Nə axtarırsan?

2020-01-28

2020-ci il ev üçün mebel trendləri

Ev dekorasiya trendləri – 2020-ci il

Yeni il yenilik deməkdir. Kimisi bu ildən idmana başlamağı, kimisi yeni nələrsə öyrənməyi hədəfləyib. Kimisi də evini yenidən dizayn etməyi, yeni mebellər almağı planlaşdırır. Bu blog yazımız məhs sizin üçündür. 2020-ci ildə evinizi yenidən dizayn etmək istəyirsiniz və bunun üçün artıq gec olduğunu düşünürsünüzsə, o zaman bu bloq yazısını mütləq oxuyun.

Bu ilin trendi: çox əşyalı otaqlar

İllərdir mebellərdə minimalizm dövrü olsa da, artıq maksimalist dizayn öz sözünü deməyə gəlir. 2020-ci il maksimalizm ili olacaq. Minimalizm kiçik ölçülü evlər üçün ideal trend olsa da, artıq bu ildən etibarən minimalizmlə vidalaşmaq lazımdır.

Söhbət edə biləcəyiniz köşə

2020-ci ildə qonaq otağını necə dizayn etmək lazımdır deyə sual versəniz, cavabımız mütləq belə olacaq: qonaq otağı üçün rahat, komfortlu mebellər seçin! Qonaq otağınız üçün elə mebellər seçin ki, dostlarınızla görüşmək üçün hansısa məkana deyil, məhz elə evinizdə toplaşın.

Eviniz təbiətlə iç-içə olsun

Təbiətdən alınmış parçalarla evinizi canlandırın.  2019-cu ildə olduğu kimi bu il də bitkilər evdə ən təbii aksesuar hesab edilir. Keçən illərdən fərqli olaraq bu ilin trendi bitkilərin hamısını onlara aid bir köşədə yığılmasından yanadır. Evinizdə bitkiləriniz üçün xüsusi yer düzəldin. Həmçinin qeyd etmək istərdik ki, bu il iri yarpaqlı bitkilər daha dəbdədir. 

2020-Cİ İLDƏ EVİNİZİN DİVAR RƏNGLƏRİNİ DƏ YENİLƏYİN

Divarlarda etdiyiniz kiçik dəyişiklik belə evinizin atmosferini anında dəyişə bilər. Maksimalizm divarların dizaynında da öz sözünü deyəcək. Naxışlı, bəzəkli divar dizaynları bu il dəbdədir. Əgər divarda hər hansısa çərçivə olacaqsa, o zaman həmin divarı sadə şəkildə boyamaq və ya sadə naxışları olan divar kağızı seçmək lazımdır ki, qarışıq bir görüntü yaranmasın.

Divarı hər hansısa həndəsi fiqurlardan istifadə edərək boyamaq evinizi rəngləndirməyin yollarından biridir. 2020-ci ilin əsas trendi də məhz həndəsi fiqurlarla boyanmış divarlardır.

Həmçinin 3D divar kağızları ilə də evinizə fərqlilik qata bilərsiniz.

MODA VƏ RAHATLIĞIN HARMONİYASI: MEBEL TRENDLƏRİ

2019-cu ildə olduğu kimi bu ildə qonaq otağında minimal xəttlərlə dizayn edilmiş mebellər əvəzinə tam əksinə iri həcmli mebellər dəbdə olacaq. Qonaq otağınız üçün böyük, rahat mebelləri rahatlıqla seçə bilərsiniz!

2020-Cİ İLDƏ MƏTBƏX MEBELLƏRİ

Evdə ən çox zaman keçirilən yerlərdən biri mətbəxdir və bura nə qədər dəbli, nə qədər funksional dizayn edilsə bir o qədər rahatlıq əldə etmiş olarsınız. 

2020-ci ildə qara tonlarda mebellərlə dizayn edilmiş mətbəxlər daha dəbdə olacaq. Qara rəngli mətbəx mebeli ərazini balaca göstərər deyə düşünürsünüzsə, o zaman əlavə ikinci bir rəngdən də istifadə edə bilərsiniz. Ammam əsas etibarilə bu il mebellərdə qara rəng trenddir.

Həmçinin bu il açıq dolablar trenddir. Qapısı olmayan, açıq dolabların sizin işlərinizi daha da rahatlacağı düşünülür.

Əgər evinizi 2020-ci ilin trendinə uyğun dizayn etmək istəyirsinizsə, o zaman sizi Qardaşlar mebelə dəvət edirik. İlham verən fikirlər və yeniliklər üçün bloqlarımızı izləməyə davam edin.

2020-ci il ev üçün mebel trendləri

Digər bloqlar

Faydalı Linklər

>