə ilkin  dəyəri

19500,00

0

19500,00

Yığılmış amortizasiya

-5460,00

0

-5460,00

31 dekabr 2019-cu il tarixinə qalıq  dəyəri

14040,00

0

14040,00

Daxilolmalar

14042,00

0

14042,00

Xaricolmalar

0

0

0

Amortizasiya ayırmaları

-5616,00

0

-5616,00

31 dekabr 2020-ci il tarixinə ilkin  dəyəri

33542,00

0

33542,00

Yığılmış amortizasiya

-11076,00

 

Maliyyə hesabatlarına şərhlər və qeydlər.

Digər xəbərlər

Faydalı Linklər

>