Nə axtarırsan?
Vəzifə üzrə öhdəliklər:
* Müvafiq biliklərə sahib olmaq və mebel konstruksiyaları və dizaynı sahəsində layihələrin həyata keçirilməsində iştirak etmək;
* Texniki rəssamlıq bacarıqları ilə mebel layihələri hazırlamaq, AutoCAD və digər dizayn proqramları vasitəsilə detalları düzgün şəkildə təsvir etmək
* Mebel layihələrinin texniki dəstəklənməsi və istehsal üçün uyğun konstruktiv həllərin hazırlanması
* Planlar və dizaynlar üzrə təcrübəyə malik olmaq və layihələrin düzgünlüyünü təmin etmək
Tələb olunan bilik və bacarıqlar:
* Müvafiq sahə üzrə təhsil (Memarlıq və İnşaat universiteti, Dizayn fakültəsi və s.)
* Dizayn konstruksiyaları üzərində iş təcrübəsi
* AutoCAD, SolidWorks və ya digər dizayn proqramlarında təcrübə;
* Microsoft Excel proqramını yaxşı bilmək
* Kommunikativ komanda üzrə bacarıq
* Sənaye təhlükəsizliyi və standartlarına riayət edilməsi
İş qrafiki: 6 günlük, Bazar günü istirahət günüdür.
İş yeri: Bakı ş., Binəqədi r., Biləcəri qəs., Binəqədi şos. 8F
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına görə müəyyən ediləcək.
Vakansiyaya müraciət üçün CV-ləri “Mebel konstruktoru” başlığı ilə a.parviz@gardashlar.com mail ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun olan namizədlərin CV-lərinə baxılacaq.
Gardashlar Mebel QSC-ə Mühafizə tələb olunur.
Namizədlərə tələblər:
– Bəy namizəd;
– Boy həddi: Minimum 180 sm;
– Yaş həddi 25-45 yaş;
– Hərbi mükəlləfiyyətinin olması vacibdir.
– İş təcrübəsi: Üstünlükdür;
Şəxsi keyfiyyətləri:
Xarici görünüşü normal, mehriban, səbirli, çevik və məsuliyyətli olmalı.
İş qrafiki: 6 günlük
Əmək haqqı: Razılaşma əsasında
Əlaqə nömrəsi: 0553372525
"GARDAŞLAR MEBEL" QSC-Ə “Qaynaqçı” AXTARILIR.
•Yaş həddi: 25-55 yaş;
•Əmək haqqı: Bilik və bacarıqlara əsasən
•İş qrafiki: 6 günlük
•Ünvan: Binəqədi ray, Biləcəri qəs, Binəqədi şos, 8F
•AR-nın ƏM uyğun işə qəbul;
Uyğun olan namizədlər +994 77 404 07 28 ( Xəyal bəy) ilə əlaqə saxlasınlar.
"QARDAŞLAR MEBEL" QSC-Ə “Dəmir Sexi İstehsal Direktoru” AXTARILIR
Vəzifə öhdəlikləri:
Dəmir sexi istehsal proseslərinin bütün mərhələlərinin effektiv idarə olunması və nəzarət altına alınması.
İstehsal həcminin artırılması və istehsal xətalarının minimuma endirilməsi.
İstehsal planlarının hazırlanması və mütəmadi olaraq izlənməsi.
İstehsal heyətinin idarə olunması, motivasiya edilməsi və peşəkar inkişaflarına dəstək verilməsi.
Təhlükəsizlik qaydalarına uyğun olaraq, əməyin təhlükəsizliyinin təmin olunması və iş yerində işçi sağlamlığının qorunması.
Məhsul keyfiyyətinin artırılması və müştəri tələblərinə uyğunluğun təmin olunması.
Müvafiq avadanlıqların və resursların səmərəli istifadəsinin təmin olunması.
Müxtəlif daxili və xarici auditlərə iştirak edilməsi və nəticələrin təhlil edilməsi.
Yeni istehsal texnologiyalarının tətbiqi və inkişaf etdirilməsi.
Tələblər:
Müvafiq sahədə (metal emalı, dəmir sexi və ya oxşar sahə) ən azı 5 illik iş təcrübəsi.
İstehsalat sahəsində rəhbərlik təcrübəsi.
İstehsal planlaması, avadanlıq və texnoloji proseslər barədə dərin biliklər.
İşçi heyətini idarə etmə və motivasiya etmə bacarığı.
Yüksək təşkilatçılıq və analitik düşünmə qabiliyyəti.
Əla ünsiyyət bacarıqları.
MS Office proqramları ilə işləmək bacarığı; ERP və digər istehsal proqramlarını bilmək üstünlükdür.
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarıqları
İş Qrafiki və Əmək haqqı:
• Əmək haqqı: Bilik və bacarıqlara əsasən
• İş qrafiki: 6 günlük
• Ünvan: Binəqədi ray, Biləcəri qəs, Binəqədi şos, 8F
• AR-nın ƏM uyğun işə qəbul;
Uyğun olan namizədlər +994 77 404 07 28 nömrəsi ilə əlaqə saxlasınlar
Vəzifə üzrə öhdəliklər:
* Ölçü götürmə, mebel yerləşmə planı hazırlama;
* Modellərdə konstruktiv dəyişiklərin aparılmas
* Yüksək nitq qabiliyyəti (Mütəmadi olaraq müştərilərlə danışıqlar aparılacaq);
* 3D model hazırlama, render etmə;
Tələb olunan bilik və bacarıqlar:
* Dizayn konstruksiya sahəsində təcrübə biliyinə malik olmaq
* Tekniki rəssamlıq və dizayn bacarığı
* Autocad,
* 3DS Max,
* Microsoft Excel- Proqram bilikləri yüksək səviyyədə olmalıdır.
* Kommunikativ komanda üzrə bacarıq
* Sənaye təhlükəsizliyi və standartlarına riayət edilməsi
İş qrafiki: 6 günlük, Bazar günü istirahət günüdür.
İş yeri: Bakı ş., Binəqədi r., Biləcəri qəs., Binəqədi şos. 8F
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına görə müəyyən ediləcək.
Vakansiyaya müraciət üçün CV-ləri “Dizayner konstruktor” başlığı ilə a.parviz@gardashlar.com mail ünvanına göndərməyiniz xahiş olunur.
Əmək haqqı: Razılaşma əsasında
İş qrafiki: 09:00 - 17:00, 6-cı gün qısa iş günü
Ünvan: Binəqədi rayonu, Biləcəri qəs, Binəqədi şos, 8F
Tələblər:
BCDE kateqoriyasına sahib sürücü vəsiqəsi
Binəqədi rayonu ərazisində yaşayan
İş təcrübəsi üstünlükdür
Yaş: 45 yaş və üzəri
Əmək müqaviləsi: AR-nın Əmək Məcəlləsinə uyğun işə qəbul əlaqə nömrəsi 077-495-95-82
QARDAŞLAR MEBEL" QSC-Ə DƏRZİ (MEBEL SAHƏSİNDƏ) AXTARILIR:
Əmək haqqı: Razılaşma əsasında
İş qrafiki: 09:00 - 17:00, 6-cı gün qısa iş günü
Ünvan: Binəqədi rayonu, Biləcəri qəs, Binəqədi şos, 8F
İş təcrübəsi üstünlükdür
Yaş: 35 yaş və üzəri
Əmək müqaviləsi: AR-nın Əmək Məcəlləsinə uyğun işə qəbul
Əlaqə nömrəsi: +994 70 354 24 22 Fəqan bəy
Gardashlar Mebel QSC-Ə “XADİMƏ” AXTARILIR.
•Əmək haqqı: NETT 500
•İş qrafiki: 08.00-17.00, 6-ci gün qısa iş günü
•Ünvan: Həsən əliyev 12 a. ( inqilab 17 ) avrasiya klinikasının yanında rahat marketlə yanaşı
•Yaş həddi : 45 yaşa qədər
•Tələblər: Təmizkar və məsuliyyətli olmaq vacibdir
•AR-nın ƏM uyğun işə qəbul;
Əlaqə nömrəsi : +994 50 352 79 40
"GARDASHLAR MEBEL" QSC-Ə MDF LAMİNAT USTASI AXTARILIR:
Vəzifə öhdəlikləri:
· MDF laminat materiallarından mebel və digər məhsulların hazırlanması
· Laminat kəsimi, ölçüyə uyğun montaj və birləşdirmə işlərinin yerinə yetirilməsi
· Sifarişə uyğun dizaynların tətbiqi və dəqiq işləmə
· Verilən eskiz və ölçülərə əsasən düzgün məhsul yığımı
· İş sahəsinin və avadanlıqların təmiz saxlanılması
TƏLƏBLƏR:
· MDF laminat sahəsində iş təcrübəsi
· Dəqiq ölçmə və kəsim qabiliyyəti
· Əl alətləri və müvafiq elektrik avadanlıqları ilə işləmək bacarığı
· Məsuliyyətli, diqqətli və vaxtında iş təhvil vermək bacarığı
Əmək haqqı: Razılaşma əsasında
İş qrafiki: 6 Günlük
Ünvan: Binəqədi rayonu, Biləcəri qəs, Binəqədi şos, 8F
Əlaqə nömrəsi: +994 77 344 24 22 Rahib bəy
· Rattan (rotan) materialından mebel və interyer məhsullarının əl ilə toxunması
· Hazır karkasların üzərinə müxtəlif naxış və dizaynlarda toxuma işlərinin aparılması
· İşin texniki standartlara uyğun və keyfiyyətli şəkildə yerinə yetirilməsi
TƏLƏBLƏR:
· Rattan və ya digər bənzər materiallarla toxuculuq sahəsində iş təcrübəsi
· Əl bacarığı
· Məsuliyyətli, diqqətli və vaxtında iş təhvil vermək bacarığı
Əmək haqqı: Razılaşma əsasında
İş qrafiki: 6 Günlük
Ünvan: Binəqədi rayonu, Biləcəri qəs, Binəqədi şos, 8F
Əlaqə nömrəsi: +994 77 495 95 82
Vəzifə öhdəlikləri:
· Metal materiallarının texniki göstərişlərə uyğun kəsilməsi, formalaşdırılması və emalı
· CNC və digər metal emalı avadanlıqları ilə işləmək
· Ölçü və kəsim dəqiqliyinə nəzarət etmək
· Təhlükəsizlik qaydalarına və istehsalat intizamına riayət etmək
Tələblər:
· Metal sexində və ya operator vəzifəsində iş təcrübəsi
· Texniki biliklərə və ölçü cihazları ilə işləmək bacarığına sahib olmaq
· Avadanlıqlarla işləmək vərdişi (xüsusilə CNC və digər dəzgahlar)
· Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığına malik olmaq
Əmək haqqı: Razılaşma əsasında
İş qrafiki: 6 Günlük
Ünvan: Binəqədi rayonu, Biləcəri qəs, Binəqədi şos, 8F
Vəzifə öhdəlikləri:
Divan, kreslo və digər ofis mebellərinin hissələri üçün lekal şablonların hazırlanması və tətbiqi
Parça, süngər, dəri və digər materialların şablona uyğun düzgün şəkildə kəsilməsi
Çertyoj və ya ölçülərə əsasən forma və qəliblərin hazırlanması
Mövcud lekallarla işin dəqiq və sürətli icrası
Tələb olunan keyfiyyət standartlarına uyğun işin görülməsi
Əmək haqqı: Müsahibə əsasında (təcrübəyə uyğun)
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Yaş: 20 - 50
Tələblər:
Müvafiq sahədə (yumşaq mebel istehsalı və ya tekstil) ən azı 1-2 il iş təcrübəsi
Lekal oxuma və tətbiq etmə bacarığı
Mebel konstruksiyasını anlama və ölçü götürmə bilikləri
Diqqətli, məsuliyyətli və komandada işləmə bacarığı
Tikiş və ya döşəmə sahəsində əlavə bacarıqlar
Yeni məhsullar üçün lekal hazırlamaq bacarığı
Əlaqə nömrəsi : +994 77 494 24 22
Vəzifə öhdəlikləri:
Korpus mebellərinin (mətbəx, qarderob, komod, şkaf və s.) yığılması və quraşdırılması
Verilmiş çertyoj və ölçülərə əsasən düzgün yığım işlərinin aparılması
Qapı və mexanizmlərin (menteşe, ray, sürgü və s.) dəqiq şəkildə quraşdırılması
Obyektdə və ya sexdə mebelin düzgün şəkildə montaj edilməsi
Əmək haqqı: (təcrübəyə əsasən)
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Yaş: 20 - 50
Cins: Kişi
Namizədə tələblər:
Korpus mebel ustası kimi minimum 2 il iş təcrübəsi
MDF, DSP və digər mebel materialları ilə işləmə bacarığı
Texniki çertyojları oxuma və tətbiq etmə bacarığı
Məsuliyyətli və diqqətli olmaq
Əlaqə nömrəsi : +994 77 364 24 22
Vəzifə öhdəlikləri:
Mebel istehsalı üçün taxta və MDF materiallarının yatar (mişar) dəzgahında dəqiq və düzgün kəsilməsi
İşəgötürənin verdiyi ölçülərə və çertyojlara əsasən materialların hazırlanması
Mişar avadanlıqlarının təhlükəsizlik qaydalarına uyğun istifadə olunması
Avadanlığın texniki baxımının təmin edilməsi və gündəlik yoxlanılması
Əmək haqqı: Müsahibə əsasında
Yaş: 20 - 50
Cins: Kişi
Tələblər:
Yatar (mişar) dəzgahı ilə işləməkdə minimum 1 il təcrübə
Texniki çertyojlarla işləmə bacarığı
Dəqiqlik, məsuliyyət və diqqətcil yanaşma
Fiziki sağlamlıq və əmək təhlükəsizliyi qaydalarına riayət etmək
Əlaqə nömrəsi : +994 77 364 24 22