Taxta üzlüklü mebelləri necə təmizləmək lazımdır?

Taxta üzlüklü mebelləri necə təmizləmək lazımdır?

Bundan əvvəlki bloglarımızda "mebelləri necə seçmək lazımdır" haqqında öz məsləhətlərimizi vermişdik. Bugün isə sizə taxta üzlüklü mebelləri necə təmizləmək lazımdır ondan bəhs edəcəyik. Bu tövsiyyələr taxta mebellərdə yaranan istənilən ləkəni silmək gücünə qadirdir. Unutmayaq ki mebellərimizi düzgün silməmək onların tez sıradan çıxmasına səbəb ola bilər. Düzgün təmizlənən mebellərin  ömrü isə əksinə dahada uzanır.

Mütəxəsislərin dediklərinə görə taxta mebelləri silərkən edilən ən böyük yalnış kimyəvi təmizləyicilərdən istifadə etməkdir. Onlardan istifadə edərkən mebelin üzərindəki toz və həmin maddə birləşir və qalın çirkli bir qat yaradır. Buna görə də kimyəvi təmizləyiciləri kənara qoyun və bu blogumuzda bəhs etdiyimiz üsullarla taxta mebellərinizin ömrünü uzadın!

Qaynar su içərisinə iki paket çay atın və su soyuyana qədər gözləyin. Bundan sonra isə yumuşaq bezi həmin suda isladın və mebelləri silin. Mebelləriniz çayın içərisində olan asidlə dahada parlaq və ilk aldığınız gündəki kimidir!

Mebelləri zədələyən amillərdən digər biri isə üzərinə isti və ya soyuq su ilə dolu stəkanın təmas etməsidir. Bununla qarşılaşdıqda bəs nə etməliyik? Ən yaxşı təklifimiz isə diş məcunudur. Diş məcununu yumuşaq bir bez vaistəsi ilə ləkələr gedənə qədər halqavarı şəkildə silərək təmizləyə bilərsiniz.

Mürəkkəb ləkələr üçün isə bir çay qaşığı soda və su yetəridir! Bu qarışımı ləkələr itənə qədər ovun.Bundan sonra isə nəm bir bezlə mebelinizi qurudun.

Mebelinizin  parlaqlığını qorumaq üçün isə limon yağından istifadə edə bilərsiniz. Bundan əlavə isə 1 stəkan zeytun yağı və yarım stəkan ağ üzüm sirkəsini qarışdırıb sprey əldə edin.Bu spreyi bez vaistəsi ilə mebelə yayaraq ideal parlaqlıq əldə edəcəksiniz.

 


2019-02-22
1
Arzuselman 2019-04-01

Çox faydalı oldu. Təşəkkür edirəm)

Şərh yaz

Emailiniz şərhlərdə görünməyəcək

Yaz