Nə axtarırsan?

Teqlər

19 Bloq

Bloq

Uşaq mebeli seçməyin qızıl qaydası
2020-10-16
Uşaq mebeli seçməyin qızıl qaydası

Komfortu və rahatçılığı sevən təkcə uşaqlar deyil. Seçiminiz zamanı təkcə görünüşə və funksionallığa deyil, təhlükəsizliyə də diqqət etməlisiniz. Bu bloq yazısında Sizlərə uşaq mebeli seçməyin 5 qızıl qaydası ilə bağlı məlumat vermək istərdik.

Uşağınızı analiz edin

Onun oyuncaq seçimi zamanı hansı rəngli oyuncaq və geyimlərə üstünlük verdiyinə diqqət edin. Nəzərə alın ki, uşağınız ilk vaxtlarda gününün çox hissəsini öz otağında keçirəcək. Çalışın seçdiyiniz mebelin rəngi otağın divar rəngləri ilə ahənglik təşkil etsin. Rənglərin bir-birindən kəskin fərqlənməsi uşağın gözünün yorulmasına və ya mənfi auraya köklənməsinə səbəb ola bilər. Uşağınızı kəşf etməkdə çətinlik çəkirsinizsə, o zaman psixoloqla məsləhətləşin.

Yerini dar etməyin

Nəzərə alın ki, uşaqlar çox aktiv və ya hiper aktiv olurlar. Bu məqamı diqqətə alaraq çalışın otaqda həddindən artıq böyük mebel olmasın. Doğru planlaşdırılmış otaqda uşağın əlavə bacarıqlarını kəşf etməyə dəstək olacaq elementlər (qlobus, şahmat, rəsm lövhəsi, basketbol səbəti) yerləşdirin. Unutmayın ki, uşağınızın öyrənmək, əylənmək üçün şəraiti olmalıdır.

Keyfiyyətə üstünlük verin

Uşaq mebeli seçərkən onun materiallarına xüsusi diqqət yetirin. Çalışın alacağınız mebel ekoloji cəhətdən təmiz materiallardan hazırlanmış olsun. Bəzi  istehsalçılar DSP materialından keyfiyyətli mebellər təklif edirlər. Lakin bu materialdan hazırlanan mebel aldıqda, istehsalçıdan sertifikat tələb etməyi unutmayın.

Təhlükəsizlik birincidir

Gözəllik öz yerində amma mebelin təhlükəsizliyinə xüsusi diqqət edin. Diqqətinizi çəkən bir çox mebellər özündə təhlükəli elementləri birləşdirir. Diqqət edin ki, mebelin iti bucaqları olmasın. Qapılarda tənzimləyici mexanizm olmasına diqqət edin ki, uşağın əli qapı arasında qalmasın. Digər bir məqam isə qapı açarları ilə bağlıdır. Çalışın seçdiyiniz mebelin qapısı içəri tərəfdən bağlanan olmasın. Mebel rəflərinin kip yerləşdirilməsinə diqqət edin ki, uşaq hər hansı bir əşyanı götürərkən rəf onun üzərinə aşmasın.

Sizə bir qardaş məsləhəti də verim. Çalışın uşaqlarınızla daha çox vaxt keçirin. Aldığınız mebelin dili olmasa da, emosiyalarınızı onlara doğru şəkildə ötürsün.

Hörmətlə,

Uşaq mebelləri üzrə böyük qardaş

5 addımda ofisinizə mebel seçin
2020-10-16
5 addımda ofisinizə mebel seçin

Günümüzün 8-9 saatını ofislərdə keçiririk. İşlərimizi rahatladacaq və ofisimizi daha gözəl hala gətirəcək çox sayda ofis mebelləri mövcuddur. İş həyatımızın verimli və rahat olması üçün ofisə uyğun mebel seçimi etmək qaçınılmazdır. Bəs ofisinizə mebel alarkən hansı addımları düşünmək lazımdır?

Maliyyət

Ofis mebelinin seçimi prossesində ilk öncə ağıla gələn onun maliyyəti olur. Şirkətiniz üçün mebel seçimlərində büdcənizə də qənaət etməyi unutmamalısınız. Ofis mebeli seçimində hər zaman geniş araşdırma edərək büdcənizə uyğun mebellərə üstünlük verməlisiniz. Aldığınız mebellərin isə qarantiyasının olub-olmamasına diqqət edin.

Funksional və rahat olsun

Növbəti addımda düşünməli olduğunuz məqam isə almaq istədiyiniz mebelin funksional olub-olmamasını yoxlamaqdır. Büdcənizə də qənaət etmək üçün funksional ofis mebelləri sizin seçiminiz olmalıdır. Masalarda faylları saxlamaq üçün yer olacaqmı? Sizin vəya işçiləriniz üçün rahatlıq təmin edirmi? Alacağınız mebellər təkcə bir funksiya üçün yox, ən azı 2 funksiya üçün istifadə edilsin. Qısacası, ofisinizdəki mebellər ehtiyyaclarınızı ödəməlidir. Təkərli stullar, bölmələri olan masalar və s. kimi mebellər ofisinizi daha səliqəli göstərəcək.

Ofis ölçülərinizi nəzərə alın

Ofis mebeli seçərkən ofisinizin ölçülərinə uyğun şəkildə seçməlisiniz. Ofisinizə uyğun olmayan böyük mebellər ofisdə sıxlıq yaradacaq. Tıxanmış ofis içərisində isə nə siz nə də işçiləriniz rahat hərəkət edə biləcəksiniz. Buna görə də öncədən ofisin ölçülərini dəqiqləşdirmək və alınan mebelin ofisdə maksimum dərəcədə boşluq yaradacağına əmin olmaq lazımdır. Ofis nə qədər geniş, açıq və hərəkətə uyğun olsa, işçiləriniz o qədər rahat olacaqlar.

Sektorunuza uyğun stildə Olsun

Ofis mebeli seçərkən digər önəmli addımlardan biri də iş sahənizə uyğun bir mebel seçməlisiniz. Əgər seçdiyiniz mebel sizin iş sahənizə uyğun deyilsə, işçiləriniz və siz işləyərkən çoxlu maneələrlə qarşılaşacaqsınız. Bundan əlavə, sektorunuza bağlı olaraq da mebelin forması, rəngi və stili fərqli olmalıdır. Məsələn, bir reklam şirkətinin ofis mebeli vəkil otağına bənzəməməlidir. Daha çox rəngli, kreativ və minimalist olmalıdır.

Ehtiyacları qarşılasın

Ofis mebelləriniz hər bir ehtiyaca cavab verməlidir. Əgər işçiləriniz gün boyunca oturaq vəziyyətdə işləyirlərsə onlar üçün rahat oturacaq və masa təmin edilməlidir. Bu sağlamlıq üçün də önəmlidir. Bu tip mebellərə erqonomik mebellər deyilir. Bu cür mebellər işçiləriniz üçün rahatlıq gətirir. Onların oturuş tərzlərindən tutmuş, bel nahiyələrinə qədər rahatlıq verən stullar olmalıdır. Masa üzərində rahat şəkildə hərəkət etdirilə bilən kompyuter ekran dəstəkləyiciləri, qaldırılıb-endirilə bilən masa formaları və s. Bu tip rahat və estetik mebellər işçilərinizi yormur, sağlamalıqlarını qoruyur və verimliliyi artırır.

Qonaq otağının rahatlığı stuldan başlayır
2020-07-21
Qonaq otağının rahatlığı stuldan başlayır

Qonaq otağı – mənzil sahibinin statusunu müəyyən edən və gələn qonaqlar tərəfindən ən çox müzakirə olunan otaqlarından biridir. Bu otaqda yerləşdirilmiş hər bir aksesuar evə gələn insanların diqqətini cəlb etməyə və rahatlığına hesablanmışdır. Diqqət etsəniz görərsiniz ki, evinizə dəvət etdiyiniz insanlar ən çox divan və masa ətrafında oturarkən evinzin interyer/eksteryerini daha yaxından analiz etməyə başlayırlar.

Qonaq otağı üçün mebel necə seçilməlidir?

Bu ilk başdan zövqə bağlı məsələ olsada, seçim zamanı funksionallıq və ölçülər ciddi rol oynayır. Əgər qonaq otağınız genişdirsə, o zaman ölçülərə uyğun mebel almağa tələsməyin. Kağız və qələm götürərək aşağıdakı sualları yazıb, ona cavablar hazırlayın:

  • Ailə üzvlərimin sayı nə qədərdir?
  • Evdə doğum günü, kiçik məclislər keçirməyi planlaşdırıram?
  • Bu günə kimi evimə maksimum nə qədər adam gəlib?
  • Evimdə uşağımın oynamağı üçün kifayət qədər boş sahə qalacaqmı?
  • Əvvəlki stulların üzəri nə dərəcədə tez-tez çirklənirdi?

 

Yuxarıda qeyd olunan suallara cavab tapmaqla yanaşı, verdiyiniz cavablara da diqqət etməyiniz vacibdir. Məhz verdiyiniz cavablar Sizə evinizə neçə və ya hansı növ stullar almağınızla bağlı fikirlərinizi qətiləşdirəcəkdir.

Stulların növləri

Hazırda mebel istehsalçıları müxtəlif modifikasiyalı stullar istehsal edir. Bu stulların bir çoxları insan təxəyyülünün məhsulu olsa da, bəziləri məhz insan davranışlarının analizi nəticəsində hazırlanmışdır.

Stabil stullar. Bu oturacaqların elə hazırlanıb və bərkidilir ki, onların formasını dəyişmək mümkün olmur. Belə oturacaqlar istənilən təzyiqə dözümlü və uzunömürlü olurlar.

Yığılan stullar. Bu kimi stullar adətən yaşayış sahəsi məhdud olan məkanlar üçün nəzərdə tutulur. Bu stulların da özünə görə müxtəlif hərəkətlilik mexanizmi olur.

Yumşaq və yarı-yumşaq stullar. Bu kateqoriyaya daxil olan stulları adətən gözləmə otaqları, məktəblər, hərbi hissələr, konfrans zalları və s. məkanlarda istifadə edirlər. Bu oturacaqların üzərindəki döşək hissəsinin eni və uzunluğu, o cümlədən amartizasiyanı təmin edən prujinin, qupkanın sərtliyi sifarişçinin istəyinə görə dəyişir. Yumşaq və ya yarı-yumşaq oturacaqların üzərinə adətən məxmər və ya velyur parçalardan hazırlanmış üzlüklər vurulur.

Oturacaqların materialları

Bir çox oturacaqlar palıd, armud, fıstıq, qoz ağaclarının qarışıqlarından və ya sırf bir ağac növündən hazırlanır. Yuxarıda adları sadalanan ağaclardan hazırlanan stullar adətən elit sinfə aid olur və özündə barokko, renessans, qotika, ampir tərzlərini birləşdirir.

Qardaş məsləhəti. Əgər evinizdə az yaşlı uşaq varsa, çalışın aldığınız mebelin künc hissələri iti olmasın. Bu onu oyun zamanı təsadüfi zərbələrdən qoruyacaq. Suallarınıza cavab tapdınızsa, o zaman sayta keçid edib zövqünüzə uyğun stulu seçə bilərsiniz.

 

İnteryerdə rənglərin sirri
2020-03-16
İnteryerdə rənglərin sirri

Interyerdə rənglərin sirri haqqında bilirsinizmi?

İnteryerin dizaynı tərzin seçilməsindən başlayır. Lakin rəng çalarları da burada az rol oynamır.  Rəng əhval-ruhiyyənizi formalaşdıran qüvvə hesab olunur və sizin mənzilinizdə nə dərəcədə rahat hiss edəcəyinizə biləvasitə təsir edir. 

Parlaq, pastel rəngli qonaq otağı, yumşaq, canlı portağal-qırmızı rəngli mətbəx və rəngli uşaq otağı - nəhəng rəng palitrası təsəvvürünüzü tam ifadə etməyə və hər otağı özünəməxsus atmosferlə doldurmağa imkan verir. Əsas çətinlik - hər birinin xüsusiyyətlərini nəzərə alaraq ahəngdar və müsbət birləşmələr seçməkdir. Rəng haqqında qərar verərkən bir neçə vacib qaydaya fikir vermək uyğun olar. 

İnteryerdə bir rəng üstünlük təşkil etməlidir

O, üzərində bütün şəklin təsvir olunacağı fon funksiyasını daşıyır.  Əlavə rənglər və kölgələr lazımi ifadəni və həcmi verəcəkdir.

Rəng sxeminin tonunu nəzərə alın

Bütün rənglər soyuq və istiyə bölünür. İsti çalarlar otağın sərhədlərini qarışdırmağa, otağın ölçüsünü vizual olaraq artırmağa, rahatlıq və sakitliyin sevinc hissini yaratmağa imkan verir. Sərin rənglər iş ab-havasına kökləyir, enerji və canlılıqla doldurur, həm də sakitləşməyə və fikirlərinizi cəmləməyə kömək edir. Fərqli rənglərdən istifadə edərək otaqda bir neçə zona yarada bilərsiniz.

Özünüzü rahat hiss etdirən rənglərdən istifadə edin

Qırmızı rəngi sevə bilərsiniz, ancaq qırmızı tonda olan otaq zülmət hissi yaradacaq, çünki bu rəng psixikaya həyəcanverici, qıcıqlandırıcı təsir göstərir. Bir neçə qırmızı aksessuardan istifadə etmək və fon kimi neytral şaftalı, ağ və ya bej seçmək daha yaxşıdır. Hansı rənglərin diqqətinizi cəmləşdirməyə və hansı rəngləri rahatlamağa və narahatlıqlarınızı aradan qaldırmağa kömək etdiyini düşünün.

Rənglərin enerjisini xatırlayın

Rənglər, qoxular kimi, şüuraltına incə bir təsirə malikdir, buna görə hər otaqda düzgün palitraya sahib olduğuna əmin olun. Məsələn, bənövşəyi və narıncı rəng ofisdə və uşaq otağına uyğun olacaq, çünki zehni fəaliyyəti aktivləşdirir və cəmləşməyə kömək edir. Yaşıl sakitləşdirici, mavi rahatlaşdırıcı təsir göstərir və günəşli sarı rəng yaxşı əhval-ruhiyyə verir. Doğru rəng sxemini seçsəniz, eviniz müsbət enerji və sevinc mənbəyinə çevriləcəkdir.

Modul iş masaları
2020-03-10
Modul iş masaları

Modul tipli iş masaları

İşçilərin modul konsturksiyalı mebellərdən istifadəsi iş gördükləri zamanı rahatlıq və xoş əhval-ruhiyyənin təmin edilməsinə səbəb olur. Bu da öz növbəsində gün ərzində işin produktivliyini artırır. Bu üstünlüklərin sayəsində və həmçinin ofis zonalarının səmərəli istifadəsi, istismar xərclərinin optimallaşdırılması nəticəsində mebelin alınması üçün çəkilən xərclər qısa zamanda qarşılanacaq.

Bu məhsullar davamlılığı, güvənli konstruksiyası, geniş funksionallığı, əla görünüşü və tərzi ilə fərqlənir. Onlar öz istəyinizə uyğun olaraq ofis sahəsini modelləşdirməyə imkan yaradır: konfransların, dərslərin, master-klassların keçirilməsi üçün zalları lazım olan şəkildə təchiz etmək mümkündür. Bir və daha çox əməkdaş üçün iş yerlərinin hazırlanması təmin edilir.

İş masalarının dizaynı

Modul iş yeri sistemi ofisinizin dizaynına uyğun olaraq təyin edilə bilər. Modul iş yerləri yaradılması zamanı rənglərin uyğunlaşdırılması, parlaq metal ayaqların istifadəsi, müxtəlif formalı mebelin müasir taxta tutacaqları, ofis ləvazimatları saxlanılması üçün açıq və ya qapalı dolablar kimi məsələlər müzakirə edilə bilər. Bütün bunlar Autocad proqramında ofis modeli yaradılarkən nəzərə alınır və hazırlıq mərhələsi başlamazdan əvvəl dizaynı vizual olaraq qiymətləndirmək imkanı mümkün olur.

Modul iş yerlərinin üstünlüyü nədir?

Hər bir iş məkanın rahatlığı və üstünlüyü olduğu kimi, modul iş yerlərinin də özünəməxsus xüsusiyyətləri var.
Yüksək rahatlıq və asan genişlənmə
Müxtəlif tətbiq imkanları və fərdi uyğunlaşma
Vahid işıqlandırma sayəsində sahədən səmərəli istifadə
Toxuma divar elementləri və hava kanalları sayəsində optimal iş mühiti
Erqonomikanın maksimum yüksək səviyyəsi

İşçinin çalışdığı yer nə qədər rahat olarsa, o bir o qədər də produktiv olacaqdır. İşçiniz əgər özünü narahat hiss edirsə və produktivliyi aşağı düşübsə öncə onun iş masası ilə maraqlanın. Biz isə öz növbəmizdə müxtəlif növ “Modul” iş masaları ilə arzularınızı gerçəkləşdirəcəyik! Təki siz istəyin.

Yataq mebelinin yuxuya təsiri
2020-03-05
Yataq mebelinin yuxuya təsiri

Yataq yerinin yuxuya təsiri

Rahat yataq mebeli almaq yaxşı istirahətin əsaslarından birini təşkil edir. Lakin bununla kifayətlənmək doğru olmazdı. Yuxudan səhər yorğun halda deyil, gümrah şəkildə oyanmaq üçün yatağın üzərində yerləşən döşək də vacib rol oynayır. Amma yenə də yuxudan doymursunuz və yuxulu olaraq səhərinizi açırsınız? Çox güman ki, səbəb yatağın səhv yerləşməsidir. Yuxunun maksimum təsirli olmasını təmin etmək üçün nələrin edilməsinin vacib olması ilə tanış olaq.

Yataq dəstini qapıya nisbətən yerləşdirmək

Yatağı elə yerləşdirin ki, oradan otağa gələn insanları görə biləsiniz, qapı açılarkən qonşu otaqlardan gələn işığın birbaşa yatağa düşməməsi məsləhət görülür. Qapıya nisbətən quraşdırmanın ən yaxşı yolu - yatağı girişdən ən uzaq küncdə diaqonal olaraq yerləşdirməkdir.

Pəncərəyə nisbətən yerləşdirmək

Yatağı elə yerləşdirmək olar ki, səhər və axşam birbaşa işıq düşməsindən uzaq olsun. Əgər heç bir fürsət yoxdursa və pəncərənin yaxınlığında yerləşdirmək məcburiyyətiniz varsa, o zaman tünd pərdələrlə pəncərəni örtə bilərsiniz.

Divara nisbətən yerləşdirmək

İki nəfərlik yataq mebel dəsti divara yatağın baş tərəfi istiqamətindən qoyulmalıdır. Bu mövqe, hər iki tərəfdən yataq otağına giriş imkanını təmin edəcək, yan tərəfdən yataq ətrafı tumbaların quraşdırılması üçün tərəflərdəki divarlar və kənarları arasında bir məsafə qoyacaqdır. Onların üzərinə işıq lampası, lazım olan aksessuarları qoymaq olar: kitablar, kremlər, eynəklər, telefonlar. Əgər söhbət tək və ya cüt çarpayı yataqdan bəhs edirsə, onun ideal mövqeyi divara yan tərəfdir. Beləliklə, yataq otağına rahatlıq və təhlükəsizlik əlavə etmiş olursunuz.

Ofis Mebelləri Necə Olmalıdır?
2020-02-21
Ofis Mebelləri Necə Olmalıdır?

“Qardaşlar Mebel” Prespektivli iş üçün Prestij Ofis mebelini təqdim edir

Hər bir biznes sahibinin arzusudur ki, istər öz otağında, istərsə də şirkətində çalışan işçilərinin otağında olan mebellər komfortlu olsun. İş mühitindəki gözəl ab-hava, mehriban kollektivlə yanaşı rahat mebel dəsti də mühüm rol oynayır. Kim narahat iş masası ətrafında rahat olmayan kresloda əyləşib çalışa bilər? Təbii ki, heç kəs!

Gardashlar mebel olaraq ofisdə çalışan insanlar üçün müxtəlif çeşidli mebellər təqdim edirik. Bu mebellərimizin materialları Rusiya, Türkiyə və müxtəlif Avropa ölkələri istehsalıdır. Hər biri beynəlxalq standartlara cavab verir və müvafiq olaraq keyfiyyət göstəricisi olan sənədə sahibdir. Rəng seçimini siz dəyərli müştərilərimizin öhdəsinə buraxırıq. Amma bununla yanaşı mağazalarımızda satış təmsilçilərimiz sizə seçiminizdə dəstək ola bilərlər.

Ofis mebeli dəstlərində incə məqamlardan biri masanın geniş olması və kreslonun kürək hissəsinin insanın kürəyinə daha yaxın olmasıdır. Çünki geniş masa və kürəyi kresloda əyləşən insandan uzaq düşməyən kreslolar rahatlığın təminatıdır. Gün ərzində biz saatlarla kompüter qarşısında çalışırıq və diqqətimizi monitora cəmləyəndə bir qədər bədənimizin formasını dəyişməli oluruq. Bu isə müxtəlif əzələ, boyun ağrılarına gətirib çıxara bilir. İşdən ayrılıb fasilə verməyə zaman tapdıqca mütləq kresloda rahat şəkildə əyləşərək əzələlərimizin gərginliyinə fasilə verməliyik. Sözsüz ki, biz bütün bunları düşünərək sizin üçün təqdim etdiyimiz dəstlərdə bunları nəzərə alırıq.

İşçi masasının üzərində stasionar kompüter istifadəçilərinin monitorlarını masanın üzərində bir qədər yuxarı qaldırmaq və insanın ekrana baxış bucağını düz etmək üçün xüsusi dayaq qurğuları da istəkdən asılı olaraq əlavə oluna bilər. 

Rəflər nə qədər bol olarsa bir o qədər də çoxsaylı sənədlərimizi, qovluqlarımızı rahat şəkildə yerləşdirə bilərik. Bu da vacib amillərdən biridir.  Tez-tez insanların işçi masalarında rəflərin az olmasından narazı olduğunu iş mühitində görürük, özümüz də hətda belə narazılıqlar bildiririk. Bunun üçün də mütəxəssilərimiz istəyinizə uyğun olaraq da masalarda siyirtmə sayını təyin edir.
Növbəti yazımızdan xəbərdar olmaq üçün saytımızı izləyin. Hər kəsə uğurlu iş günü arzu edirik!

2020-ci il ev üçün mebel trendləri
2020-01-28
2020-ci il ev üçün mebel trendləri

Ev dekorasiya trendləri – 2020-ci il

Yeni il yenilik deməkdir. Kimisi bu ildən idmana başlamağı, kimisi yeni nələrsə öyrənməyi hədəfləyib. Kimisi də evini yenidən dizayn etməyi, yeni mebellər almağı planlaşdırır. Bu blog yazımız məhs sizin üçündür. 2020-ci ildə evinizi yenidən dizayn etmək istəyirsiniz və bunun üçün artıq gec olduğunu düşünürsünüzsə, o zaman bu bloq yazısını mütləq oxuyun.

Bu ilin trendi: çox əşyalı otaqlar

İllərdir mebellərdə minimalizm dövrü olsa da, artıq maksimalist dizayn öz sözünü deməyə gəlir. 2020-ci il maksimalizm ili olacaq. Minimalizm kiçik ölçülü evlər üçün ideal trend olsa da, artıq bu ildən etibarən minimalizmlə vidalaşmaq lazımdır.

Söhbət edə biləcəyiniz köşə

2020-ci ildə qonaq otağını necə dizayn etmək lazımdır deyə sual versəniz, cavabımız mütləq belə olacaq: qonaq otağı üçün rahat, komfortlu mebellər seçin! Qonaq otağınız üçün elə mebellər seçin ki, dostlarınızla görüşmək üçün hansısa məkana deyil, məhz elə evinizdə toplaşın.

Eviniz təbiətlə iç-içə olsun

Təbiətdən alınmış parçalarla evinizi canlandırın.  2019-cu ildə olduğu kimi bu il də bitkilər evdə ən təbii aksesuar hesab edilir. Keçən illərdən fərqli olaraq bu ilin trendi bitkilərin hamısını onlara aid bir köşədə yığılmasından yanadır. Evinizdə bitkiləriniz üçün xüsusi yer düzəldin. Həmçinin qeyd etmək istərdik ki, bu il iri yarpaqlı bitkilər daha dəbdədir. 

2020-Cİ İLDƏ EVİNİZİN DİVAR RƏNGLƏRİNİ DƏ YENİLƏYİN

Divarlarda etdiyiniz kiçik dəyişiklik belə evinizin atmosferini anında dəyişə bilər. Maksimalizm divarların dizaynında da öz sözünü deyəcək. Naxışlı, bəzəkli divar dizaynları bu il dəbdədir. Əgər divarda hər hansısa çərçivə olacaqsa, o zaman həmin divarı sadə şəkildə boyamaq və ya sadə naxışları olan divar kağızı seçmək lazımdır ki, qarışıq bir görüntü yaranmasın.

Divarı hər hansısa həndəsi fiqurlardan istifadə edərək boyamaq evinizi rəngləndirməyin yollarından biridir. 2020-ci ilin əsas trendi də məhz həndəsi fiqurlarla boyanmış divarlardır.

Həmçinin 3D divar kağızları ilə də evinizə fərqlilik qata bilərsiniz.

MODA VƏ RAHATLIĞIN HARMONİYASI: MEBEL TRENDLƏRİ

2019-cu ildə olduğu kimi bu ildə qonaq otağında minimal xəttlərlə dizayn edilmiş mebellər əvəzinə tam əksinə iri həcmli mebellər dəbdə olacaq. Qonaq otağınız üçün böyük, rahat mebelləri rahatlıqla seçə bilərsiniz!

2020-Cİ İLDƏ MƏTBƏX MEBELLƏRİ

Evdə ən çox zaman keçirilən yerlərdən biri mətbəxdir və bura nə qədər dəbli, nə qədər funksional dizayn edilsə bir o qədər rahatlıq əldə etmiş olarsınız. 

2020-ci ildə qara tonlarda mebellərlə dizayn edilmiş mətbəxlər daha dəbdə olacaq. Qara rəngli mətbəx mebeli ərazini balaca göstərər deyə düşünürsünüzsə, o zaman əlavə ikinci bir rəngdən də istifadə edə bilərsiniz. Ammam əsas etibarilə bu il mebellərdə qara rəng trenddir.

Həmçinin bu il açıq dolablar trenddir. Qapısı olmayan, açıq dolabların sizin işlərinizi daha da rahatlacağı düşünülür.

Əgər evinizi 2020-ci ilin trendinə uyğun dizayn etmək istəyirsinizsə, o zaman sizi Qardaşlar mebelə dəvət edirik. İlham verən fikirlər və yeniliklər üçün bloqlarımızı izləməyə davam edin.

Uşaq yataq otağı mebeli necə seçilməlidir
2020-01-16
Uşaq yataq otağı mebeli necə seçilməlidir

Uşaq otağı necə dizayn edilməlidir?

Uşaq otağını dizayn edərkən evin digər sahələri kimi otağın böyüklüyü, döşəmə, divarlar mütləq nəzərə alınmalıdır. Daha sonra mebel seçimini edə bilərsiniz. Xalça, işıqlar, pərdə də seçildikdən sonra zövqə uyğun kiçoi aksesuarlarla otağın dizaynını tamamlaya bilərsiniz. Bəs uşaq otağında mebel seçimi edərkən nələrə diqqət etmək laızmdır?

KONSEPTİNİ TƏYİN EDİN

UŞAQ OTAĞI DİZAYN EDƏRKƏN ÖNCƏDƏN KONSEPT TƏYİN EDİLMƏLİDİR. BU ZAMAN ÖVLADINIZIN ZÖVQÜNÜ MÜTLƏQ NƏZƏRƏ ALMALISINIZ. CİZGİ FİLM QƏHRAMANLARINA MARAĞI VARMI, YA HANSISA İDMAN NÖVÜNÜMÜ DAHA ÇOX SEVİR? KONSEPT TƏYİN EDİLDİKDƏN SONRA MEBELLƏ YANAŞI XALÇA, ÇILÇIRAQ, PƏRDƏ SEÇİMİ DAHA DA ASANLAŞACAQ.

HİSSƏ-HİSSƏ DEYİL, DƏST ALIN

Uşaq otağı üçün mebel seçərkən mebeli dəst halda almaq hər zaman işinizi daha da rahatlaşdıracaq. Dəst alınan mebellərdə yataq, geyim dolabı, yazı masası, kitab rəfi və digər mebel hissələri bir-biri ilə rəng ahəngi yaratdığı üçün otağın digər aksesuarlarında seçim edərkən çətinlik çəkməyəcəksiniz.

RƏNGLƏRƏ DİQQƏT EDİN

Hər otaqda olduğu kimi uşaq otağında da rənglərə xüsusi diqqət etmək lazımdır. Rənglər böyüklərin psixologiyasına təsir etdiyi kimi uşaqlar da öz təsirini göstərir. Məsələn, çəhrayı rəng sevgi və mərhəmət hissini bəxş edir. Bu rəgdən daha çox qız uşaqlarının otağında istifadə edilir. Amma psixoloqlar bildirir ki, rəngin müsbət enerjisi və verdiyi rahatlıq təkcə qız uşaqları üçün nəzərə alınmamalıdır. Uşağınız üçün otaq dizayn edəndə onun cinsini deyil, xarakter və psixologiyasını əsas götürün. 

Narıncı aktiv və xeyirxahlığı yansıdır. Sari rəng isə daima öyrənməyə marağı olan uşaqlar üçün ideal seçimdir.  Həmçinin bənövşəyi rəng də öyrənməkdə maraqlı olan, yaradıcı ruhlu uşaqların otaq rəngi ola bilər. Əgər övladınız sakit təbiətlidirsə, o zaman otaq dizaynında rahatlıqla ağ rəngdən istifadə edə bilərsiniz.

Uşaq otağını dizayn edərkən mebel və aksesuarlarda öyrədici işarələrin olması uşaqda öyrnəməyə həvəs yaradacaq və təxəyyülünün inkişaf etməsinə kömək olacaq.

Qardaşlar mebelin uşaq otağı mebelleri bölməsindən övladınızın otağı üçün uyğun olan mebellərə baxıb seçə bilərsiniz.