Что вы ищете?

Naqilsiz enerji

Fincan isidici

Naqilsiz enerji

Fincan isidici

Blutuz dinamik

USB girişi

Blutuz dinamik

USB girişi

Smart masanın xarakteristikası

1. Üst lay və sarğı MDF şpon üzlüklü mat cilalanma.

2. Elektrik ötürməli, hündürlüyü nizamlanan teleskopik konstruksiyalı metal ayaq. Səs küylük 58 db.

3. Noutbuk üçün sərinləşdirici.

4. Blutuz dinamik və mikrofon mobil telefonla bağlantı yaradır, telefon və pleyer rejimində çalışır.

5. Qİ standartı ilə çalışan, gizli, naqilsiz mobil telefona elektrik yükü yükləyən, elektromaqnit induksiya qurğusu.

6. Naqil vasitəsi ilə elektrik yükü yükləmə yuvası, standart USB qoşa girişi.

7. USB girişli, 5 volt gərginliklə çalışan fincan isidici qurğu

8. Masa üzərində 220 V-luq xüsusi metal qapaqlı qutuda elektrik yuvası yerləşdirilmişdir. Eyni zamanda,qutu daxilində noutbuk yükləmə kabeli gizlədilməsi üçün yer nəzərdə tutulmuşdur.

9. Qurğular lazım olan halda elektrik dövrəsindən ayrıla bilir. Masanın elektrik sistemi mərkəzi qısa qapanma qoruyucusu ilə təchiz edilmişdi.

10. Masanın ümumi elektrik dövrəsindən tam ayrılması üçün düymə quraşdırılmışdır.

Üstünlükləri

1. İş yerinizdə komfortu hiss edin

Masa üzərində 220 V-luq, xüsusi metal qapaqlı qutuda elektrik yuvası yerləşdirilmişdir, eyni zamanda, qutu daxilində noutbuk yükləmə kabeli gizlədilməsi üçün yer nəzərdə tutulmuşdur. Qurğular lazım olan halda elektrik dövrəsindən ayrıla bilir, masanın elektrik sistemi mərkəzi qısa qapanma qoruyucusu ilə təchiz edilmişdir. Masanın ümumi elektrik dövrəsindən tam ayrılması üçün düymə quraşdırılmışdır.

2. Cihazlarınız üçün naqilsiz enerji

Distansiyon yüklənmə funksiyası sayəsində mobil cihazlarınız kabelsiz enerji yığacaq. Hidden Wireless Charger - QI standartı ilə çalışan gizli, naqilsiz induksiya qurğusu ilə rahat şəkildə smartfonunuzu enerji ilə təmin edəcəksiniz.

3. Musiqinin dadını çıxarın

Blutuz səsgücləndiricilər vasitəsilə istədiyiniz musiqini daha yüksək keyfiyyətdə dinləyə bilərsiniz. Blutuz dinamik və mikrofon mobil telefonunuzla bağlantı yaradır və telefon pleyer rejimində çalışır.

4. Ofisinizdə Smart imkanlar

5 Volt gərginlikdə çalışan fincan isidici qurğu ilə çay və kofeniz soyumağa imkan tapmayacaq. Noutbuk üçün nəzərdə tutulmuş soyuducu pərlər, Usb HUB kimi imkanlar işinizi olduqca asanlaşdıracaq.

5. Noutbuk üçün sərinləşdirici.

Noutbuk soyutma yastığında 4 fan mövcuddur. Səssiz, eyni zamanda sürətli soyutma effekti istifadə vəziyyətində kompüterinizin isinməsinin qarşısını alır. Kuler bir dəqiqəyə qədər məqbul temperaturda soyutma qabiliyyətinə sahib yüksək tutumlu havalandırılmış bir qurğudur. Bu 4 fan kompüterinizin bütün sahələrinin soyumasına imkan yaradır.

Videolar

Müştərilər