Mətbəx mebeli evinizin vizitkartıdır

Mətbəx mebeli evinizin vizitkartıdır

Hər bir insanı, xüsusilə xanımları “Mətbəx üçün hansı mebeli seçim ki, onu uzun müddət istifadə edə bilim?” düşündürür. Bir çoxumuz mebel alarkən onun görünüşünə vurulub, keyfiyyətini dəqiqləşdirmədən alırıq. Bu səhvə təəssüf ki,əksəriyyətimiz yol veririk. Gözəl görüntünün arxasında keyfiyyətsiz mebel materialı dayana bilər, ona görə yalnız üzdə olan xüsusiyyətləri deyil, eyni zamanda keyfiyyətinə də diqqət etmək lazımdır. Müasir mətbəxdə məişət texnikası olmadan keçinmək mümkün deyil. Onlar doğru şəkildə yerləşdirilməli və təhlükəsiz şəkildə şəbəkəyə qoşulmalıdır. Bunun üçün hər bir mətbəx texnikasına uyğunlaşdırılmış mətbəx mebeli lazımdır. Əgər qonaq otağınız mətbəxlə birləşikdirsə, bu o deməkdir ki, burada ailə üzvləri gün ərzində 3 dəfə yemək və ünsiyyətdə olmaq üçün yığışırlar. Buna görə də mətbəx elə şəkildə qurulmalıdır ki, hər tərəfdən hava kütləsi keçə bilsin və otağın havasını rahat yeniləmək olsun.

Mətbəx mebelini seçməmişdən öncə...

Mətbəx mebelini almaq üçün mağazaya getməzdən və ya mətbəx dəstini sifariş etməzdən öncə, onu nə üçün aldığınızı dəqiqləşdirməyiniz gərəkdir. Mebeli siz tam olaraq mətbəx işlərini görmək üçünmü alırsınız, yoxsa yalnız mağazadan alınmış hazır qidaları qızdıracaqsınız? Ailə tərkibinin sayını da dəqiqləşdirmək mühüm rol oynayır, çünki ona uyğun mətbəxinizi formalaşdıracaqsınız.

Mətbəx dəstinin özəllikləri

Mətbəx dəstində seçilmiş hər bir detal yekun nəticədə özünü göstərəcəkdir. Buna görə son dərəcədə diqqətli olmaq lazımdır. Yekun nəticəni öncədən interyer dizaynerin hazırladığı layihə əsasında görmək mümkündür. Həmçinin rəng seçimi də böyük rol oynayır. Mətbəx monoxrom və yaxud rəngarəng ola bilər, seçiminizi mənzilinizin interyerinə də uyğunlaşdıra bilərsiniz. Orta ölçülü mətbəxlər üçün parlaq rənglərdən istifadə etmək tövsiyə olunur, çünki tünd rənglərdən istifadə edərsinizsə, o zaman elə də böyük olmayan mətbəxiniz daha da kiçik görünə bilər. Psixoloqlar mətbəxdə yaşıl rəngi istifadə etməyi tövsiyyə edir. Bu rəng insanı sakitləşdirir, və hətda iştahı açır.

Sarı və kök rəngi də sevilən və tövsiyə edilən rənglərdəndir. Onlar mətbəxinizə rahatlıq, yay ab-havası gətirəcək. Mətbəxinizi qurarkən Gardashlar mebelin peşəkar mütəxəsissləri ilə məsləhətləşə və onlarla ortaq bir fikirə gələrək mebelinizi sifariş edə bilərsiniz. Bizim kataloqumuzda hər zövqə uyğun mətbəx mebellərini tapa bilərsiniz. Onlarla buradan https://gardashlar.com/kategoriya/metbex-mebelleri tanış olmağı tövsiyə edirik.


2020-04-10
0
Şərh yaz

Emailiniz şərhlərdə görünməyəcək

Yaz