Divan Kreslo Dəstləri necə təmizlənməlidir?

Divan Kreslo Dəstləri necə təmizlənməlidir?

Evdə ən çox istifadə edilən mebellərdən biri qonaq otağı mebelləridir. Buna görə də buradakı divan kreslo dəsti, yumşaq mebellər tez tez çirklənir. Əgər divan mebeli yetəri qədər təmiz olmasa, istirahətiniz o qədər də əyləncəli olmayacaq.

Təqdim etdiyimiz üsullar ilə yumşaq divan dəstinizin ilk günkü təmizliyini geri qaytara biləcəksiniz.

1.Vakuum (kiçik əl tozsoranı).  Vakuumdan istifadə edərək divan kreslo üzərindəki çirk və yemək qalıqlarını rahatlıqla təmizləyə bilərsiniz. Vakuum yoxdursa, daimi istifadə etdiyiniz tozsoranın kiçik başlığı ilə də bu təmizliyi etmək olar.

Təmizlik zamanı divan kreslo dəstinin künc hissələrinə diqqət etmək lazımdır. Ev heyvanının tükü, yemək qalıqları və digər çirklər əsasən künc-bucaqda toplaşır. Yastıqları da təmizləyəndə ən azı divandakı qədər diqqətli təmizləmək lazımdır. Çünki toz və çirk daha çox yastıqlara hopur.

2. Təmizləyəcəyiniz parça səthin hansı materialda olduğunu mütləq öncədən təyin etmək lazımdır. Divan mebelinin yumşaq hissəsində olan (sizin divanınızda başqa hissəyə də yapışdırılmış və ya tikilmiş ola bilər) etiketdə parça ilə bağlı təlimatları oxuyun. Etketlərdə əsasən aşağıda göstərilən kodlar olur:

• WS: Kimyəvi tərkibi az olan təmizləyici vasitə ilə buxarlı vacuum və ya quru təmizləyici funskiyası olan yuyucu vasitə istifadə edin.

• S: Yalnız quru təmizləyici funksiyası olan yuyucu vasitə istifadə edin.

• X: Yalnız vacuum istifadə edin (susuz).

• W: Təmizləmək üçün sudan istifadə etmək olar.

3. Ləkələri təmizləyin. Bir divan mebelinin necə təmizlənməli olduğunu bilmək əslində ləkələri necə təmizləmək lazımdır sualı ilə eynidir. Satışda olan təmizləyici vasitələr və ya ev şəraitində hazırladığınız təbii vasitələrdən də istifadə edə bilərsiniz. Evdə hazırlanan vasitələr daha az maliyyə tələb edir və ətraf mühitin ekoloji tarazlığı üçün zərərsiz sayılırlar.

Parçanın növünə görə divan kreslo necə təmizlənməlidir?

Divanın dəri parçadan ibarət olan səthini təmizləmək. Sprey şüşənin içərisinə 1/2 stəkan zeytun yağı ilə 1/4 stəkan sirkə əlavə edib qarışdırmaq lazımdır. Daha sonra divanın üzərinə bu məhlulu püskürdüb yumşaq parça ilə silmək lazımdır.

Sintetik üzlüyü təmizləmək. Yenə sprey şüşəsinə 1/2 stəkan sirkə, 1 stəkan ilıq su və 1/2 çay qaşığı qədər maye yuyucu vasitəsi əlavə edib qarışdırdıqdan sonra alınan məhlulu çirkli sahəyə tətbiq etmək lazımdır. Daha sonra yumşaq parça ilə ləkə olan hissəni silmək lazımdır.

4. Son mərhələ isə divan mebelinin qurudulma mərhələsidir. Suyu hopdurması üçün suyu özünə çəkən dəsmaldan istifadə edərək quruma prosesini tezləşdirə bilərsiniz. Divanın tam quruduğuna əmin olmaq lazımdır. Tam qurumayan, az da olsa nəmliyi qalan divan və yastıqlardan qısa zaman sonra rütubət iyi gələcək.


2019-11-06
0
Şərh yaz

Emailiniz şərhlərdə görünməyəcək

Yaz