Nə axtarırsan?

Teqlər

41 Bloq

Bloq

Rənglərin həyatımızda yeri....
2019-11-06
Rənglərin həyatımızda yeri....

Hər rəngin insana bəxş etdiyi aura fərqlidir. İnteryerdə rəng uyumu gərəklidir. Lakin ilk öncə rənglərin nə cür aurası olduğunu bilməliyik:

  • Mavi-dinclik
  • Qırmızı-enerji və tutqu
  • Sarı-coşqu və məhsuldarlıq
  • Yaşıl-uyum,rahatlıq və inam
  • Bənövşəyi-ehtişam
  • Boz-tarazlıq
  • Ağ-əsalət

Əgər siz də standartlardan sıxılıb yeni  və qeyri-adi interyer haqqında fikirləşirsinizsə bir-birinə zidd rənglərin uyumunu sizə məsləhət görürük.

Divan Kreslo Dəstləri necə təmizlənməlidir?
2019-11-06
Divan Kreslo Dəstləri necə təmizlənməlidir?

Evdə ən çox istifadə edilən mebellərdən biri qonaq otağı mebelləridir. Buna görə də buradakı divan kreslo dəsti, yumşaq mebellər tez tez çirklənir. Əgər divan mebeli yetəri qədər təmiz olmasa, istirahətiniz o qədər də əyləncəli olmayacaq.

Təqdim etdiyimiz üsullar ilə yumşaq divan dəstinizin ilk günkü təmizliyini geri qaytara biləcəksiniz.

1.Vakuum (kiçik əl tozsoranı).  Vakuumdan istifadə edərək divan kreslo üzərindəki çirk və yemək qalıqlarını rahatlıqla təmizləyə bilərsiniz. Vakuum yoxdursa, daimi istifadə etdiyiniz tozsoranın kiçik başlığı ilə də bu təmizliyi etmək olar.

Təmizlik zamanı divan kreslo dəstinin künc hissələrinə diqqət etmək lazımdır. Ev heyvanının tükü, yemək qalıqları və digər çirklər əsasən künc-bucaqda toplaşır. Yastıqları da təmizləyəndə ən azı divandakı qədər diqqətli təmizləmək lazımdır. Çünki toz və çirk daha çox yastıqlara hopur.

2. Təmizləyəcəyiniz parça səthin hansı materialda olduğunu mütləq öncədən təyin etmək lazımdır. Divan mebelinin yumşaq hissəsində olan (sizin divanınızda başqa hissəyə də yapışdırılmış və ya tikilmiş ola bilər) etiketdə parça ilə bağlı təlimatları oxuyun. Etketlərdə əsasən aşağıda göstərilən kodlar olur:

• WS: Kimyəvi tərkibi az olan təmizləyici vasitə ilə buxarlı vacuum və ya quru təmizləyici funskiyası olan yuyucu vasitə istifadə edin.

• S: Yalnız quru təmizləyici funksiyası olan yuyucu vasitə istifadə edin.

• X: Yalnız vacuum istifadə edin (susuz).

• W: Təmizləmək üçün sudan istifadə etmək olar.

3. Ləkələri təmizləyin. Bir divan mebelinin necə təmizlənməli olduğunu bilmək əslində ləkələri necə təmizləmək lazımdır sualı ilə eynidir. Satışda olan təmizləyici vasitələr və ya ev şəraitində hazırladığınız təbii vasitələrdən də istifadə edə bilərsiniz. Evdə hazırlanan vasitələr daha az maliyyə tələb edir və ətraf mühitin ekoloji tarazlığı üçün zərərsiz sayılırlar.

Parçanın növünə görə divan kreslo necə təmizlənməlidir?

• Divanın dəri parçadan ibarət olan səthini təmizləmək. Sprey şüşənin içərisinə 1/2 stəkan zeytun yağı ilə 1/4 stəkan sirkə əlavə edib qarışdırmaq lazımdır. Daha sonra divanın üzərinə bu məhlulu püskürdüb yumşaq parça ilə silmək lazımdır.

• Sintetik üzlüyü təmizləmək. Yenə sprey şüşəsinə 1/2 stəkan sirkə, 1 stəkan ilıq su və 1/2 çay qaşığı qədər maye yuyucu vasitəsi əlavə edib qarışdırdıqdan sonra alınan məhlulu çirkli sahəyə tətbiq etmək lazımdır. Daha sonra yumşaq parça ilə ləkə olan hissəni silmək lazımdır.

4. Son mərhələ isə divan mebelinin qurudulma mərhələsidir. Suyu hopdurması üçün suyu özünə çəkən dəsmaldan istifadə edərək quruma prosesini tezləşdirə bilərsiniz. Divanın tam quruduğuna əmin olmaq lazımdır. Tam qurumayan, az da olsa nəmliyi qalan divan və yastıqlardan qısa zaman sonra rütubət iyi gələcək.

Kiçik mətbəxlər içində böyük genişlik!
2019-11-06
Kiçik mətbəxlər içində böyük genişlik!

Əgər mətbəxiniz artıq sizə kiçik görünürsə və ya yeni köçdüyünüz evin mətbəxi dardırsa; divarı sökməyə yada daha çətin yolu seçməyə ehtiyac yoxdur. Sadəcə olaraq mətbəx mebelini düzgün seçmək kifayətdir.Mətbəx mebelindən əlavə olaraq düzgün divar rəngi də bu işdə sizə yardım edəcək. Düzgün mətbəx mebeli seçimi üçün Gardashlar Mebelə müraciət edin və istəyinizə uyğun mebelləri sizin üçün hazırlayaq.

4 addımda Skandinaviya tərzində interyer!
2019-06-11
4 addımda Skandinaviya tərzində interyer!

Skandinaviya tərzi adından bəlli olduğu kimi rahatlığı sevən ölkələr olan Skandinav ölkələrinin adət-ənənələrinə uyğun bir tərzdir. Sözü gedən ölkələr yer kürəsinin şimalında yerləşir və ən soyuq yaşayış məskənlərindən biridir. Bu səbəbdən də onlar havanın əksinə evlərinin hərarətli və ürəkləri isidən olmasının tərəfdarıdırlar.  

1.Sadəlik;

Bu tərzin bəlli olması üçün sadəlik mütləqdir. Sadəlik dedikdə isə az əşya nəzərdə tutulur. Skandinav tərzin mümkün qədər az əşyalardan istifadə edilməsi ilə minimal və modern tərzə yaxın olduğu deyilir. Lakin digər tərzlərdən fərqli olaraq aksesuar və rəng seçimində əksinə sadəlikdən qaçılmalıdır.

2. İşıqlandırma;

Skandinavya ölkələrində əsasən qış mövsümü hakimdir. Bu səbəbdən də günün bir qismi qaranlıqda keçir. Geniş və aydın otaqlar üçün isə mümkün qədər gün işiığından yararlanmaq lazımdır. Bu tərzində tikilən evlərin böyük pəncərələlə fərqləndiyini görəcəksiniz.Həmin pəncələrdə isə tül və açıq rəngli pərdələrdən istifadə olunduğunu görərsiniz.

3. İstifadə edilən materillar;

Skandinav tərzində istifadə edilən materiallar əsasən təbii ya əl işləməli materiallardır. Parça olaraq isə kətan və pambıq təbii parçalar, bəyaz rəngə yaraşan çiçəklər və çizgilər ilə bu tərz digərlərindən seçilir.  Skandinavya tərzi yaratmağı ideal auranın səbəbi taxta materialdır.

4. Rənglər;

Skandinavya ölkələrində uzun və qaranlıq qış günlər səbəbi ilə aydın otaqlar üçün bəyaz rəng bu tərzin ən “şah damarı”dır. Ümumiyyətlə bu tərzdə bəyaz və açıq rənglərə üstünlük verilir. Aksesuar və mebel seçimində isə sarı, mavi, boz və yaşıl rənglərdən istifadə olunur.

Klassik yataq otağından daha çoxu....
2018-06-11
Klassik yataq otağından daha çoxu....

Keçmişin izlərini dövrün keyfiyyəti ilə birləşdirmək əla fikirdir! Bu blogumuzun mövzusu Klassik tərzdə yataq dəstidir. Klassik yataq dəsti təməl olaraq çarpayı, tumba,termo və dolabdan ibarət olmalıdır. Dizayn etdikdə açıq tonlardan istifadə olunması arzuolunandır.Bunlardan əlavə istifadə olunacaq aksesuarlar-xoş günlərinizi xatırladacaq şəkilləri qoyacağınız çərçivə,otağınıza təravət yayacaq güllər üçün güldan klassik üslubda olması xoş görüntü yaradacaqdır. Yataq mebeli seçərkən əsasən rahatlığa və onurğanız üçün probelm yaratmayacaq tərzdə seçimlərə üstünlük verin. Yaxşı yuxu gün içindəki enerjinizin başlıca mənbəyidir, buna görə də yaxşı yataq mebelləri yaxşı və pozitiv gün deməkdir.

 

Faydalı Linklər

>