Uşaq yataq otağı mebeli necə seçilməlidir

Uşaq yataq otağı mebeli necə seçilməlidir

Uşaq otağı necə dizayn edilməlidir?

Uşaq otağını dizayn edərkən evin digər sahələri kimi otağın böyüklüyü, döşəmə, divarlar mütləq nəzərə alınmalıdır. Daha sonra mebel seçimini edə bilərsiniz. Xalça, işıqlar, pərdə də seçildikdən sonra zövqə uyğun kiçoi aksesuarlarla otağın dizaynını tamamlaya bilərsiniz. Bəs uşaq otağında mebel seçimi edərkən nələrə diqqət etmək laızmdır?

Konseptini təyin edin

Uşaq otağı dizayn edərkən öncədən konsept təyin edilməlidir. Bu zaman övladınızın zövqünü mütləq nəzərə almalısınız. Cizgi film qəhramanlarına marağı varmı, ya hansısa idman növünümü daha çox sevir? Konsept təyin edildikdən sonra mebellə yanaşı xalça, çılçıraq, pərdə seçimi daha da asanlaşacaq.

Hissə-hissə deyil, dəst alın

Uşaq otağı üçün mebel seçərkən mebeli dəst halda almaq hər zaman işinizi daha da rahatlaşdıracaq. Dəst alınan mebellərdə yataq, geyim dolabı, yazı masası, kitab rəfi və digər mebel hissələri bir-biri ilə rəng ahəngi yaratdığı üçün otağın digər aksesuarlarında seçim edərkən çətinlik çəkməyəcəksiniz.

Rənglərə diqqət edin

Hər otaqda olduğu kimi uşaq otağında da rənglərə xüsusi diqqət etmək lazımdır. Rənglər böyüklərin psixologiyasına təsir etdiyi kimi uşaqlar da öz təsirini göstərir. Məsələn, çəhrayı rəng sevgi və mərhəmət hissini bəxş edir. Bu rəgdən daha çox qız uşaqlarının otağında istifadə edilir. Amma psixoloqlar bildirir ki, rəngin müsbət enerjisi və verdiyi rahatlıq təkcə qız uşaqları üçün nəzərə alınmamalıdır. Uşağınız üçün otaq dizayn edəndə onun cinsini deyil, xarakter və psixologiyasını əsas götürün. 

Narıncı aktiv və xeyirxahlığı yansıdır. Sari rəng isə daima öyrənməyə marağı olan uşaqlar üçün ideal seçimdir.  Həmçinin bənövşəyi rəng də öyrənməkdə maraqlı olan, yaradıcı ruhlu uşaqların otaq rəngi ola bilər. Əgər övladınız sakit təbiətlidirsə, o zaman otaq dizaynında rahatlıqla ağ rəngdən istifadə edə bilərsiniz.

Uşaq otağını dizayn edərkən mebel və aksesuarlarda öyrədici işarələrin olması uşaqda öyrnəməyə həvəs yaradacaq və təxəyyülünün inkişaf etməsinə kömək olacaq.

Qardaşlar mebelin uşaq otağı mebelleri bölməsindən övladınızın otağı üçün uyğun olan mebellərə baxıb seçə bilərsiniz.


2020-01-16
0
Şərh yaz

Emailiniz şərhlərdə görünməyəcək

Yaz