
Azərbaycanda bir ilk! “Gardashlar Mebel”dən laboratoriyalar üçün yeni nəsil təhlükəsizlik avadanlığı
11.06.2025Oxşar Bloqlar


“Gardashlar Mebel”dən daha bir nüfuzlu layihə – Özbəkistanın Azərbaycandakı yeni səfirlik binasının mebel təchizatı yerli istehsalla təmin edilib

“Gardashlar Mebel”dən Şuşada səhiyyəyə töhfə - Müalicə-Sağlamlıq Mərkəzi yerli istehsal mebellər ilə təmin edilib

Süni intellektlə mebel sənayesində inqilab
“Gardashlar Mebel” QSC Azərbaycanda ilk dəfə kimyəvi laboratoriyalar üçün nəzərdə tutulmuş, yerli istehsallı Laboratoriya təhlükəsizlik kabinəsini bazara təqdim edib. Bu avadanlıq laboratoriya şəraitində istifadə olunan zərərli kimyəvi maddələrin buxar və qazlarını təhlükəsiz şəkildə mühitdən uzaqlaşdıraraq, tədqiqatçıların sağlamlığını qoruyur və iş şəraitində yüksək təhlükəsizlik səviyyəsi təmin edir. İndiyədək yalnız xaricdən idxal olunan bu tip qurğular artıq yerli istehsalla əvəzlənərək, həm idxaldan asılılığın azalmasına, həm də ölkə büdcəsinə qənaətə şərait yaradır.
Şirkətin rəhbəri Əli Mirzəyev bildirib ki, bu məhsulun təqdimatı təkcə kommersiya baxımından deyil, eyni zamanda ölkə üçün mühüm sosial və strateji məsuliyyət kimi qiymətləndirilməlidir.
“Uzun illər bu sahədə xarici asılılıq mövcud idi və yerli alternativlərin olmaması istər maliyyə, istərsə də operativ təminat baxımından çətinliklər yaradırdı. Biz bu avadanlığı hazırlayaraq göstərmək istədik ki, artıq ölkə daxilində də texniki və funksional mebellərin istehsalı mümkündür. Məqsədimiz yalnız məhsul satmaq deyil – əsas hədəfimiz milli ehtiyacları öz gücümüzlə qarşılayaraq, ölkənin sənaye imkanlarını nümayiş etdirməkdir. Gardashlar Mebel olaraq bu təşəbbüslə bir daha sübut edirik ki, texnoloji və spesifik mebellərin istehsalında da yerli istehsal potensialına tam güvənmək olar”, – deyə o qeyd edib.
Yeni nəsil Laboratoriya təhlükəsizlik kabinəsi artıq bir neçə müəssisəyə təhvil verilib.Onlardan biri də AMEA Fizika İnstitutudur. İstehsalda istifadə olunan materiallar ekoloji baxımdan təhlükəsizdir və konstruksiya beynəlxalq laboratoriya avadanlıqları üzrə qəbul olunmuş normativlərə uyğunlaşdırılıb. “Gardashlar Mebel”in istehsal və məhsul komandası bu istiqamətdə məhsul çeşidini genişləndirməyi, laboratoriyalar üçün digər texniki həlləri də yerli istehsalla təqdim etməyi planlaşdırır.
