Şirkət Rəhbərinin Müraciəti

Qardaşlar mebel Azərbaycanda mebel sektorunu inkişaf etdirmək və insan vərdişlərinin analiz edərək bu bazara yeniliklər gətirmək məqsədi ilə yaradılmışdır.

Şirkətimiz istehlakçıların mebelə olan ehtiyaclarını qarşılamaq üçün insan kapitalına və texnoloji yeniliklərə daima yatırım etməkdədir.

Azərbaycan gənc, istedadlı və perspektivli insan kapitalı ilə zəngindir. Bu üstünlük bizə mebel sektorunun bütün istiqamətləri üzrə geniş imkanlar yaratmağımıza təkan verir. Azərbaycanda neftin real bazar iqtisadiyyatına qatdığı dəyər qeyri-neft sektorunun inkişaf potensialına da ciddi təsir etməkdədir. Bu inkişafın mebel sektorunda daha da ciddi hiss olunması üçün bazar payının arzu olunan səviyyəyə çatması üçün bütün imkanları dəyərləndirmək lazımdır.

Əməkdaşlarımıza və mebel sahəsinin inkişafına etdiyimiz yatırımlar istər fərdi insanların həyatına, istərsə də ölkə iqtisadiyyatına müsbət təsir göstərir.

Şirkətin məqsədlərindən biri də istehlakçı tələbatı əsasında rahat, funksional və keyfiyyətli mebellər istehsal etməklə, yerli və xarici bazarda layiqincə təmsil olunmaqdır.

Mebel sektoruna olan marağı artırmaq və məhsullarını “Made in Azerbaijan” brendi adı altında dünyaya təqdim etmək isə şirkətin qarşısına qoyduğu əsas hədəflərdəndir.

Qardaşlar mebel olaraq bütün əməkdaşlarımız ilə birlikdə bu məqsədlərə çatmaq üçün fəaliyyətimizi təkmilləşdirməkdə davam edirik. Təki Siz istəyin!

 

ƏLİ MİRZƏYEV

Qardaşlar Mebel şirkətinin direktoru