Nə axtarırsan?

2019-11-26

“Qardaşlar mebel” kitabxanalar üçün unikal həll yolu təklif edib

Mebel sektorunda özəl konseptləri ilə fərqlənən “Qardaşlar mebel” şirkəti ölkədaxili bazar araşdırması proqramı çərçivəsində yeni konseptini təqdim edib. Şirkət bu dəfə ölkədə fəaliyyət göstərən kitabxanalardakı kitabların kənar təsirlərdən qorunması üçün unikal həll yolu təklif edib.

Şirkətin rəhbəri Əli Mirzəyevin sözlərinə görə kitabxanalarda kitabların kənar təsirlərdən qorunması onlar üçün hər zaman prioritet məsələlərdən olub:

“Biz bu istiqamət üzrə işlərə kitabxanalardakı cari vəziyyəti analiz etməklə başladıq. Daha sonra əldə etdiyimiz məlumatlar əsasında kitabları uzunmüddət kənar təsirlərdən qorunmasına xidmət edəcək belə bir unikal həll yolu tapdıq. Təklif etdiyimiz konsept məkanın genişliyindən asılı olaraq istənilən ölçüdə hazırlana bilər. Konstruksiya döşəmədə quraşdırılacaq xətlər üzrə rahat hərəkət edə bilir. Bundan əlavə konstruksiyanın üzərində olan lövhələr kitabları kateqoriyalara görə bölməyə imkan yaradır. Konstruksiyanın montajı və demontajı qısa vaxt ərzində həyata keçirilir. Məkanın təmiri zamanı kitabları qorumaq üçün konstruksiyanın üzərində yerləşən sükanı müvafiq istiqamətə hərəkət etdirməklə rəfləri bir xətt üzrə yığmaq mümkündür. Biz inanırıq ki, təklif etdiyimiz unikal həll yolu mədəni irsimizin qorunmasına xidmət edəcək.”

Qeyd edək ki, “Təki Siz istəyin” şüarı altında fəaliyyət göstərən Qardaşlar mebel şirkəti 15-dən çox istiqamət üzrə mebel istehsalı ilə məşğuldur. Şirkət həmçinin ölkədə bir çox böyük və kiçik layihələrin iştirakçısıdır.

“Qardaşlar mebel” kitabxanalar üçün unikal həll yolu təklif edib

Digər xəbərlər

Faydalı Linklər

>