"Qardaşlar Mebel" Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldu.

19.10.2020
"Qardaşlar Mebel" Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldu.

Oxşar Bloqlar

İstehsal etdiyi mebelləri fürsətlər ölkəsinə ixrac etməyə nail olan Qardaşlar mebel şirkəti ölkədə yaranmış vəziyyətlə əlaqədar Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldu.

Qardaşlar mebel şirkətinin rəhbəri Əli Mirzəyev belə bir vəziyyətdə dövlətimizin yanında olduğunu açıqlayıb. Şirkət rəhbəri bütün sahibkarları bu təşəbbüsə qoşulmağa çağırdı:

“Azərbaycan hər birimizin vətənidir. Biz bu məsələdə də birləşib dövlətimizə dəstək göstərməliyik. Qardaşlar mebel şirkəti olaraq cənab prezidentin və ordumuzun tutduğu mövqeni dəstəkləyir, tezliklə işğal atında olan torpaqlarımızın azad olacağına inanırıq. Bu gün bütün gücümüzü səfərbər edərək dövlətimizin və ordumuzun yanında olmalıyıq. Biz sahibkarlar belə bir vacib məqamda əlimizdən gələni əsirgəməməliyik. Qardaşlar mebel şirkəti olaraq ölkədə fəaliyyət göstərən bütün sahibkarları bu təşəbbüsə qoşulmağa dəvət edirik. Biz hər zaman cənab prezidentin və ordumuzun yanındayıq, torpaqlarımızın azad olması üçün əlimizdən gələni etməyə hazırıq.”

“Qarabağ Dirçəliş Fondu” Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Cənab İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmışdır. 

Qeyd edək ki, Qardaşlar mebel şirkəti mövcud hərbi vəziyyətlə bağlı ölkə başçısının və müvafiq qurumların qəbul etdiyi bütün qərarları tam olaraq icra etməkdədir.

Qarabağ Azərbaycandır!