Nə axtarırsan?

2020-01-27

Qardaşlar mebel “Caspian Energy” Forumunda iştirak edib

Azərbaycanda 15-dən çox kateqoriya üzrə mebellər istehsal edən Qardaşlar Mebel “Caspian European Club”-un qızıl üzvü olub.

Tədbirdə çıxış edən “Qardaşlar Mebel” şirkətinin rəhbəri Əli Mirzəyev yerli istehsalın inkişafı məsələsinə diqqət çəkmişdir.

“Mən çox şadam ki, Azərbaycanda yerli istehsalın inkişafına göstərilən diqqət hər ötən gün daha da artır. Bu prosesin sürətləndirilməsi hər bir sektorda olduğu kimi mebel istehsalında da əlavə iş yerlərinin açılmasına imkan yaradacaq. Biz inanırıq ki, ölkəyə idxal olunan hazır mebellərə tətbiq olunan gömrük rüsumunun artırılması yerli istehsalın inkişafına öz töhfəsini verəcək. Əlavə olaraq yerli istehsalçılar üçün xammal və avadanlıqların gətirilməsinə tətbiq olunmuş gömrük rüsumlarına müvafiq güzəştlər tətbiq olunacaq. Doğrudur, bu gün ölkəyə gətirilən 12 milyard hazır mebelin həcmində 20 milyon azalma müşahidə olunur. Bu da yerli istehsalın artırılmasına olan dəstəyin nəticəsi kimi dəyərləndirir, gələcəkdə yerli mebel istehsalı üzrə rəqəmlərin daha yüksək olacağına inanırıq".

Xarici ölkələr üzrə təcrübəsini paylaşan şirkət rəhbəri bildirdi ki, bir çox xarici ölkələr şirkətlərə onların ölkəsinə yatırım etməyi təklif edirlər. Bunun üçün də ölkəsinə mebel ixrac etmək istəyən xarici mebel istehsalçılarına istənilən dəstəyi göstərməkdə maraqlıdırlar: “Biz bu barədə də öz təkliflərimizi İqtisadiyyat Nazirliyinə vermişik və bu istiqamətdə ölkə iqtisadiyyatının inkişafı üçün doğru addımlar atacaqlarına inanırıq.”

Qeyd edək ki, Qardaşlar mebel şirkəti bu yaxınlarda keçirilən 5-ci dizayn forumunun baş sponsoru qismində çıxış edərək dizayn sahəsinin inkişafına olan dəstəyini göstərmişdir.

Qardaşlar mebel “Caspian Energy” Forumunda iştirak edib

Digər xəbərlər

Faydalı Linklər

>