“Gardashlar Mebel”dən daha bir nüfuzlu layihə – Özbəkistanın Azərbaycandakı yeni səfirlik binasının mebel təchizatı yerli istehsalla təmin edilib

04.07.2025
“Gardashlar Mebel”dən daha bir nüfuzlu layihə – Özbəkistanın Azərbaycandakı yeni səfirlik binasının mebel təchizatı yerli istehsalla təmin edilib

Oxşar Bloqlar

Bakıda yerləşən Özbəkistan Respublikasının yeni səfirlik binası “Gardashlar Mebel” şirkətinin yerli istehsalı olan mebellərlə təmin edilib.

2025-ci il, 2 iyul tarixində keçirilən rəsmi açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyev iştirak ediblər. İki qardaş ölkə arasında strateji əməkdaşlığın simvolu hesab olunan bu diplomatik kompleksin interyer həlləri, funksional planlaşdırması və mebel dizaynı yüksək diqqət və dəqiqliklə hazırlanıb.

Layihə çərçivəsində idarəetmə kabinetləri, rəsmi qəbul zalları, konfrans otaqları və ümumi istifadə sahələri üçün mebel və dekorativ divar üzləmələri “Gardashlar Mebel”in istehsalat zavodunda hazırlanaraq yerində quraşdırılıb. Seçilmiş materiallar, rəng palitrası və dizayn yanaşması binanın rəsmi statusunu və protokol tələblərini tam şəkildə əks etdirir.

Mövzu ilə bağlı açıqlama verən “Gardashlar Mebel”in təsisçisi Əli Mirzəyev bildirib:

“Bu layihə bizim üçün sadəcə texniki tapşırıq deyildi – Özbəkistanın Azərbaycandakı yeni səfirlik binasının mebellə təminatı, iki ölkə arasında dostluq və etimada əsaslanan münasibətlərin bir göstəricisidir. Burada yalnız funksionallığa deyil, həm də mədəni harmoniyaya və estetik bütövlüyə xüsusi önəm verdik.”

Əli Mirzəyev vurğulayıb ki, diplomatik və dövlət əhəmiyyətli layihələrdə iştirak “Gardashlar Mebel”in həm istehsal gücünü, həm də peşəkar layihələndirmə bacarığını nümayiş etdirir:

“Belə yüksək səviyyəli layihələrin uğurla icrası göstərir ki, yerli istehsal beynəlxalq standartlara cavab verə bilər. Bizim üçün əsas prioritetlər texniki dəqiqlik, funksional həllər və incə dizayn yanaşmasıdır. Daha öncə də Qətər Dövlətinin Azərbaycandakı səfirlik binasının mebel təminatını uğurla icra etmişik və bu sahədə portfelimizi davamlı olaraq genişləndiririk.”

Qeyd edək ki, “Gardashlar Mebel” 2015-ci ildən fəaliyyət göstərir və bu gün 450-dən çox əməkdaşı ilə ölkənin mebel sənayesində aparıcı yerli brendlərdən biri kimi tanınır. Şirkət son illər ərzində dövlət qurumları, diplomatik nümayəndəliklər, təhsil və səhiyyə müəssisələri üçün kompleks mebel təminatı layihələrini uğurla reallaşdırmışdır. 2020-ci ildən etibarən isə məhsulların ixracına başlanılıb.