Nə axtarırsan?

Məsələn: Uşaq mebelləri

Uşaq mebelləri

Uşaq mebelləri özünəməxsus rəngarəngliyi ilə seçilir. Daha çox mebelin hazırlanmasında cizgi film qəhrəmanlarının şəkillərinin əks olunmasına üstünlük verilir. Balacaların marağına səbəb olacaq, onların bəyənəcəyi tərzdə istehsal olunmuş gözalıcı uşaq mebelləri Gardashlar.com-dadır.

Daha çox göstər

Ən yaxşı uşaq mebelleri yüksək keyfiyyətdə.

Uşaq mebelləri seçimi zamanı valideynlər daha çox keyfiyyətli materiallardan hazırlanmış mebellərə üstünlük verirlər. Belə ki, təmiz taxtadan hazırlanmış, alergik reaksiyalar verə biləcək boyalardan istifadə edilməməsi və s. kimi xüsusiyyətlərə önəm verirlər. Qardaşlar mebeldə satışda olan modellər keyfiyyət baxımından sizin tələblərinizi qarşılayacaqdır. Qeyd edək ki, uşaq otağı dizayn edilməsi çətin olan məkanlardandır. Çünki digər otaqları öz zövqümüzə uyğun dizayn edə bilirik. Ancaq uşaq otaqlarında diqqət edilməsi lazım olan bir çox məqam vardır. Bu otaq üçün satın alınması lazım olan hər bir əşyanın uşağın inkişafı üçün vacib olması xüsusi önəm daşıyır. Səhv seçilmiş olan rəng uşağın psixologiyasını və yuxu rejimini poza bilər. Digər bir tərəfdən otaqda hər bir sahə üçün ayrıca bir yer ayrılmalıdır. Dərs çalışa bilməsi üçün masa dəsti, oyun oynaya bilməsi üçün bir oyun çadırı yaxud başqa bir oyuncaqlar satın ala bilərsiniz. Gözoxşayan uşaq mebelləri saytımız vasitəsilə təqdim olunur.

Uşaq mebeli seçərkən nələrə diqqət etmək lazımdır?

Uşaq mebeli seçməmişdən əvvəl uşaqlarınızın fikrini də nəzərə almalısınız. Bundan başqa, usaq otagi mebelleri almamışdan əvvəl büdcənizə ən uyğun mebeli tapmalısınız. Təhlükəsizlik də önəmli faktorlardan biridir. Bu mebellər adətən dəst halda təqdim olunur. Belə olduqda otaq həm estetik baxımdan gözəl görünüş qazanır, həm də mebellər bir-birini tamamlayır. Adətən dəstə daxil olan mebelləri bu şəkildə sıralaya bilərik:

  1. Çarpayı. Uşaq otağının əsas hissəsini təşkil edən çarpayı uşağın yaşına və otağın ölçüsünə uyğun seçilir. Daha çox tək nəfərlik modellərə üstünlük verildiyini deyə bilərik. 
  2. Dolab. Bu mebel uşaqların geyimlərini səliqəli şəkildə yerləşdirmək üçün istifadə olunur. 
  3. Dərs masası. Adətən bu mebel məktəbli yaşında olan uşaqlar üçün təklif olunur. Daha azyaşlı və ya körpələr üçün əksər hallara valideyn çalışma masasına üstünlük vermir. 
  4. Kitabxana. Bir çox hallarda yeniyetmələrin seçimi olan kitabxanalar çoxlu rəflərdən ibarətdir. Bu rəflərdə kitablar, dərsliklər, aksesuarlar yerləşdirilir.

Yüksək keyfiyyətli uşaq mebelləri hər bir valideynin seçimidir. Seçiminizi Gardashlar.com-dan etsəniz, əsla məyusluq yaşamayacaqsınız. 

Faydalı Linklər

>