Taxta mebellər necə təmizlənməlidir

Taxta mebellər necə təmizlənməlidir

Bəzi insanlar yataq dəstləri, qonaq otağı mebelləri seçərkən taxta materialdan detalı çox olan mebellərə üstünlük verirlər.

Mebellərin çirklənməsi qaçınılmaz hadisədir. Taxta materiallı mebel çirklənərsə, onu necə təmizləmək lazımdı?

Təqdim edilən sadə təmizlik sirrləri ilə taxta materiallı mebellərin üzərini parlaqlaşdıra, su və mürəkkəb ləkələrini yox edə bilərsiniz.

Taxta materiallı mebellərin mütəmadi olaraq tozu alınır və parladici maddələrlə üzəri silinir. Amma müəyyən zamandan sonra istifadə edilən kimyəvi vasitələr mebelin üz qatının zədələnməsinə səbəb olur. Tez-tez və səthi olan təmizliyin əvəzinə mebellər vaxtaşırı daha dərindən təmizlənməlidir.

Taxta mebelləri təmizləməyin bir neçə üsulu var. Biz sizə onları təqdim edirik.

Səthi çirkləri təmizləmək üçün öncəliklə mebelin tozu silinməlidir. Daha sonrakı mərhələdə isə taxta üzərindəki ləkələrin təmizlənməsidir. Təmizləyici vasitə olaraq isə kimyəvi qatqısı ən az olanla başlamaq lazımdır. Məsələn, qabları yumaq üçün istifadə edilən yuyucu vasitəni su ilə qarışdırıb mebeli silə bilərsiniz. Lakin silmək üçün istifadə olunan parçanın yumşaq olması da vacibdir. Mebeli silərkən istifadə edilən parça tez-tez yuyulmalıdır. Mebelin bütün taxta səthini təmizləyici vasitə ilə sildikdən sonra təmiz parça ilə qurulamaq lazımdır.

Rəngli mebelləri və ya hansısa ləkə düşmüş taxta mebeli isə aşağıda göstərilən üsullarla təmizləyə bilərsiniz.

Su ləkəsi

Yəqin ki, birbaşa masaya isti çayla dolu olan stəkan qoyduqda yaranan buxar ləkəsini görmüsünüz. Bu buxar taxta masada ləkə olaraq alır. Bəs mebeldəki ləkəni necə təmizləmək lazımdır? Bunun üçün ləkə olan hissəyə diş məcunu vurub həmin ləkə çıxana qədər silmək lazımdır. Daha dərin ləkələr üçün isə diş məcununun üzərinə eyni miqdarda karbonat (soda) əlavə edib nəm parça ilə silmək lazımdır.

Çətin gedən ləkələr

Bir mürəkkəb ləkəsini çıxarmaq üçün 1 yemək qaşığı  karbonatın üzərinə 1 çay qaşığı su su əlavə edib qarışdırmaq lazımdır. Daha sonra bu məcunu ləkənin üzərinə tətbiq edib həmin ləkə çıxana qədər silinməlidir. Daha sonra nəm parça ilə mebelin üzərini təmizləyin.

Mebelinizdəki ləkələri təmizlədikdən sonra onun parlaqlığını geri qaytarmaq üçün limon yağından istifadə edə bilərsiniz. Limon yağını apteklərdən əldə edə bilərsiniz. Yox, əgər tapa bilməsəniz ev şəraitində də parladıcı məhlul hazırlamaq mümkündür. Bunun üçün sizə 1 fincan zeytun yağı ilə yarım su stəkanı ölçüsündə ağ sirkə lazım olacaq.  Yağ və sirkəni yaxşı qarışdırdıqdan sonra bu məhlulu yumşaq parçaya töküb mebelin taxta silin.

Beləliklə evinizdə olan mebellərin taxta materialdan olan hissələrini göstərilən qaydada təmizləyə və parlaqlığını geri qaytara bilərsiniz.


2019-11-12
0
Şərh yaz

Emailiniz şərhlərdə görünməyəcək

Yaz