MÜŞTƏRİ İSTƏYİ VƏ İŞİN KEYFİYYƏTİ VACİBDİR

Sifariş vermək üçün Sizin bizim ofisə - çox rahat yerdə yerləşir- gəlməyinizə belə ehtiyac yoxdur.

Təbii ki, ofisimizə də gələ bilərsiniz. Çayımızı da içə bilərsiniz. Son qərar Sizə bağlıdır.

İlk tanışlıq məqsədi ilə bizim kataloqa baxırsınız, bəyəndiyiniz modeli seçirsiniz və bizə sifariş verirsiniz. Əlaqə koordinatoru-bizim menecerimiz Sizə mütləq zəng vuracaq, ən kiçik detalları belə dəqiqləşdirəcəkdir. Sizdən ötrü rahat zamanda görüş təyin edəcəkdir,

Biz müqavilə bağlanandan sonra məhsulun istehsalına start veririk. Onun hazır olma müddəti sifarişin mürəkkəblik səviyyəsindən asılıdır. Adətən bu müddət 7-25 gün çəkir.

Mebel hazır olan kimi menecerimiz Sizinlə əlaqə saxlayır. Mebelin çatdırılması və yerində quraşdırılması üçün Sizə məqbul olan zamanı müəyyənləşdirir. Yerindəcə montaj işləri həyata keçirilir. Peşəkar ustalarımız mebelin montajını  qısa zamanda, Sizi rahatsız etmədən və səliqə ilə həyata keçirirlər.

Sonda Siz ustada olan MÜŞTƏRİ RƏYİ TALONUNDA

onun işini qiymətləndirirsiniz.

NİYƏ BİZƏ MÜRACİƏT ETMƏYİNİZ VACİBDİR?

TAM FƏRQLİ ÜSTÜNLÜKLƏRİMİZ VAR!

Əvvəla, biz mebeli seriya olaraq istehsal  etmirik. Bizdə hər sifariş yeganədir, unikaldır və eksklüzivdir.

İkincisi, biz mebeli özümüz istehsal edirik və özümüz satırıq. Vasitəçi problemimiz yoxdur.

Üçüncüsü, biz ödənişsiz olaraq EVƏ/OFİSƏ GƏLİŞ xidməti həyata keçiririk. Yerindəcə məkanın xüsusiyyətləri zəminində sifariş olunan mebelin ölçüsünü götürürük. Bu, çox vacib mərhələdir. Sonradan meydana çıxa biləcək bütün anlaşılmazlıqlar aradan qaldırılmış olur.

Dördüncüsü, mebelin modelini birlikdə seçirik və təsdiqləyirik. Sifariş yalnız müqavilə əsasında həyat keçirilir. Müqavilədə hər bir incəlik, xırda detal və fərdi istək razılaşdırılır.

Beşincisi, mebel sifarişi bütün mənzil üçün verilirsə, XÜSUSİ ENDİRİM həyata keçirilir.

Altıncısı, məhsulun müqavilə qiyməti və müddəti dəyişilmir.

Yeddincisi, kataloqda olan nümunələrdən birini seçə bilmədiyiniz halda biz yalnız Sizin zövqünüzə uyğun olan orijinal model layihələndirir, təsdiqləyir və sonra istehsala başlayırıq.

Səkkizincisi, Siz öz eskizlərinizi də təqdim edə bilirsiniz və biz onu istədiyiniz kimi gerçəkləşdirəcəyik. Bu zaman materialların müsbət və mənfi xüsusiyyətləri, praktikliyi, funksionallığı barədə Sizə ödənişsiz konsultasiya xidməti göstəriləcəkdir.

Doqquzuncusu, sifarişin həyata keçirilməsi prosesindən xəbərdar olmaq üçün istədiyiniz zaman bizə zəng edib bilgi ala bilərsiniz.

Biz öz markamıza yüksək dəyər veririk!

Hər zaman nüfuzumuzu yüksəldən işlərə imza atırıq.