Nə axtarırsan?

Çatdırılma və ödəniş

Qardaşlar mebel şirkətinə məxsus mebel salonlarından əldə etdiyiniz məhsul həmin salonun anbarında Siz istədiyiniz həcmdə olduğu təqdirdə, həmin məhsulu eyni gün ərzində götürə bilərsiniz. Nəzərinizə çatdırmaq istəyirik ki, məhsulun mağaza anbarında mövcudluğu operator tərəfindən təsdiqlənməlidir.

Bakı, Sumqayıt və Xırdalan şəhərləri üçün kiçik ölçülü məhsulların çatdırılması həftə içi və həftə sonu saat 10:00-dan – 18:00-dək, böyük ölçülü mebellərin çatdırılması isə 11:00-dan – 18:00-dək həyata keçirilir. Mebelin dəyəri 500 AZN-dən artıqdırsa çatdırılma ödənişsiz həyata keçirilir. Seçdiyiniz mebel anbarda mövcud olduğu və sifariş 18:00-dək edildiyi təqdirdə, çatdırılma növbəti gün həyata keçirilir. Saat 18:00-dan olan sifarişlərin icrası bir sonraki gün icra olunur. Şirkət, dəyəri 500 AZN-dən az olan məhsulların çatdırılmasını həyata keçirmir. Azərbaycanın digər regionları üzrə çatdırılmalar sifariş olunan mebelin dəyərinə və məsafəyə uyğun hesablanır.

Qardaşlar mebel şirkətinə məxsus sayt, sosial şəbəkə üzərindən əldə etdiyiniz mebelin dəyərini məhsul ünvana çatdırıldıqdan sonra qapıda nağd və ya plastik bank kartı vasitəsilə ödəyə bilərsiniz.

Qardaşlar mebel şirkəti müştərilərə bəyəndiyi mebelin dəyərini “Kapital banka” məxsus olan “Bir kart” taksit kartları vasitəsilə ödəmə imkanı yaradır.

Qardaşlar mebel şirkətinə məxsus mebel salonlarında və o cümlədən internet saytımızda Visa MasterCard ödəniş kartları ilə ödəniş etmək mümkündür. Bəyəndiyiniz məhsulu səbətə əlavə edərək mövcud ödəniş üsullarından birini seçərək sifarişinizi rəsmiləşdirə bilərsiniz.

Sifarişləriniz sayt və ya sosial media hesabları üzərindən həyata keçirildiyi təqdirdə, sifarişinizin təsdiqlənməsi, çatdırılma üsulu və vaxtının dəqiqləşdirilməsi üçün Sizinlə əlaqə saxlanılacaq. Saytda göstərilən məhsulların qiymətinə və çatdırılma xidmətinə ƏDV daxil edilmişdir.

Faydalı Linklər

>