Direktorun müraciəti

Yaradıcı insanların xəyal dünyası nəhayətsiz,

niyyətləri saf, əməlləri xoş, iddiaları böyük olur.

Çünki insanların həyatına yeni boyalar qatacaq

əməllərlə yaşamaq daha xoşdur.

Üzlərdəki məmnunluq və təbəssüm

İlə  dünyanı daha gözəl, daha zəngin, insanları,

bəxtəvər və məğrur görmək istəyirsən.

Biz məkanlara rahatlıq, komfort və könül açan ovqat daşımaq

istəyi ilə çalışırıq. Bax elə bu niyyətlə də, Qardaşlar Mebel Şirkəti olaraq,

Sizin xidmətinizdəyik.

Biz çox istəyirik ki, insanların xəyalları gerçəkləşsin,

hər kəsin istəyincə olan, müasir və keyfiyyətli

mebel məhsullarını ərsəyə gətirək.

 

İstəyirik ki, hər kəs yalnız onun  ofisində və ya

mənzilindəki təkrarsız və

özəl mebel  dəsti ilə qürur duysun, arzusunu

gerçəkləşdirdiyimiz  üçün bizi xoş duyğularla xatırlasın.

Bizim üçün istehsalda hər şey vacibdir. Bütün xırdalıqlar, detallar,

incəliklər diqqət mərkəzindədir. Əks halda tələbkar insanların

zövqünü oxşamaq mümkün olmazdı.

Çünki bizim ən ülvi istəyimiz Sizin istəyinizdir!

Bizdən ötrü ən yüksək zövq Sizin zövqünüzdür!

Təki Siz istəyin!

 

ƏLİ MİRZƏYEV,

Qardaşlar mebel MMC-nin direktoru